Popular Orta-Çətin 4 fəsil

Fit Dağı Turu: Sərhədsiz Macəra

Sulut kəndi, Fit dağı 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

1810 m Zirvə
Gediş-dönüş 14km Məsafə
1 Gün
510 m Başlangıc

İsmayıllı rayonunun ən qədim yaşayış məskənlərindən biri olan Sulut kəndi, əsrarəngiz təbiəti və zəngin tarixi irsi ilə sizi heyran edəcək. Bu dağ kəndi, əsrlər boyu qorunub saxlanılmış qədim abidələri və füsunkar mənzərələri ilə seçilir. Turumuz çərçivəsində siz həm tarixlə iç-içə olacaq, həm də təbiətin sakitliyindən və təmiz havasından zövq alacaqsınız. Sulut kəndindən təxminən bir neçə saatlıq piyada yürüş etdikdən sonra dəniz səviyyəsindən 1810 metr yüksəklikdə yerləşən Fit dağına çatacaqsınız. Burada sizi valehedici mənzərələr, saf hava və unudulmaz təcrübələr gözləyir.

Tarixi Abidələr və Görməli Yerlər:
Sulut kəndində yerləşən qədim yaşayış yerləri və müdafiə qurğuları Azərbaycan tarixinin izlərini daşıyır:

  • Orta əsrlərə aid yaşayış yeri – Arxeoloji qazıntılar nəticəsində üzə çıxmış bu qədim məskən, bölgənin tarixini öyrənmək üçün əvəzsiz mənbədir.
  • Buzxana – Tarixən yerli əhali tərəfindən qida məhsullarının saxlanılması üçün istifadə olunan qədim soyuducu sistemdir.
  • Cümə Məscidi – Qədim İslam memarlıq nümunələrindən biri olub, kəndin dini və mədəni həyatında mühüm rol oynayır.
  • Qıcılıq Qalası – Kəndin strateji əhəmiyyətini qorumaq üçün tikilmiş qədim müdafiə qurğusudur.
  • Haram qalası – Dağ yamacında yerləşən və düşmən hücumlarına qarşı müdafiə məqsədilə inşa edilmiş qaladır.
  • Qırxotaq qəsri – Qədimdə həm yaşayış, həm də müdafiə məqsədilə istifadə olunan tarixi bir qəsrdir.
  • Fitdağ qalası – Yüksək dağ zirvəsində yerləşən, qədim Azərbaycan memarlığının gözəl nümunələrindən biri və onuncu Şirvan xanı Mustafa xana məxsus olan qaladır.

Fit Dağı və Təbiət Gözəllikləri:
Fit dağına yürüş zamanı siz unikal mənzərələrə şahid olacaq, təmiz havadan zövq alacaq və unudulmaz anlar yaşayacaqsınız. Dağın zirvəsindən İsmayıllının möhtəşəm panoramasını seyr etmək mümkündür.

Bu tur sizə həm tarix, həm də təbiət ilə dolu macəra vəd edir. Qoşulun və unudulmaz bir səyahətə çıxın!

Professional bələdçi
Daxil deyil
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

06:40 – Təyin edilmiş yerdə toplanış

 07:00 -10:00 Bakı–İsmayıllı–Sulut kəndi (Marketdə və Şamaxıda 10 dəq fasilə)

-11:30  Sulut kəndindən Fit dağına hərəkətə başlayırıq

18:00 Sulut kəndinə geri qayıdırıq

18:30 Sulut kəndindən Bakıya yola düşürük (Şamaxıda 10 dəq fasilə)

21:00 Bakıya çatma vaxtı


Turun Qiymətinə Daxildir:

✅Nəqliyyat (Bakı - İsmayıllı - Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Yürüşün təşkili

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım olan ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.



İştirakçı Rəyləri

4.8
18 rəy əsasında
5
14

Rəy Bildirin

50
adam başı 1 Gün
Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxil deyil
English