Popular Orta-Çətin 4 fəsil

Ağ Gədik Zirvə Turu

Əlik kəndi 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

2820 m Zirvə
14 km Məsafə
1 Gün
1660 m Başlangıc

Ağ Gədik dağı Böyük Qafqazın Yan silsiləsində, Quba rayonunun Buduq kəndinin qərbində yerləşən mühüm dağlardan biridir. Bu ərazi həm təbii gözəlliyi, həm də tarixi-coğrafi əhəmiyyəti ilə seçilir. Ağ Gədik ərazisində iki əsas zirvə mövcuddur: biri 2820 metr, digəri isə 2438 metr yüksəklikdədir. Bu zirvələr Böyük Qafqazın sərt və möhtəşəm relyefini formalaşdıran mühüm nöqtələrdən hesab olunur.

“Ağ Gədik” adının mənası da maraqlıdır. “Gədik” sözü dağlıq ərazilərdə iki zirvə arasında yerləşən təbii keçid, aşırım və yol keçidi deməkdir. “Ağ” isə ərazidəki süxurların və torpaq qatının açıq, ağ rəngə yaxın olmasına işarə edir. Yəni “Ağ Gədik” ifadəsi “açıq rəngli dağ keçidi” mənasını verir.

Tarixi baxımdan Ağ Gədik çox vacib köç yolları üzərində yerləşir. Qədim Xınalıq köç yolu məhz bu dağ keçidlərindən keçərək yaylaq və qışlaq marşrutlarını birləşdirib. Bu yol əsrlər boyu kəndlər arasında əsas hərəkət xətti olub və çobanların mövsümi köçlərində mühüm rol oynayıb. Hər il yaylaq-köç mövsümündə Xınalıq və ətraf ərazilərdən başlayan köç yolları Bakı, Qobustan, Siyəzən və digər regionlara qədər uzanıb.

Ağ Gədik dağı həm də Yan silsilənin mühüm hissəsidir. Bu silsilə Xəzər dənizi boyunca uzanaraq Beşbarmaq dağı, Çıraqqala, Kilitdağ və digər yüksəkliklərlə birlikdə qədim müşahidə və əlaqə xəttini formalaşdırır. Bu dağlar tarixən həm strateji müşahidə nöqtələri, həm də regionlararası əlaqə və hərəkət üçün təbii yol funksiyasını daşıyıb.

Ümumilikdə Ağ Gədik dağı yalnız təbiət gözəlliyi ilə deyil, həm də qədim köç mədəniyyəti və tarixi yolların şahidi olması ilə xüsusi əhəmiyyət daşıyır. Bu ərazi Böyük Qafqazın az tanınan, lakin çox dəyərli marşrutlarından biri hesab olunur və təbiət sevənlər üçün həm maraqlı, həm də mənalı bir istiqamətdir.


Professional bələdçi
Daxil deyil
Bakıdan transfer
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

06:40 - Toplanış yeri (Təyin edilmiş yer)

07:00 - 11:30 Bakı - Quba - Əlik kəndi

12:00 - 17:00 Ağ gədik yürüşü

17:00- 18:00 Kənddə çay süfrəsi

18:00 - 22:00 Əlik -Quba- Bakı

Qeyd: Göstərilən yürüş müddəti və Bakıya dönüş vaxt aralıqları şərtidir. Qrupun sürətindən asılı olaraq artıb-azala bilər.

Turun Qiymətinə Daxildir:

✅Nəqliyyat (Bakı - Quba- Əlik -Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Yürüşün təşkili
✅Kənddə çay süfrəsi 

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım olan ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

  • Alın fənəri

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.


İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Bakıdan transfer
Daxil deyil
English