Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.
Səyahət planı:
05:40 - Toplanış yeri (Təyin edilmiş yer)
06:00 - 10:00 Bakı - Astara – Sım kəndi
10:00- 13:00 Siyov kəndinə yürüyüş
13:00 - 14:00 Siyov kəndində nahar
14:00 - 19:00 Bəndəsər kənd istiqamətində yola düşürük
Yolüstü qısa fasilələr olacaq
19:00 - 23:00 Bakıya qayıdırıq
Qeyd: Göstərilən yürüş müddəti və Bakıya dönüş vaxt aralıqları şərtidir. Qrupun sürətindən asılı olaraq artıb-azala bilər.
Turun Qiymətinə Daxildir:
✅Komfortlu Avtobus (Bakı-Sım və Bəndəsər-Bakı)
✅Kənd evində çay süfrəsi
✅Dağ bələdçisi
✅Hirkan milli parkına giriş biletləri
Qeyd: Yürüş müddəti üçün qida və su ehtiyatınızı özünüzlə götürməyiniz xahiş olunur.
Turun Qiymətinə Daxil Deyil:
❌Qidalanma
❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim
❌Programdan xaric istəklər
Lazım olan ləvazimatlar:
-
Bel çantası (həcmi 20-35 l)
-
Rahat yürüş ayaqqabısı
-
Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)
-
Papaq, eynək, əlcək
-
Su və qida (sendviç, buterbrod və s.)
-
Yürüş çomağı
-
Termos
- Alın fənəri
-
Şəxsi əşyalar və gigiyenik vasitələr (termos, qaşıq dəsti, salfet və s.)
Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.
Əlavə Məlumat və Şərtlər:
❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.
❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.