Popular Orta-Çətin 4 fəsil

Kuzun-Yerği Kek-Laza Hiking turu

1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

2380 m Zirvə
16km Məsafə
1 Gün
1310 m Başlangıc

Marşrutumuz Kuzun kəndindən başlayır. Qusar çayının vadisinə açılan möhtəşəm mənzərənin eşiyindən keçərək ölkənin ən yüksək zirvəsi olan Yergi Kekəyə doğru irəliləyirik və kəndə çatırıq.

Yergi Kekədən həm Qızılqaya, həm də Şahdağın möhtəşəm panoramalarını izləmək mümkündür.

Yergi Kek kəndi 2380 metr yüksəklikdə yerləşir və ölkənin ən ucqar kəndlərindən biridir. Hazırda burada 5 ailə, ümumilikdə 18 nəfər yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilikdir və kənddə yetişdirilən kartoflar çox ləzzətlidir.

Yergi Kekdən sonra yolumuzu Laza kəndinə doğru davam etdiririk. Turumuz Kusar çayını keçərək Laza kəndində sona çatır.

Professional bələdçi
Daxil deyil
Bakıdan transfer
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Turun Proqramı:

06:40 – Təyin edilmiş yerdə toplanış.

07:00 -10:30 – Bakı-Qusar-Kuzun kəndi

09:30 – 15:30 Kuzun-Yerğikek
15:30 - 16:30 Yerğikek kəndində nahar  fasiləsi
16:30 - 19:00 Yerğikek-Laza

19:00-22:00 Laza-Bakı

Qeyd: Göstərilən yürüş müddəti və Bakıya dönüş vaxt aralıqları şərtidir. Qrupun sürətindən asılı olaraq artıb-azala bilər.

Turun Qiymətinə Daxildir:

 ✅Nəqliyyat (Bakı - Qusar-Kuzun-Laza - Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Kənd evində çay süfrəsi

Qeyd: Qida və su ehtiyatınızı özünüzlə götürməyiniz xahiş olunur.

Turun Qiymətinə Daxil Deyil:

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım olan ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

  • Alın fənəri

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə məlumatlar:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.


İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Bakıdan transfer
Daxil deyil
English