Popular Orta 4 fəsil

Quba: Girdah Şəlaləsi Turu

Girdah kəndi 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

1100m Zirvə
Gediş-dönüş 8 km Məsafə
1 Gün
831 m Başlangıc

Keçmiş yaşayış ənənələrini bu günə qədər qoruyub saxlayan, meşələrin qoynunda gizlənmiş qədim Girdah kəndi yaxınlığında yerləşən Girdah şəlaləsi təbiətsevərlər üçün əsl kəşf nöqtəsidir. Səssizlik, saf dağ havası və toxunulmamış təbiət bu marşrutu xüsusi edir.

Şəlalə Azərbaycanın şimal bölgəsində, Quba rayonu ərazisində yerləşir. Yürüşümüz Yuxarıxanagah kəndindən başlayır və dağ cığırları, sıx meşəlik ərazi və təmiz bulaqlar boyunca davam edir. Marşrut boyunca bölgənin flora və faunası, təbii landşaftı və kənd həyatının izləri ilə yaxından tanış olmaq imkanı yaranır.

Professional bələdçi
Daxil deyil
Bakıdan transfer
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

06:40 - Toplanış yeri (Təyin edilmiş yer)

07:00 - 11:00 Bakı–Quba- Yuxarıxanagah kəndi

11:00 – 14:00 Yuxarıxanagah – Girdah şəlaləsi

14:00 - 15:00 Kənd evində  çay fasiləsi

18:00 - 21:00 Quba - Bakı yolu

Qeyd: Göstərilən yürüş müddəti və Bakıya dönüş vaxt aralıqları şərtidir. Qrupun sürətindən asılı olaraq artıb-azala bilər.

Turun Qiymətinə Daxildir:

✅Nəqliyyat (Bakı - Quba-Yuxarıxanagah kəndi - Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Yürüşün təşkili

✅Kənd evində  çay süfrəsi

✅Milli Parka giriş biletləri 

Qeyd: Qida və su ehtiyatınızı özünüzlə götürməyiniz xahiş olunur.

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım olan ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

  • Alın fənəri

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.


İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Bakıdan transfer
Daxil deyil
English