Popular Çətin 4 fəsil

Tövləçuxurunbaşı dağı (Üçbel Dağı) Zirvə Turu – 3332 m

Şahdağ Milli Parkı 2 Gün Max 14 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

3332m Zirvə
Gediş-dönüş 14km Məsafə
2 Gün
2200m Başlangıc
2000m Düşərgə

Tovlaçuxurunbaşı dağı Quba rayonu ərazisində yerləşən və 3332 metr hündürlüyə malik möhtəşəm zirvələrdən biridir. Dağ adını ətəklərində yerləşən və vaxtilə mal-qaranın saxlanıldığı “tovla” olan çuxurdan almışdır.

Yaxın kəndlərdən baxdıqda zirvə üç ayrı təpə kimi göründüyünə görə yerli əhali arasında Üçbel dağı adı ilə tanınır. Dağ Ağçay və Qaraçay vadilərinin arasında, Haput və Qarxun kəndlərinin mərkəzi hissəsində yerləşir və bölgənin panoramik mənzərəsini təqdim edir.

Tovlaçuxurunbaşı həm təbiətsevərlər, həm də orta çətinlikli zirvə yürüşü axtaranlar üçün ideal marşrutdur. Zirvədən Quba dağlarının geniş silsiləsi və ətraf kəndlərin unikal landşaftı açıq şəkildə müşahidə olunur.


Professional bələdçi
Daxil deyil
Bakıdan transfer
Foto və Video

Zirvə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən zirvəyə ilk dəfə yola düşənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

1-ci Gün: Bakı→Quba→Əlik → Biçənək yaylağı 

Bakıdan Quba şəhərinə yola düşürük (təxminən 3 saat). Qubada son alış-verişimizi etdikdən sonra Əlik kəndinə doğru hərəkət edirik (təxminən 2 saat). Əlik kəndinə çatdıqdan sonra dağ maşınları ilə dağın ətəyinə yola düşürük.

Təxminən 1 saatlıq yürüşdən sonra Biçənək yaylağında çadırlarımızı qururuq. Gecəni çadırlarda keçiririk.

2-ci Gün: Tövləçuxurunbaşı zirvəsi → Düşərgə→Bakı

Səhər saat 05:00-da zirvəyə doğru hərəkət edirik. Zirvəyə qalxma müddəti təxminən 5–6 saat, eniş isə 3–4 saat davam edəcək.

Zirvə yürüşünü tamamladıqdan sonra düşərgəyə enir, çadırlarımızı toplayırıq. Daha sonra nəqliyyat vasitəsinə minib Quba üzərindən Bakıya geri qayıdırıq.

Turun Qiymətinə Daxildir:

✅ Bakı–Xınalıq kəndi üzrə nəqliyyat (sprinter, vita)
✅ Xınalıq kəndi düşərgə və geriyə (Yolsuzluq və4x4 dağ maşınları)
✅ Zirvə sertifikatları
✅ Şahdağ Milli parkına giriş biletləri
✅ Qaz başlığı və qaz balonun təşkili
✅ Şahdağ Milli Parkına giriş üçün icazə
✅ Dağ bələdçisi (7 nəfərə 1 bələdçi)
✅ Dövlət Sərhət Xidmətindən İcazə
✅ Çadır və matların təşkili
✅ FHN icazə

Turun Qiymətinə Daxil Deyil:

❌ Atlar
❌ Qidalanma və ərzaq
❌ Program xaric istəklər
❌ Şəxsi dağçılıq ləvazimatları

Lazımi ləvazimatlar:

Dağ ayaqqabısı, su keçirməz isti şalvar (Gore-Tex), Su keçirməz isti gödəkçə (Gore-Tex), yataq kisəsi, yürüş çomaqları,yemək bişirmə ləvazimatları, qaz başlığı və balon, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, corab, termo içlik, polar gödəkcə, mat, çadır və.s

Əlavə Məlumat və Şərtlər:
  • Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınsın.

  • Rezervasiyanın Ləğvi və Geri Ödəniş:

    • Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.

    • 15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).

    • 7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.

    • 5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.

  • Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.

  • Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.

  • Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.

  • Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.

  • Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

  • Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Bakıdan transfer
Daxil deyil
English