Popular Asan 4 fəsil

Çıraqqala Hiking Turu: Tarixin və Təbiətin Ən Yüksək Zirvəsi

Şabran, Çıraqqala 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

1018 m Zirvə
Gediş-dönüş 7 km Məsafə
1 Gün
628 m Başlangıc

Çıraqqala, Şabran rayonunun tarixi və təbiəti ilə əhatə olunan möhtəşəm bir zirvədir. IV-VI əsrlərə aid Sasani dövründən qalma bu qədim qala, Xəzər dənizinin ətəyində yerləşərək, hər addımda tarixin izlərini günümüzə gətirir. Yürüşümüz Şabranın Qalaaltı kəndindən başlayır və meşəliklə davam edərək, qalaya çatdıqdan sonra möhtəşəm mənzərəyə sahiblənəcəyimiz bir zirvəyə doğru davam edirik.


Professional bələdçi
Daxil deyil
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

06:40 – Təyin edilmiş yerdə toplanış

07:00 - 10:00 Bakı – Siyəzən – Qalaaltı

10:00 - 13:00 Qalaaltı – Çıraqqala

13:00 - 14:00 Piknik vaxtı

14:00 - 17:00 Çıraqqala – Qalaaltı

18:00 - 21:00 Qalaaltı – Bakı

Turun Qiymətinə Daxildir:

✅Nəqliyyat (Bakı - Şabran - Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Ocaqda çay

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım olan ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə məlumatlar:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.




İştirakçı Rəyləri

4.8
18 rəy əsasında
5
14

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxil deyil
English