Beşbarmaq dağı - Azərbaycanın Siyəzən rayonunda, Xəzər dənizinə yaxın ərazidə yerləşir. Bakı-Quba magistral yolundan baxaraq dəniz səviyyəsindən 470 m yüksəkliyi olan dağı görə bilərsiniz. Dağ möhkəm qayadır və mifik hekayələri ilə tanınan Qafqazın ən məşhur dağlarından biridir. Bu, zəvvarların müntəzəm ziyarəti üçün müqəddəs bir yerdir. El arasında bura Xızır-Zində piri də deyilir. Bu pir Azərbaycanda kifayət qədər məşhurdur və bəziləri oranı müqəddəs ziyarətgah hesab edir. Dağın zirvəsində ətraf ərazi və Xəzər dənizinə gözəl mənzərə açılır. Dağın üzərində və ətraf ərazidə III-VII əsrlərdə Sasanilər imperiyasının dövründə tikilmiş Beşbarmaq, sonra Gilgilçay, daha sonra isə Xəzər dənizi boyunca Azərbaycan ərazisinə hücum edən massagetlər, xəzərlər, hunlar, alanlar kimi ordulardan qorunmaq üçün tikilib. Dağa ətraf ərazidən baxanda əlin beş barmağına bənzəyir.
Texniki məlumatlar:
-
Məsafə: (gediş-gəliş ) 6 km
-
Çətinlik dərəcəsi: Asan
-
Ən alçaq nöqtə: 23 m
-
Ən yüksək nöqtə: 530 m
-
Marşrutun başlanma yüksəkliyi: 23 m
-
Marşrutun bitmə yüksəkliyi: 23 m








