Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.
Səyahət planı:
06:40 – Təyin edilmiş yerdə toplanış
07:00 – 09:00 – Bakı → Xızı → Altıağac kəndi
09:30 – 14:00 – Dübrar Dağına yürüş, zirvədə yemək fasiləsi və istirahət
15:00 – 18:00 – Dübrar Dağı → Altıağac kəndi
18:00 – 20:00 – Altıağac → Bakı
Qeyd: Yürüşün tempi qrupdan asılı olaraq dəyişə bilər və buna görə gecikmələr ola bilər.
Turun Qiymətinə Daxildir:
✅Nəqliyyat (Bakı - Altıağac - Bakı)
✅Dağ bələdçisi
✅Fotoçəkiliş
✅Yürüşün təşkili
Qeyd: Qida və su ehtiyatınızı özünüzlə götürməyiniz xahiş olunur.
Turun Qiymətinə Daxil Deyil:
❌Qidalanma
❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim
❌Programdan xaric istəklər
Lazım olan ləvazimatlar:
-
Bel çantası (həcmi 20-35 l)
-
Rahat yürüş ayaqqabısı
-
Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)
-
Papaq, eynək, əlcək
-
Su və qida (sendviç, buterbrod və s.)
-
Yürüş çomağı
-
Termos
Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.
Əlavə Məlumat və Şərtlər:
❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.
❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.