Popular Asan 4 fəsil

Əmbil Gölü Turu – Şabranın Füsunkar Təbiətinə Səyahət

Şabran, Əmbil gölü 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

940 m Zirvə
Gedi-dönüş 6km Məsafə
1 Gün
761 m Başlangıc

Şabran rayonunun Zeyvə kəndi yaxınlığında yerləşən Əmbil gölü, sıx meşələrin və yaşıl ormanların qoynunda gizlənmiş təbiət möcüzəsidir. Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən bu gözəl dağ gölü, həm təbiətsevərlər, həm də macəra həvəskarları üçün mükəmməl bir istirahət məkanıdır. Asan keçilən yürüş marşrutu sayəsində hər kəs bu turda iştirak edə bilər və Azərbaycanın unudulmaz mənzərələrindən birini kəşf edə bilər. Əgər səssizliyin, təmiz havanın və təbiət gözəlliklərinin dadını çıxarmaq istəyirsinizsə, Əmbil Gölü Turu sizin üçün ideal seçimdir!

Professional bələdçi
Daxil deyil
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

06:40- Təyin edilmiş yerdə toplanış

07.00 - Bakı-Şabran-Zeyvə kəndi

10.00 - Zeyvə kəndinə çatırıq. Yolumuza dağ maşınları ilə davam edirik.

10.30 - “Hiking”ə başlayırıq.

13.00 - Gölə çatırıq. Ocaq başında asudə vaxt və nahar

16.30 - Geri dönüş

17.00 - Dağ maşınları ilə Zeyvə kəndinə qayıdırıq

17.30 - Zeyvə kəndi-Şabran-Bakı

20.00 - Bakıdayıq

Turun Qiymətinə Daxildir:

Nəqliyyat (Bakı - Şabran - Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Göl ətrafında ocaq və isti çay

Turun Qiymətinə Daxil Deyil:

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər


Lazım olan ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə məlumatlar:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.



İştirakçı Rəyləri

4.8
18 rəy əsasında
5
14

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxil deyil
English