Atlı tura qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız vacibdir. Bu, xüsusilə ilk dəfə at sürənlər üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmağın qarşısını alır. Marşrutun çətinlik səviyyəsi, tələb olunan avadanlıqlar, məsafə və hava şəraiti haqqında öncədən məlumatlanmaq, tur boyunca daha rahat və təhlükəsiz hərəkət etməyinizə kömək edəcək.
Atlı Turun programı:
1-ci GÜN: Kuzun – Yergikek kəndi
Səhər Bakıdan yola düşərək Qusarın Kuzun kəndinə çatırıq. Burada atlarla tanışlıq və qısa təlimdən sonra Yergikek kəndinə at yürüşünə başlayırıq. Yergikek Azərbaycanın ən yüksək kəndlərindən biridir və Şahdağ zirvəsinin ətəklərində yerləşir. Gəzinti boyunca möhtəşəm dağ mənzərələrinin və təbiətin gözəlliklərinin dadını çıxaracaqsınız.
-
Gecələmə: Yergikek kənd evində
-
Məsafə: 7 km
-
Başlama yüksəkliyi: 1 300 m
-
Bitiş yüksəkliyi: 2 380 m
-
Maksimum yüksəklik: 2 380 m
-
Çətinlik dərəcəsi: Orta-Çətin
-
Marşrutun müddəti: 3–5 saat
2-ci GÜN: Yergikek – Laza kəndi
Səhər yeməyindən sonra Yergikekdən Laza kəndinə doğru enişə başlayırıq. Şahdağ zirvəsinin ətəkləri boyunca davam edən səyahətimizi Qusar çayını keçərək Laza kəndinə çatmaqla tamamlayırıq. Qədim Laza kəndi şəlalələri ilə məşhurdur. Atlarımızla bu şəlalələri gəzərək, Laza kənd evində yerləşirik.
-
Gecələmə: Laza kənd evində
-
Marşrutun uzunluğu: 12 km
-
Başlama yüksəkliyi: 2 380 m
-
Maksimum yüksəklik: 2 380 m
-
Bitmə yüksəkliyi: 1700 m
3-cü GÜN: Laza – Qrız kəndi
Səhər yeməyindən sonra Qrız kəndinə doğru yürüşümüzə davam edirik. Mıxtökən silsiləsinin çəmənliklərini keçərək yavaş-yavaş Laza kəndinə çıxış edirik. Laza kəndindən Qrız kəndinə gedən yol turumuzun ən uzun və maraqlı hissəsidir. Yol boyunca Mıxtökən silsiləsinin ətəklərindəki çoban yaylaqları və möhtəşəm dağ mənzərələrini izləyərək Qrız kəndinə çatırıq.
-
Gecələmə: Qrız kənd evində
-
Marşrutun uzunluğu: 30 km
-
Başlama yüksəkliyi: 1 700 m
-
Maksimum yüksəklik: 2 700 m
-
Bitmə yüksəkliyi: 2 020 m
4-cü GÜN: Qrız – Xınalıq kəndi
Səhər yeməyindən sonra Qrız kəndindən Xınalıq kəndinə doğru yola düşürük. Yol boyu Qalaxudat kəndinə çatmazdan əvvəl Gur-gur şəlaləsi yanında qısa fasilə veririk.
Qudyalçay kanyonu boyunca gəzinti zamanı heyrətamiz Gur-gur şəlaləsinin gözəlliklərini seyr edirik və səyahətimizə davam edərək Qalaxudat kəndinə çatırıq. Burada nahar edirik və sonra Xınalıq kəndinə yolumuza davam edirik.
Xınalıq kəndinə çatdıqdan sonra kəndin tarixi yerlərini gəzərək qonaq evində yerləşirik.
-
Gecələmə: Qonaq evində
-
Marşrutun uzunluğu: 19 km
-
Başlama yüksəkliyi: 2 020 m
-
Maksimum yüksəklik: 2 300 m
-
Bitmə yüksəkliyi: 2 170 m
5-ci GÜN: Xınalıq – Şahyaylaq – Bazardüzü ətəkləri – Xınalıq
Səhər yeməyindən sonra Xınalıqdan Şahdağ Milli Parkına daxil oluruq. Yüksək dağ zirvələri və çoban yaylaqlarından keçərək Şahyaylağa doğru yola düşürük. Azərbaycanın ən yüksək zirvələrinin mərkəzində yerləşən bu yaylaq həm də ölkəmizin ən gözəl yaylaqlarından biridir. Daha sonra atlarımızı Azərbaycanın ən yüksək dağı olan Bazardüzü dağının ətəklərinə sürürük. İstirahətdən sonra turumuzu tamamlayaraq yenidən Xınalıq kəndinə qayıdırıq.
-
Gecələmə: Xınalıq kəndi qonaq evində
-
Məsafə: 30–40 km
-
Başlanğıc hündürlüyü: 2 170 m
-
Maksimum hündürlük: 2 800 m
-
Bitirmə hündürlüyü: 2 170 m
6-cı Gün: Xınalıq – Haput – Əlik kəndi – Bakı
Səhər yeməyindən sonra Xınalıq kəndi ilə vidalaşırıq və Haput kəndinə doğru yola düşürük. Qədim kəndin dar küçələri ilə Qudyalçaya enirik. Qudyalçayı keçərək Haput keçidinə doğru tarixi yollar boyunca irəliləyirik. Vadinin və ətraf zirvələrin möhtəşəm mənzərəsi ilə keçidimizi tamamlayırıq və Haput kəndinə enirik. Çoban sürülərinin alaçığından keçərək Əlik kəndinə çatırıq. Burada daimi yoldaşımız olan atlarla vidalaşırıq və Bakıya yol alırıq.
-
Gecələmə: Bakıda oteldə
-
Məsafə: 15 km
-
Başlanğıc hündürlüyü: 2 170 m
-
Maksimum hündürlük: 2 500 m
-
Bitirmə hündürlüyü: 1 600 m
Turun Qiymətinə Daxil Olan Xidmətlər:
-
Bakı – Quba – Qrız dəhnə kəndi – Bakı (Mercedes vita, sprinter)
-
Qrız dəhnə – Qrız kəndi – Qrız dəhnə kəndi (4x4 maşınlar)
-
Baqaj üçün dağ avtomobilləri (4x4 maşınlar)
-
Dağ və at bələdçisi (7 nəfər üçün 1 bələdçi)
-
Atlar
-
Qonaq evlərində gecələmə (3 gecə)
-
Qonaq evlərində yemək (3 dəfə)
-
Şahdağ Milli Parkına giriş biletləri
Turun Qiymətinə Daxil Olmayan Xidmətlər:
Lazım olan ləvazimatlar:
-
Bel çantası 30-40 L (tur müddətində istifadə etmək üçün)
-
Yürüş üçün rahat ayyaqqabı
-
Yürüş üçün rahat şalvar və gödəkçə
-
Havaya uyğun eynək, papaq və s.
-
Günəşdən qorunmaq üçün krem
-
Su qabı
-
Termos
-
Dəbilqə
Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.
Əlavə Məlumat və Şərtlər:
-
Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur.
-
Rezervasiyanın Ləğvi və Geri Ödəniş:
-
Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.
-
15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).
-
7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.
-
5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.
-
Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.
-
Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.
-
Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.
-
Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.
-
Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
- Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.