Popular Çətin May-Noyabr

Ən Yüksək 3: Bazardüzü , Şahdağ və Tufandağ Ekspedisiyası

Şahdağ Milli Parkı 9 Gün Max 14 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

4466m Zirvə
9 Gün
2170m Başlangıc
3250 m Düşərgə

Bu unudulmaz ekspedisiya sizi Azərbaycanın ən yüksək üç zirvəsi boyunca apararaq Böyük Qafqazın nəfəskəsən mənzərələri, çətin və maraqlı dağ relyefləri, saf dağ havası və vəhşi təbiəti ilə tanış edir. Tur Azərbaycanın və Cənubi Qafqazın ən yüksək nöqtəsi olan Bazardüzü (4466 m), panoramik və texniki baxımdan maraqlı Şahdağ, eləcə də füsunkar Tufandağ və Tufangöl ətrafında qurulmuş marşrutları əhatə edir. Ekspedisiya zamanı zirvə yürüşləri, alp çəmənlikləri, qayalı silsilələr və yüksək dağ gölləri ilə zəngin marşrutlar sizi gözləyir. Tufangöl ətrafında yürüş və istirahət anları turun ən yaddaqalan hissələrindən biridir. Bu tur dağçılıq, trekking və zirvə macərası sevənlər üçün ideal seçimdir və peşəkar bələdçilər tərəfindən təhlükəsiz şəkildə həyata keçirilir.

Professional bələdçi
Daxildir
Daxildir
Foto və Video


Azərbaycanın ən yüksək üç zirvəsi turuna qatılmadan əvvəl iştirakçıların turla bağlı bütün detallarla ətraflı tanış olması vacibdir. Xüsusilə ilk dəfə dağ yürüşünə çıxanlar üçün bu məlumatlandırma böyük əhəmiyyət daşıyır və mümkün gözlənilməz halların qarşısını almağa kömək edir. Marşrutun çətinlik səviyyəsi, tələb olunan avadanlıqlar, gündəlik yürüş məsafələri və hava şəraiti barədə əvvəlcədən məlumatlanmaq, ekspedisiya boyunca daha rahat, planlı və təhlükəsiz hərəkət etməyinizi təmin edəcək.

Səyahət planı:

1-ci GÜN: Hava Limanı→ Bakı → Otel

Qonaqlarımız Heydər Əliyev Hava Limanında qarşılanır və otelə transfer olunur. Təyyarənin Bakı’ya eniş vaxtından asılı olaraq şəhər turuna başlayırıq. Axşam otelimizdə yerləşirik.

Gecələmə: Bakı oteli

2-ci Gün: Bakı → Quba → Xınalıq → Xarıbülbül Zirvəsi (2 783 m)

Turumuz səhər saatlarında Bakıda başlayır. Şimal istiqamətində hərəkət etdikcə şəhər mənzərələri tədricən dağ landşaftları ilə əvəz olunur və bizi Böyük Qafqazın möhtəşəm təbiətinə doğru aparır. Təxminən 3 saatlıq yol boyunca Xəzər dənizi və Qafqaz dağlarının füsunkar panoramaları səyahətimizə xüsusi rəng qatır.

Quba şəhərinə çatdıqdan sonra dağ günləri üçün son hazırlıqlarımızı və alış-verişimizi edərək Xınalıq istiqamətində yolumuza davam edirik. Quba–Xınalıq yolu Qudialçay kanyonundan keçərək bizi getdikcə daha yüksək nöqtələrə aparır. Yol boyu dərin dərələr, sıldırım qayalar və dağ çaylarının mənzərələri müşahidə olunur.

Nəhayət, dəniz səviyyəsindən 2 150 metr yüksəklikdə yerləşən, minillik tarixi və unikal memarlığı ilə seçilən Xınalıq kəndinə çatırıq. Burada qonaq evlərində yerləşir, yerli mətbəxdən ibarət nahar edirik və qısa istirahət fasiləsi veririk.

Günün ikinci yarısında ekspedisiyanın dağ mərhələsi başlayır. Yüksəkliyə uyğunlaşma məqsədilə Xarıbülbül zirvəsinə (2 783 m) akklimatizasiya yürüşünə çıxırıq. Yürüş zamanı Böyük Qafqaz silsiləsinin geniş panoramaları, dərin dərələr və sərt dağ relyefi bizi müşayiət edir. Zirvəyə çatdıqda isə ətrafdakı dağ silsilələrinə açılan möhtəşəm mənzərə və dağların sükutu xüsusi bir hiss yaradır. Zirvə yürüşündən sonra eyni marşrutla Xınalıq kəndinə geri enirik. Axşam saatlarında qonaq evində isti şam yeməyi, sakit atmosfer və dağ gecəsinin özünəməxsus sehrli sükutu ilə günü tamamlayırıq.

Gecələmə: Xınalıq kəndində qonaq evi

  • Zirvənin hündürlüyü: 2 783 m
  • Yürüş məsafəsi (gediş–dönüş): 6 km
  • Başlanğıc hündürlüyü: 2 150 m
  • Maksimum hündürlük: 2 783 m
  • Bakı – Xınalıq məsafəsi: 231 km
    Accordion summary...

    Accordion body...

3-cü Gün: Xınalıq → Şahyaylaq → Tufandağ Düşərgəsi (3221 m)

Səhər yeməyindən sonra Xınalıq kəndindən yolsuzluq avtomobilləri ilə Şahdağ Milli Parkı istiqamətində yola düşürük. Dağlıq əraziyə daxil olmadan əvvəl Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində tələb olunan qeydiyyat prosedurlarını tamamlayır və ekspedisiyanın yüksək dağ mərhələsinə başlayırıq. Təxminən 1 saatlıq dağ yolu boyunca hərəkət etdikdən sonra yay aylarında çobanların məskunlaşdığı Şahyaylağa çatırıq. Buradan isə Tufandağ marşrutunun piyada hissəsinin başlanğıc nöqtəsinə qədər davam edirik və avtomobillərdən enirik. Piyada yürüşümüz Tufançayın sahili boyunca davam edir. Təxminən 3–4 saatlıq yürüş zamanı dağ çayları, alp çəmənlikləri və qayalı relyeflər bizə müşayiət edir. Günün sonunda 3 300 metr yüksəklikdə, füsunkar Tufangölün yaxınlığında yerləşən Tufandağ düşərgəsinə çatırıq. 3-cü Gün: Tufandağ Düşərgəsi (3 300 m) → Tufandağ Zirvəsi → Düşərgə3-cü Gün: Tufandağ Düşərgəsi (3 300 m) → Tufandağ Zirvəsi → Düşərgə3-cü Gün: Tufandağ Düşərgəsi (3 300 m) → Tufandağ Zirvəsi → Düşərgə3-cü Gün: Tufandağ Düşərgəsi (3 300 m) → Tufandağ Zirvəsi → DüşərgəBurada çadırlarımızı qurur, istirahət edir və axşam saatlarını dağların sakitliyi və təmiz havası içində keçiririk. Gecələmə çadırlarda baş tutur və bu gecə yüksək dağ mühitinə uyğunlaşma baxımından xüsusi əhəmiyyət daşıyır.

Gecələmə: Tufandağ düşərgəsində çadırlar

  • Şahyaylaq – Tufandağ düşərgəsi: 7 km
  • Düşərgənin hündürlüyü: 3 300 m
  • Başlanğıc hündürlüyü: 2 800 m
  • Maksimum hündürlük: 3 300 m
  • Xınalıq – Şahyaylaq məsafəsi (avtomobillə): 18 km
4-cü Gün: Tufandağ Düşərgəsi  → Tufandağ Zirvəsi → Düşərgə

Səhər tezdən, saat 05:00-da oyanaraq Tufandağ zirvəsinə doğru dırmanışımıza başlayırıq. Zirvə yürüşü yüksək dağ şəraitinə uyğun olaraq təxminən 4–5 saat davam edir. Marşrut boyunca qayalı yamaclar, alp relyefi və Böyük Qafqazın geniş panoramaları bizi müşayiət edir. Tufandağ zirvəsinə çatdıqda Quba, Qusar və Qəbələyə açılan möhtəşəm mənzərəni seyr edirik. Zirvədə qısa istirahət edir, xatirə şəkilləri çəkdirir və hava şəraitindən asılı olaraq ətraf dağ silsilə

Accordion summary...

Accordion body...

lərini izləyirik. 

Zirvədən sonra eyni marşrutla 2–3 saatlıq eniş edərək düşərgəyə qayıdırıq. Qısa istirahətdən sonra günün ikinci yarısında Tufangöl ətrafında yüngül gəzinti edirik. Göl ətrafında istirahət, foto fasilələri və təbiətin səssizliyindən zövq almaq üçün vaxt ayrılır.

Axşam saatlarında yenidən düşərgəyə qayıdır, çadırlarda gecələyirik.

  • Tufandağ düşərgəsi – Tufandağ zirvəsi (gediş–dönüş): 6 km


5-ci Gün: Tufandağ Düşərgəsi → Şahyaylaq → Bazardüzü Düşərgəsi (3 250 m

Səhər yeməyindən sonra çadırlarımızı yığıb Şahyaylağa doğru yola çıxırıq. Dağ yolu boyunca təmiz hava, sıldırım yamaclar və alp çəmənlikləri ilə əhatə olunmuş marşrut bizi təbiətin qoynunda hərəkət etməyə dəvət edir. Şahyaylağa çatdıqdan sonra Yatıqçayı boyunca hərəkət edərək, Böyük Qafqazın möhtəşəm silsilələrindən keçirik və Bazardüzü Dağının 3 250 m yüksəklikdəki düşərgəsinə çatırıq. Burada çadırlarımızı qurur, günün gərginliyindən sonra istirahət edirik və gecəni dağların sakitliyi içində keçiririk. Bu marşrut həm panoramik mənzərələri, həm də dağ yürüşünün sərt relyefini yaşamaq üçün ideal bir gün təqdim edir.

Gecələmə: Bazardüzü düşərgəsində çadırlar

  • Tufandağ düşərgəsi – Şahyaylaq – Bazardüzü düşərgəsi: 15 km
  • Düşərgənin hündürlüyü: 3 250 m
  • Başlanğıc hündürlüyü: 2 800 m
  • Maksimum hündürlük: 3 250 m
6-cı Gün: Bazardüzü Düşərgəsi → Bazardüzü Zirvəsi → Düşərgə (4 466 m)

Səhər saat 04:00-da oyanırıq, səhər yeməyimizi yeyir və Bazardüzü zirvəsinə qalxmağa başlayırıq. Zirvəyə gedən yol yüksək dağ şəraitinə uyğun olaraq təxminən 6–7 saat davam edir. Yüksək relyef, qayalı yamaclar və alp çəmənlikləri boyunca irəliləyərkən Böyük Qafqazın füsunkar panoramik mənzərələrindən zövq alırıq.  Zirvəyə çatdıqda 4 466 m yüksəklikdə açılan möhtəşəm mənzərəni seyr edir, fotoşəkillər çəkdirir və dağların sakitliyindən həzz alırıq. Zirvə ziyarətindən sonra eyni marşrutla təxminən 3–4 saatlıq eniş edərək düşərgəyə qayıdırıq.  Düşərgədə nahar edir, istirahət edirik və gecəni çadırlarda keçiririk. Bu gün ekspedisiyanın ən yadda qalan və panoramik zirvə günü hesab olunur.

Gecələmə: Bazardüzü düşərgəsində çadırlar

  • Zirvə hündürlüyü: 4 466 m
  • Yürüş məsafəsi (gediş–dönüş): 12 km
  • Eniş müddəti: 3–4
  • saat
  • Çıxış müddəti: 6–7 saat
7-ci Gün: Bazardüzü Düşərgəsi → Şahyaylaq → Şahdağ Düşərgəsi (3 100 m)

Səhər oyandıqdan sonra səhər yeməyimizi yeyir və çadırlarımızı yığıb Bazardüzü birinci düşərgəsinə enirik. Buradan Şahdağın ətəyinə çatmaq üçün 4x4 avtomobillərlə təxminən 1 saatlıq yol gedirik. Avtomobildən endikdən sonra təxminən 1 saatlıq piyada yürüş ilə Şahdağ düşərgəsinə çatırıq. Düşərgədə çadırlarımızı qurur, istirahət edir və növbəti günün zirvə yürüşünə hazırlaşırıq. Axşam saatlarında dağların sakitliyi və təmiz havası içində istirahət edirik. Gecəni çadırlarda keçiririk.

Gecələmə: Şahdağ düşərgəsində çadırlar

  • Bazardüzü – Şahdağ (4x4 avtomobil): 10 km
  • Düşərgənin hündürlüyü: 3 100 m
  • Şahyaylaq – Şahdağ düşərgəsi (piyada): 1,5 km
8-ci Gün: Şahdağ Düşərgəsi → Şahdağ Zirvəsi → Xınalıq → Bakı

Səhər saat 04:00-da oyanırıq və 05:00-da Şahdağ zirvəsinə qalxmağa başlayırıq. Zirvə yürüşü yüksək dağ şəraitinə uyğun olaraq təxminən 5–6 saat davam edir. Yüksək relyef və panoramik mənzərələr boyunca irəliləyərək zirvəyə çatırıq. Zirvədə foto fasilələri verilir və dağların möhtəşəm mənzərəsini seyr edirik. Zirvə ziyarətindən sonra təxminən 3–4 saatlıq eniş edərək düşərgəyə qayıdırıq. Düşərgədə nahar edir, qısa istirahət edirik və avtomobillərlə əvvəlcədən təyin olunmuş görüş nöqtəsinə gedirik. Buradan Xınalıq kəndinə, daha sonra isə Bakıya doğru yola çıxırıq.

Gecələmə: Bakı oteli

  • Zirvə yürüşü məsafəsi (gediş–dönüş): 12 km
  • Şahyaylaq – Xınalıq (4x4 avtomobil): 17 km
  • Zirvə yürüşü müddəti: 5–6 saat (çıxış) / 3–4 saat (eniş)
9-cu Gün: Otel→Hava limanı

Səhər oteldə yeməkdən sonra qonaqlarımızı hava limanına transfer edirik və səyahətimiz başa çatır.

Turun Qiymətinə Daxil Olan Xidmətlər:
  1. Nəqliyyat

  • Bakı – Xınalıq kəndi – Şəkər Dağları – Beşbarmaq Dağı – Bakı (Vita, Sprinter)

  • Xınalıq kəndi – Bazardüzü – Xınalıq kəndi (4x4 avtomobillər, yollar olmayan ərazilər üçün xüsusi avtomobil)

  • Hava limanı – Bakı – Hava limanı (Vita, Sprinter)

  1. Dağ bələdçisi (7 nəfər üçün 1 bələdçi)

  2. Zirvə sertifikatı

  3. Şahdağ Milli Parkına giriş biletləri

  4. Çadır (2 nəfər üçün 1 çadır)

  5. Kənd qonaq evində 3 gecə qalma və 2 nahar

  6. Hər çadır üçün 1 qaz balonu

  7. Lazımi icazələrin alınması

  • Şahdağ Milli Parkı

  • Dövlət Sərhəd Xidməti

  • Fövqəladə Hallar Nazirliyi

  1. 4* otel (3 gecə – 2 nəfərlik otaq)

10. Kəndlər arası yüklərin daşınması üçün avtomobil

Qeyd: Tələb üzrə əlavə xidmətlər əlavə oluna bilər.

Turun Qiymətinə Daxil Olamayan Xidmətlər:
  • Dağda yemək

  • Təyyarə biletləri

  • Şəhərdəki yeməklər

  • Proqramda göstərilməyən digər xərclər (xüsusi tələblər, tək nəfərlik otaq və s.)

  • Muzey biletləri

  • Atlar( İstəyə görə xidmətlərə daxil edilə bilər)

Tur iştirakçılarında olması lazım olan avadanlıqlar:
  • 50–70 litrlik bel çantası

  • Su keçirməyən/ nəfəs alan şalvar və gödəkçə (GORE-TEX), isti saxlayan sviter (polar), termal iç geyim və papaq

  • Su keçirməyən dağ ayaqqabıları, tozluq

  • Dağçı kaskı, gün eynəyi, baş fənəri və ehtiyat batareyalar

  • Yürüş üçün çubuqlar (baston)

  • Çadır (tərəfimizdən təmin olunacaq)

  • Yatmaq üçün mat və yataq çantası

  • Kamp sobaları və mətbəx ləvazimatları

  • Su qabı

  • Şəxsi gigiyena vasitələri

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır

Əlavə Məlumat və Şərtlər:
  • Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. 

  • Rezervasiyanın Ləğvi və Geri Ödəniş:

    • Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.

    • 15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).

    • 7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.

    • 5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.

  • Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.

  • Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.

  • Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.

  • Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.

  • Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

  • Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxildir
English