Şahdağda xizək turuna qatılmadan əvvəl, marşrutun çətinlik səviyyəsi, lazımi xizək və qış avadanlıqları, istifadə ediləcək xizək trasları, hava şəraiti və günün proqramı ilə əvvəlcədən tanış olmaq vacibdir. Bu, tur boyunca daha rahat, təhlükəsiz və tam hazır şəkildə hərəkət etməyinizə kömək edəcək.
Səyahət planı:
1-ci GÜN: Hava Limanı→ Bakı → Otel
Qonaqlar Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanır və otelə transfer edilir. Təyyarənin eniş vaxtından asılı olaraq şəhər turu təşkil oluna bilər.
Gecələmə Bakıda oteldə.
2-ci GÜN: Bakı şəhər turu
Səhər yeməyindən sonra oteldən çıxış edərək Bakıya şəhər turuna başlayırıq.
-
İçərişəhər
-
Nizami küçəsi
-
Kiçik Venesiya Parkı
-
Alov Qüllələri
-
Türk Şəhidliyi
-
Bayraq Meydanı
-
Milli Məclis ərazisi
-
Şəhidlər Xiyabanı
Turdan sonra otelə transfer.
Gecələmə: Bakı oteli
3-cü GÜN: Bakı → Qobustan → Palçıq vulkanları → Atəşgah → Yanardağ →Bakı
Oteldə səhər yeməyi.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət edirik – burası Mezosolit dövrü (e.ə. XII–VIII əsrlər) insanların yaşayış məskəni olmuşdur. Daha sonra palçıq vulkanlarını, o cümlədən dünyanın ən böyük və aktiv vulkanlarından olan Toragay vulkanını (təqribən 400 m) görəcəyik.
Nahar sonrası XV–XVII əsrlərə aid Atəşgah məbədi və Yanardağ ziyarət olunur.
Gecələmə: Bakı.
4-cü GÜN: Bakı → Şahdağ Xizək Mərkəzi
Oteldə səhər yeməyindən sonra Şahdağa transfer. Gün boyu xizək sürmək üçün sərbəst vaxt.
Arzu edən qonaqlar Şahdağ Resort kompleksi daxilində xizək və snouborddan əlavə pullu fəaliyyətlərdən istifadə edə bilərlər: zipline, Shahdag Train, atıcılıq və digər əyləncələr.
Gecələmə: Şahdağ oteli
5-ci GÜN: Şahdağ – Laza Kəndi Şəlalələri
Səhər yeməyindən sonra gün boyu xizək üçün sərbəst vaxt.
Nahardan sonra əlavə olaraq Laza kəndinə və Laza şəlalələrinə qısa səfər təşkil olunur.
Gecələmə: Şahdağ oteli
Accordion summary...
Accordion body...
6-cı GÜN:Şahdağ Xizək turu və Digər Əyləncələr
Oteldə səhər yeməyi. Günün qalan hissəsi xizək və digər qış fəaliyyətləri üçün sərbəstdir.
Qonaqlar əlavə ödənişlə Resort daxilində zipline, Shahdag Train, atıcılıq və digər fəaliyyətlərdən yararlana bilərlər.
Gecələmə: Şahdağ oteli
7-ci GÜN: Bakı → Hava Limanı transferi
Səhər oteldə yeməkdən sonra qonaqlarımızı hava limanına transfer edirik və səyahətimiz başa çatır.
Turun Qiymətinə Daxil Olan Xidmətlər:
- Bakı Beynəlxalq Hava Limanı – Otel – Bakı Beynəlxalq Hava Limanı (Mercedes Vito, Sprinter)
- Bakı – Şahdağ Xizək Mərkəzi – Bakı (Mercedes Vito, Sprinter)
- Bakı – Qobustan – Palçıq vulkanları – Atəşgah məbədi (Mercedes Vito, Sprinter)
- Otel gecələməsi (2 nəfərlik otaqlarda)
- Bütün şəhərlərarası transferlər
- Şəxsi xizək avadanlıqlarının nəqliyyat vasitələrində daşınması
- Bakı şəhər turu
Qeyd: Tələb üzrə əlavə xidmətlər əlavə oluna bilər.
Turun Qiymətinə Daxil Olamayan Xidmətlər:
- Təyyarə biletləri
- Şəhərdəki yeməklər
- Proqramda göstərilməyən digər xərclər (xüsusi tələblər, tək nəfərlik otaq və s.)
- Muzey və tarixi abidələrin giriş biletlər
- Bütün otel əlavələri və şəxsi xərclər
- Əlavə turlar
- Səhər yeməyi xaricində bütün yeməklər və içkilər
- Bakıda yeməklər
- Xizək mərkəzində avadanlıq icarəsi
Əlavə Məlumat və Şərtlər:
-
Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur.
-
Rezervasiyanın Ləğvi və Geri Ödəniş:
-
Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.
-
15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).
-
7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.
-
5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.
-
Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.
-
Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.
-
Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.
-
Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.
-
Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
- Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.