Popular Asan 4 fəsil

Qədim Qəbələnin Atlı Səyahəti: Alban İrsi və Dağ Kəndlərinin Kəşfi

Qəbələ 2 Gün Max 10 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

625 m Zirvə
25 km Məsafə
2 Gün
405 m Başlangıc

Bu atlı tur sizi Qəbələnin füsunkar təbiəti və zəngin tarixi irsi ilə unudulmaz bir səyahətə aparır. Marşrut qədim Qafqaz Albaniyasının 800 ildən çox paytaxtı olmuş Qəbələnin qədim qala divarları, Komradbaba dağı və bölgənin tarixi kəndləri – Çuxur Qəbələ, Dızaxlı, Hacıalılı kimi qədim yaşayış məskənləri ilə tanışlıq imkanı yaradır.

Tur proqramı at minmə üzrə qısa təlim, atları yemləmə və qaşovlama kimi maraqlı fəaliyyətlərlə başlayır. Daha sonra atla gəzinti turuna Çuxur Qəbələ kəndindən start verilir, düzənlik ərazilərdən və Komradbaba dağının ətəyindən keçərək Dızaxlı kəndinə yol alınır və yenidən Çuxur Qəbələyə qayıdılır. Komradbaba dağının ətəyində fasilə zamanı çay, şirniyyat, meyvə və tərəvəzlərdən ibarət piknik süfrəsi təşkil olunur. Ardınca düzənlik ərazilər, meşə kənarı və çay boyunca geri qayıdılır.

Turun sonunda kənd evində çay süfrəsi, ev heyvanları ilə vaxt keçirmək, onları yemləmək və bağda gəzinti imkanı olur. Naharda orqanik məhsullardan hazırlanmış yeməklər təqdim edilir. Daha sonra meşədə gəzinti və mövsümi meyvə yığımı ilə təbiətin gözəlliklərindən zövq alırsınız. Bu səyahət sizə Qəbələnin qədim tarixi, kənd həyatı və təbiətini at belində hiss etmək üçün nadir bir fürsət təqdim edir.

  • Turun növü: Atlı tur

  • Qrupda minimum iştirakçı sayı: 2 nəfər

  • Mövsüm: İl boyu

  • Çətinlik dərəcəsi: Hamıya uyğundur.

  • Minimum yaş: 10 yaş (18 yaşadək olan şəxslər üçün valideynlər ən az birinin yaxud qəyyumlarının iştirakı ilə)

  • Marşrutun uzunluğu: 35 km

  • Müddət: 1 gecə / 2 gün

  • Ən alçaq nöqtə: 300 m

  • Ən yüksək nöqtə: 625 m

  • Marşrutun başlanma yüksəkliyi: 405 m

  • Marşrutun bitmə yüksəkliyi: 405 m

Professional bələdçi
Nahar yeməyi daxildir
Daxildir
Foto və Video

Atlı tura qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız vacibdir. Bu, xüsusilə ilk dəfə at sürənlər üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmağın qarşısını alır. Marşrutun çətinlik səviyyəsi, tələb olunan avadanlıqlar, məsafə və hava şəraiti haqqında öncədən məlumatlanmaq, tur boyunca daha rahat və təhlükəsiz hərəkət etməyinizə kömək edəcək.

Atlı Turun programı:

1-ci GÜN: Bakı – Şamaxı- Qəbələ 

Qəbələdə atlı turumuzun birinci günü Bakıdan səhər saatlarında yola düşməklə başlayır. Şamaxıda qısa fasilədən sonra təxminən 4 saatlıq səfərdən sonra Qəbələyə çatırıq və otelə yerləşirik. Günortadan sonra Qəbələ şəhərini gəzərək yerli tarixi və mədəniyyət nümunələri ilə tanış olur, Tufandağ Xizək Mərkəzinin ərazisini ziyarət edirik. Axşam otelə qayıdaraq axşam yeməyi və istirahət edirik.

2-ci GÜN: Qəbələ – Atçılıq mərkəzi- Çuxur Qəbələ-Komradbaba dağı-Çuxur Qəbələ

Bakıdan Qəbələyə yola düşürük. Şamaxıda qısa fasilədən sonra səfərə davam edərək təxminən 4 saatlıq yol ilə Qəbələyə çatırıq. Qəbələ şəhərindən Atçılıq Mərkəzinin yerləşdiyi əraziyə gedirik. Tur at minmə üzrə qısa təlim, atları yemləmə və qaşovlama kimi maraqlı fəaliyyətlərlə başlayır.

Daha sonra atla gəzinti turuna Çuxur Qəbələ kəndindən start verilir, düzənlik ərazilərdən və Komradbaba dağının ətəyindən keçərək Dızaxlı kəndinə yol alınır və yenidən Çuxur Qəbələyə qayıdılır. Komradbaba dağının ətəyində fasilə zamanı çay, şirniyyat, meyvə və tərəvəzlərdən ibarət piknik süfrəsi təşkil olunur. Geri dönüş yolu düzənlik ərazilərdən, meşə kənarından və çay boyunca keçirilir.

Turun sonunda kənd evində çay süfrəsi, ev heyvanları ilə vaxt keçirmək, onları yemləmək və bağda gəzinti imkanı olur. Naharda orqanik məhsullardan hazırlanmış yeməklər təqdim edilir. Daha sonra meşədə gəzinti və mövsümi meyvə yığımı həyata keçirilir və tur hotelə dönüşlə tamamlanır.

  • Marşrutun uzunluğu: 15 km
  • Müddət: 5–6 saat
  • Ən alçaq nöqtə: 370 m
  • Ən yüksək nöqtə: 405 m
3-cü GÜN: Çuxur Qəbələ-Hacıalılı - Tola kəndi- Çuxur Qəbələ-Bakı

Tur Çuxur Qəbələ kəndindən başlayan atla gəzinti ilə davam edir. Marşrut düzənlik, təpəlik, meşə və çaylıq ərazilərdən keçərək unudulmaz təcrübə bəxş edir. Çay kənarında verilən fasilə zamanı çay, şirniyyat, meyvə və tərəvəzlərdən ibarət piknik süfrəsindən zövq alınır. Ardınca atla səyahətə davam edərək Hacıalılı və Tola kəndlərindən keçib yenidən Çuxur Qəbələyə qayıdılır. Turun sonunda orqanik məhsullardan hazırlanmış nahar təqdim olunur və tur yekunlaşır.

  • Marşrutun uzunluğu: 10 km
  • Müddət: 4–5 saat
  • Ən alçaq nöqtə: 360 m
  • Ən yüksək nöqtə: 423 m


Turun Qiymətinə Daxil Olan Xidmətlər:
  • At

  • Atçı bələdçi

  • At sürmə üzrə qısa təlim

  • Şəkil və video çəkilişi (turun sonunda göndərilir)

  • Atlar haqqında məlumat, qidalanması, at sürmənin faydaları barədə məlumat

  • 1 gecə kənd evində gecələmə

  • 2 nahar, 2 səhər yeməyi, 2 axşam yeməyi

  • Qəbələ oteldən atçılıq mərkəzinə nəqliyyat

  • Fasilədə çay, meyvə, ləbləbi, şirniyyatlar və s.

  • Bakı-Qəbələ- Bakı nəqliyyat

Turun Qiymətinə Daxil Olmayan Xidmətlər:
  • Şəxsi geyim və ləvazimatlar
  • Proqramda qeyd olunmayan digər xidmətlər
  • Qəbələdə Otel (Müştərinin istəyinə görə oteli xidmətə daxil edilə bilər)
Lazım olan ləvazimatlar:
  • Bel çantası 30-40 L (tur müddətində istifadə etmək üçün)

  • Yürüş üçün rahat ayyaqqabı

  • Yürüş üçün rahat şalvar və gödəkçə

  • Havaya uyğun eynək, papaq və s.

  • Günəşdən qorunmaq üçün krem

  • Su qabı

  • Termos

  • Dəbilqə

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:
  • Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur.

  • Rezervasiyanın ləğvi və geri ödəniş:

    • Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə ödəniş tam geri qaytarılır.

    • 15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır.

    • 7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.

    • 5 gün və daha az qalmış ləğv edildikdə ödəniş geri qaytarılmır.

  • Tur proqramının dəyişdirilməsi: Hava şəraiti və digər gözlənilməz səbəblərə görə tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.

  • Qrup sayı: 3, 7 və ya 14 nəfər ola bilər. Daha fərqli qrup tələbləri üçün fərdi qiymət təklif olunur.

  • Çəki məhdudiyyəti: Atlarımızın sağlamlığı və tur təhlükəsizliyi üçün iştirakçıların çəkisi ideal olaraq 90 kq-a qədər olmalıdır. Təcrübədə 100–110 kq-a qədər iştirakçılar da uyğun atlarla iştirak edə bilirlər, lakin daha yüksək çəkidə məhdudiyyət qoyulmuşdur.

  • İştirakçının ayaq və bədən balansı da vacibdir. Fiziki məhdudiyyəti olmayan, ayaqları güclü və at üstündə balans saxlaya bilən şəxslər daha rahat minə bilərlər.

  • Mobil rabitə: Dağlıq ərazilərdə bəzi yerlərdə mobil rabitə zəif ola bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.

  • Qidalanma və avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçıların öz öhdəliyindədir.

  • Fərdi sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək istəyənlər bizimlə əlaqə saxlaya bilərlər.

  • Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Nahar yeməyi daxildir
English