Popular Orta Mart-Noyabr

Qəbələdə Atla Macəra Turu – Təbiət və Tarixin Sehrinə Səyahət

Qəbələ 1 Gün Max 16 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

1 Gün

Atla gəzinti turları Qəbələ rayonunun Çuxur Qəbələ, Hacıalılı, Bayramkoxalı, Laza kəndlərində həyata keçirilir.

Turlar zamanı Çuxur Qəbələ, Hacıalılı, Bayramkoxalı, Laza kəndləri ilə yanaşı, Nic qəsəbəsi, Çarxana, Mamaylı, Böyük Əmili, Soltannuxa və digər kəndləri də görmək imkanınız olur.

Səfərlər zamanı qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının 800 ildən çox paytaxtı olmuş qədim Qəbələ şəhərinin qala divarlarını, qədim Komradbaba ziyarətgahını, dağ yamaclarında yerləşən kənd həyətlərini və çay kənarındakı istirahət məkanlarını kəşv edəcəksiniz.

Təklif etdiklərimiz:

  • Təcrübəli bələdçilərlə təhlükəsiz atlı gəzinti

  • Kənd həyatı və yerli mədəniyyətlə tanışlıq

  • Qısa fasilələr və piknik dayanacaqları

  • Komradbaba ziyarəti və tarixi yerlərin araşdırılması

Müddət: 1 və ya 2 günlük proqram
Mövsüm: Yaz, yay və payız aylarında təşkil olunur
Çətinlik dərəcəsi: Yeni başlayanlar və orta səviyyəli iştirakçılar üçün uyğundur

Qəbələdə at belində səyahət edərək həm təbiətin gözəlliklərini kəşf edin, həm də bölgənin tarixini daha yaxından hiss edin. Bu tur, səyahətinizi macəra və mədəniyyətlə birləşdirəcək unikal bir fürsətdir.


Professional bələdçi
Daxil deyil
Bakıdan transfer
Foto və Video

Tur Bayramkoxalı kəndindən başlayır. Buradan at belində yola çıxaraq Mamaylı, Hacıalılı, Çarxana və Dızaxlı kəndlərindən səyahət edilir. Marşrut boyunca Qaraçayın kənarında dayanaraq su və təzə meyvə fasiləsi verilir. Daha sonra Komradbaba dağına qalxılır, burada yerləşən türbə və məscid ziyarət olunur, çay, kofe və şirniyyat fasiləsi təşkil edilir. Səyahət Çuxur Qəbələ kəndinə davam edir və Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda ekskursiya olunur, nahar və qısa istirahət fasiləsi verilir. Tur Toğa kəndindən keçərək Lavanda plantasiyasına doğru davam edir və burada ekskursiya təşkil edilir. Sonda marşrut Hacıalılı və Mamaylı kəndlərindən keçərək Bayramkoxalı kəndində yekunlaşır.

Atlı tura qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız vacibdir. Bu, xüsusilə ilk dəfə at sürənlər üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmağın qarşısını alır. Marşrutun çətinlik səviyyəsi, tələb olunan avadanlıqlar, məsafə və hava şəraiti haqqında öncədən məlumatlanmaq, tur boyunca daha rahat və təhlükəsiz hərəkət etməyinizə kömək edəcək. 

Turun Qiymətinə Daxil Olan Xidmətlər:
  • At

  • At sürmə üzrə qısa təlim

  • Şəkil və video çəkilişi (turun sonu göndərilir)

  • Atlar haqqında geniş məlumatın verilməsi, qidalanması, at sürmənin və ümumiyyətlə atlarla zaman keçirmənin faydaları haqda məlumatın verilməsi və s.

Turun Qiymətinə Daxil Olmayan Xidmətlər:
  • Şəxsi geyim ləvazimatları

  • Proqramda qeyd olunmayan digər xidmətlər

Lazım olan ləvazimatlar:
  • Bel çantası 30-40 L (tur müddətində istifadə etmək üçün)

  • Yürüş üçün rahat ayyaqqabı

  • Yürüş üçün rahat şalvar və gödəkçə

  • Havaya uyğun eynək, papaq və s.

  • Günəşdən qorunmaq üçün krem

  • Su qabı

  • Termos

  • Dəbilqə

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:
  • Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. 

  • Rezervasiyanın Ləğvi və Geri Ödəniş:

    • Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.

    • 15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).

    • 7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.

    • 5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.

  • Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.

  • Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.

  • Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.

  • Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.

  • Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

  • Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Bakıdan transfer
Daxil deyil
English