Popular Asan Dekabr-Mart

Tufandağ Xizək Turu – Qışın Sehrini Kəşf Edin!

Tufandağ Turizm Mərkəzi 1 Gün Max 16 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

1920 m Zirvə
1 Gün
950 m Başlangıc

Azərbaycanın ən məşhur ikinci qış istirahət məkanı olan Tufandağ Turizm Mərkəzi, unikal təbiəti, müasir xizək trasları və möhtəşəm dağ mənzərələri ilə qış mövsümündə həm yerli, həm də xarici turistlərin sevimli ünvanıdır.

Xizək həvəskarları və təbiət aşiqi olanlar üçün ideal seçim olan Tufandağ, həm peşəkar xizəkçilərə, həm də yeni başlayanlara rahat və təhlükəsiz şərait yaradır. Qafqaz dağlarının füsunkar mənzərəsi, qarla örtülü meşələr və sakit dağ havası burada qışın sehrini hiss etməyə imkan verir.

Tufandağ Xizək Turu dostlar, ailələr və korporativ istirahət üçün mükəmməl seçimdir. Aktiv qar macəraları, xizək sürmək, qar oyunları və təmiz dağ havası ilə dolu bu tur sizə unudulmaz xatirələr bəxş edəcək.

 

 Biz sizə təklif edirik:

  • Təhlükəsiz səyahət: Təcrübəli tur rəhbəri ilə bütün səfər boyunca təhlükəsizlik təmin olunur.

  • Unudulmaz xatirələr: Qar oyunları, xizək macəraları və heyrətamiz mənzərələrdən zövq alın.

  • Rahatlıq və komfort: Rahat nəqliyyat, nahar və istirahət fasilələri ilə stresssiz tur təcrübəsi.

  • Fərdi diqqət: Hər iştirakçıya xüsusi yanaşma və ehtiyaclara uyğun xidmət.

  • Foto fürsətləri: Qış mənzərələrinin ən gözəl nöqtələrində xatirə şəkilləri üçün dayanacaqlar.

  • Qrup Lideri Pulsuz: 10 nəfərdən çox qruplar üçün 1 nəfər qrup rəhbəri pulsuz iştirak edə bilər.


Tufandağ Xizək Turu ilə qışın sehrini kəşf edin, qarın və dağların əsl dadını çıxarın!

Professional bələdçi
Daxildir
Foto və Video

Xizək turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız tövsiyə olunur. Bu, xüsusilə ilk dəfə xizək sürəcək iştirakçılar üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmamağınıza kömək edəcək. Lazım olan geyim və avadanlıqlar, hava şəraiti, trasların çətinlik dərəcəsi və təhlükəsizlik qaydaları haqqında əvvəlcədən məlumatlı olmaq, rahat və təhlükəsiz istirahət etməyinizi təmin edəcək.

Səyahət planı:
  • Turun programı:

    • Bakıda iştirakçıların toplanması və Qəbələyə doğru yola düşüş.

    • Şamaxıda qısa fasilə, sonra yolumuza davam edirik.

    • Şamaxıda qısa dayanışdan sonra Tufandağ Xizək Mərkəzinə çatırıq.

    • Xizək və snowboard fəaliyyəti, qar oyunları və aktiv istirahət fürsəti.

    • Mərkəzdə nahar fasiləsi.

    • Tufandağ ətrafında mənzərəli yürüşlər və foto çəkilişləri.

    • Bakıya geri dönüş.

Turun Qiymətinə Daxildir:
  • Nəqliyyat (Bakı – Qəbələ-Tufandağ – Bakı)

  • Tur rəhbəri xidməti

  • Yol üstü səhər yeməyi

Turun Qiymətinə Daxil Deyil: 
  • Xizək və snowboard avadanlıqları icarəsi (istəyə görə)

  • Nahar və şəxsi xərclər

  • Xizək mərkəzində bilet və əsas xidmətlər

Lazım Olan Geyimlər və Avadanlıqlar:

Qışda dağ havası soyuq və küləkli  ola bilər. Rahat və təhlükəsiz səyahət üçün aşağıdakı geyim və avadanlıqlar tövsiyə olunur:

Əsas geyimlər:

  • İsti və suya davamlı xizəklik və ya snowboard geyimi (jaket + şalvar)

  • Termal alt geyimlər və qat-qat geyim

  • İsti corab və əlcək

  • Şapka və ya qalın papaq

  • Boyun və üzü qoruyan buff və ya qalın şərf

Ayaqqabı və aksesuarlar:

  • Xizəklik və ya qar botları

  • Gözləri qoruyan xizək eynəyi və ya gün eynəyi

  • Gündəlik rahat ayaqqabılar (səyahət və yürüş üçün)

Əlavə tövsiyələr:

  • Geyimlərinizin suya və soyuğa davamlı olmasına diqqət edin

  • Günəş kremi və balzam, xüsusən üz üçün

  • Kiçik çanta və ya bel çantası şəxsi əşyalar üçün

  • Kamera və ya telefon üçün qoruyucu örtük

     

 Qeyd: Əgər xizək və snowboard avadanlığınız yoxdursa, bizdən  icarəyə götürmək mümkündür.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
English