Popular Asan Dekabr-Mart

Şahdağ Xizək Turu – Qışın Sehrinə Səyahət

Şahdağ Xizək Mərkəzi 1 Gün Max 16 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

2552 m Zirvə
1 Gün
1435 m Başlangıc

Azərbaycanın ən məşhur qış istirahət məkanı olan Şahdağ Turizm Mərkəzi, unikal təbiəti, müasir xizək trasları və möhtəşəm dağ mənzərələri ilə qış mövsümünün sevimli ünvanıdır. Xizək həvəskarları və təbiət aşiqi olanlar üçün ideal seçim olan Şahdağ, həm peşəkar xizəkçilərə, həm də yeni başlayanlara mükəmməl şərait yaradır.

Qafqaz dağlarının qoynunda yerləşən ilk və ən iri xizək mərkəzi olaraq Şahdağ, qışın sehrini yaşamaq üçün ən ideal məkandır. Burada həm adrenalin dolu xizək macərası, həm də sakit və romantik dağ atmosferindən zövq ala bilərsiniz.

Şahdağ Xizək Turu həm dostlar, həm ailələr, həm də korporativ istirahət üçün mükəmməl seçimdir. Qış mövsümündə unudulmaz xatirələr və möhtəşəm təcrübə üçün bu turu qaçırmayın!

Biz sizə təklif edirik:

  • Təhlükəsiz səyahət: Təcrübəli tur rəhbəri ilə bütün səfər boyunca təhlükəsizliyin təmin olunması.

  • Unudulmaz xatirələr: Möhtəşəm mənzərələr və aktiv qar oyunları ilə dolu bir gün.

  • Rahatlıq və komfort: Rahat nəqliyyat, nahar və fasilələr ilə stresssiz tur təcrübəsi.

  • Fərdi diqqət: Hər iştirakçıya xüsusi yanaşma və ehtiyaclarına uyğun xidmət.

  • Foto fürsəti: Xatirə şəkilləri üçün ən gözəl mənzərələrdə dayanışlar.

  • Qrup Lideri Pulsuz: 10 nəfərdən çox qruplarda bir nəfər qrup rəhbəri pulsuz iştirak edə bilər.


Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Xizək turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız tövsiyə olunur. Bu, xüsusilə ilk dəfə xizək sürəcək iştirakçılar üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmamağınıza kömək edəcək. Lazım olan geyim və avadanlıqlar, hava şəraiti, trasların çətinlik dərəcəsi və təhlükəsizlik qaydaları haqqında əvvəlcədən məlumatlı olmaq, rahat və təhlükəsiz istirahət etməyinizi təmin edəcək.

Səyahət planı:
  • Bakıda iştirakçıların toplanması və Qusara doğru yola düşüş.

  • Beşbarmaqda qısa fasilə, sonra yolumuza davam edirik.

  • Qubada qısa dayanışdan sonra Şahdağ Xizək Mərkəzinə çatırıq.

  • Xizək və snowboard fəaliyyəti, qar oyunları və aktiv istirahət fürsəti.

  • Mərkəzdə nahar fasiləsi.

  • Şahdağ ətrafında mənzərəli yürüşlər və foto çəkilişləri.

  • Bakıya geri dönüş.

Accordion summary...

Accordion body...

Turun Qiymətinə Daxildir:
  • Nəqliyyat (Bakı – Şahdağ – Bakı)

  • Tur rəhbəri xidməti

  • Yol üstü səhər yeməyi



Turun Qiymətinə Daxil Deyil: 
  • Xizək və snowboard avadanlıqları icarəsi (istəyə görə)

  • Nahar və şəxsi xərclər

  • Xizək mərkəzində bilet və əsas xidmətlər

Lazım Olan Geyimlər və Avadanlıqlar:

Qışda dağ havası soyuq və küləkli  ola bilər. Rahat və təhlükəsiz səyahət üçün aşağıdakı geyim və avadanlıqlar tövsiyə olunur:

Əsas geyimlər:

  • İsti və suya davamlı xizəklik və ya snowboard geyimi (jaket + şalvar)

  • Termal alt geyimlər və qat-qat geyim

  • İsti corab və əlcək

  • Şapka və ya qalın papaq

  • Boyun və üzü qoruyan buff və ya qalın şərf

Ayaqqabı və aksesuarlar:

  • Xizəklik və ya qar botları

  • Gözləri qoruyan xizək eynəyi və ya gün eynəyi

  • Gündəlik rahat ayaqqabılar (səyahət və yürüş üçün)

Əlavə tövsiyələr:

  • Geyimlərinizin suya və soyuğa davamlı olmasına diqqət edin

  • Günəş kremi və balzam, xüsusən üz üçün

  • Kiçik çanta və ya bel çantası şəxsi əşyalar üçün

  • Kamera və ya telefon üçün qoruyucu örtük

     

 Qeyd: Əgər xizək və snowboard avadanlığınız yoxdursa, bizdən  icarəyə götürmək mümkündür.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English