Popular Asan May-Noyabr

Kühül Mağarası: Qayayadırmanma Təlimi və Turu

Kühül mağarası 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

1 Gün

Bakının cənub-qərbində, Bakıxanov  qəsəbəsində  yerləşən Kühül mağarası – həm təbiətsevərlərin, həm də qayayadırmanma həvəskarlarının kəşf etməli olduğu nadir yerlərdən biridir. Buranın özəlliyi yalnız qayaların formasında və sərtliyində deyil, həm də yaratdığı atmosferdə gizlidir: bir tərəfdə şəhərin səsi eşidilir, digər tərəfdə isə səssiz, sərt və əsrarəngiz qaya divarları səni gözləyir. Kühül, həm texniki məşq sahəsi, həm də ekstremal şəraitdə dırmanma bacarıqlarının təkmilləşdirilməsi üçün ideal məkandır.

Mağaranın içərisində və ətrafında müxtəlif çətinlik dərəcələrinə uyğun dırmanma marşrutları yerləşir. Qayaların strukturunda təbii çatlar, tutacaqlar və çıxıntılar bu ərazini həm top-rope, həm də trad dırmanış üçün uyğun edir. Yay aylarında mağaranın kölgəli sahələri sərinlik və dincəlmək üçün fürsət yaradır, qışda isə küləkdən qorunmağa imkan verir. Kühül mağarası həm fərdi, həm də qrup təlimləri üçün mükəmməl bir platformadır. Burada fiziki gücünü, texnikanı və iradəni sınamaq üçün hər şey mövcuddur. Şəhərə bu qədər yaxın olub, bu qədər vəhşi görünmək – məhz Kühülün cazibəsidir.

Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Qayaya dırmanma təlim-turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən qayayadırmanmaya ilk dəfə yola çıxanlar üçün faydalıdır və gözlənilməz çətinliklərlə qarşılaşmamağınıza kömək edəcək. Dırmanışın çətinliyi, lazım olan avadanlıqlar, qayaların yüksəkliyi və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

09:00 – Mağaranın yanında toplanış

09:00 - 16:00 – Qayayadırmanma təlimi və praktiki məşqlər

16:00 - 17:00 – Bakıya geri dönüş

Turun Qiymətinə Daxildir:

✅Peşəkar qayayadırmanma təlimçisi

✅Qayayadırmanma ləvazimatları:
(kəmər, karabin, ip, təhlükəsizlik aləti - ATC)

✅Qayayadırmanma üzrə giriş dərsi və təhlükəsizlik təlimatı

✅Avadanlıqlardan istifadə və sığorta texnikalarının öyrənilməsi

✅Fərqli çətinlik səviyyələrində real dırmanış təcrübəsi

✅Təbiət içində rahat atmosfer və dəniz mənzərəsində istirahət

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Dırmanış üçün şəxsi geyim

❌Tur proqramından kənar fərdi istəklər

❌Dırmanma ayaqqabısı (istəyə bağlı olaraq)

Lazım olan ləvazimatlar:
  • Bel çantası (20-35 litr həcmində)
  • Rahat yürüş ayaqqabısı
  • Şalvar və gödəkçə (sukeçirməz olması tövsiyə olunur)
  • Papaq, eynək, əlcək
  • Su və yüngül qida (sendviç, buterbrod və s.)
  • Termos (isti içkilər üçün)

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Dırmanışdan sonra dəyişmək üçün əlavə paltar və ayaqqabı götürə bilərsiniz. Əlavə əşyalarınızı nəqliyyatda saxlamaq mümkündür.

❌Hava şəraiti, ictimai hadisələr və digər fövqəladə hallar səbəbilə təşkilatçılar tur proqramında dəyişiklik və ya ləğv etmə hüququna malikdirlər.


İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English