Popular Asan May-Noyabr

Bakı Qulaqları – Qayayadırmanma Təlimi və Turu

Bakı qulaqları 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

1 Gün

Şəhərdən uzaqlaşmadan əsl macəraya atıl! Abşeronun ən yüksək nöqtəsi olan Bakı Qulaqlarında, iki möhtəşəm zirvə – Taxtalıq və Kərkəz səni gözləyir. Fərqli çətinlik səviyyələrinə uyğun qaya marşrutları, peşəkar təlimçilər və unikal təbiət mənzərələri ilə bu təlim və dırmanma turu, istər yeni başlayanlar, istərsə də təcrübəli dırmanışçılar üçün unudulmaz təcrübə təqdim edir.

Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Qayaya dırmanma təlim-turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən qayayadırmanmaya ilk dəfə yola çıxanlar üçün faydalıdır və gözlənilməz çətinliklərlə qarşılaşmamağınıza kömək edəcək. Dırmanışın çətinliyi, lazım olan avadanlıqlar, qayaların yüksəkliyi və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

07:40 – Təyin edilmiş yerdə görüş

08:00 - 09:00 – Bakı–Korgöz qəsəbəsi transferi

09:00 - 16:00 – Qayayadırmanma təlimi və praktiki məşqlər

16:00 - 17:00 – Bakıya geri dönüş

Turun Qiymətinə Daxildir:

✅Bakı–Korgöz qəsəbəsi –Bakı nəqliyyatı

✅Peşəkar qayayadırmanma təlimçisi

✅Qayayadırmanma ləvazimatları:
(kəmər, karabin, ip, təhlükəsizlik aləti - ATC)

✅Qayayadırmanma üzrə giriş dərsi və təhlükəsizlik təlimatı

✅Avadanlıqlardan istifadə və sığorta texnikalarının öyrənilməsi

✅Fərqli çətinlik səviyyələrində real dırmanış təcrübəsi

✅Təbiət içində rahat atmosfer və dəniz mənzərəsində istirahət

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Dırmanış üçün şəxsi geyim

❌Tur proqramından kənar fərdi istəklər

❌Dırmanma ayaqqabısı (istəyə bağlı olaraq)

Lazım olan ləvazimatlar:
  • Bel çantası (20-35 litr həcmində)
  • Rahat yürüş ayaqqabısı
  • Şalvar və gödəkçə (sukeçirməz olması tövsiyə olunur)
  • Papaq, eynək, əlcək
  • Su və yüngül qida (sendviç, buterbrod və s.)
  • Termos (isti içkilər üçün)

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Dırmanışdan sonra dəyişmək üçün əlavə paltar və ayaqqabı götürə bilərsiniz. Əlavə əşyalarınızı nəqliyyatda saxlamaq mümkündür.

❌Hava şəraiti, ictimai hadisələr və digər fövqəladə hallar səbəbilə təşkilatçılar tur proqramında dəyişiklik və ya ləğv etmə hüququna malikdirlər.


İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English