Popular Orta-Çətin May-Noyabr

Nardaran: Qayayadırmanma Təlimi və Turu

Nardaran qəsəbəsi 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

1 Gün

Bakının yaxınlığında, Xəzər dənizinin sahilində yerləşən Nardaran qayaları, təbii gözəlliyi və ideal dırmanış şəraiti ilə şəhərdən uzaqlaşmadan təbiətlə birləşmək üçün əla bir imkandır. Burada təşkil etdiyimiz qayayadırmanma təlimi və turu həm yeni başlayanlar, həm də təcrübəli dırmanışçılar üçün xüsusi hazırlanmışdır.

Təlimlərimizdə iştirak edərək, peşəkar təlimçilərimizin rəhbərliyi ilə təhlükəsizlik avadanlıqları ilə tanış olacaq, düzgün dırmanma texnikalarını öyrənəcək və bacarıqlarınızı inkişaf etdirəcəksiniz. Nardaranın dəniz kənarında yerləşən möhtəşəm qayaları, həm texniki məşqlər, həm də yeni zirvələr fəth etmək üçün ideal bir mühit yaradır.

Qayayadırmanma məkanında Top-Rope dırmanış, Lider dırmanış və Bouldering növləri üzrə təcrübə qazanmaq mümkündür.

  • Bakı–Nardaran məsafəsi: 30 km

  • Qayaların çətinlik dərəcəsi: 3, 5, 7a

  • Mövsüm: 4 fəsil

  • Təlim və tur müddəti: 7-8 saat


Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Qayayadırmanma turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız tövsiyə olunur. Bu, xüsusilə ilk dəfə dırmanışa gələnlər üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmamağa kömək edəcək. Fəaliyyətin fiziki çətinlik səviyyəsi, lazım olan təhlükəsizlik avadanlıqları, marşrutun xüsusiyyətləri və hava şəraiti barədə əvvəlcədən məlumatlı olmaq, sizi daha hazırlıqlı və təhlükəsiz edəcək.

Səyahət planı:

07:40 – Təyin edilmiş yerdə görüş

08:00 - 09:00 – Bakı–Nardaran transferi

09:00 - 16:00 – Qayayadırmanma təlimi və praktiki məşqlər

16:00 - 17:00 – Bakıya geri dönüş

Turun Qiymətinə Daxildir:

✅Bakı–Nardaran–Bakı nəqliyyatı

✅Peşəkar qayayadırmanma təlimçisi

✅Qayayadırmanma ləvazimatları: (kəmər, karabin, ip, təhlükəsizlik aləti - ATC)

✅Qayayadırmanma üzrə giriş dərsi və təhlükəsizlik təlimatı

✅Avadanlıqlardan istifadə və sığorta texnikalarının öyrənilməsi

✅Fərqli çətinlik səviyyələrində real dırmanış təcrübəsi

✅Təbiət içində rahat atmosfer və dəniz mənzərəsində istirahət

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Dırmanış üçün şəxsi geyim

❌Tur proqramından kənar fərdi istəklər

❌Dırmanma ayaqqabısı (istəyə bağlı olaraq)

Lazım olan ləvazimatlar:
  • Bel çantası (20-35 litr həcmində)
  • Rahat yürüş ayaqqabısı
  • Şalvar və gödəkçə (sukeçirməz olması tövsiyə olunur)
  • Papaq, eynək, əlcək
  • Su və yüngül qida (sendviç, buterbrod və s.)
  • Termos (isti içkilər üçün)

Qeyd: Tur üçün götürüləcək ləvazimatlar mövsümə uyğun seçilməlidir. Turdan əvvəl təşkilatçı ilə məsləhətləşməyiniz tövsiyə olunur.

Əlavə Məlumat və Şərtlər:

Dırmanışdan sonra dəyişmək üçün əlavə paltar və ayaqqabı götürə bilərsiniz. Əlavə əşyalarınızı nəqliyyatda saxlamaq mümkündür.

Hava şəraiti: Tədbirin baş tutması hava şəraitindən asılıdır. Güclü külək, yağış və ya fırtına halında təlim/tur başqa günə keçirilə bilər.

Fiziki hazırlıq: İştirakçılar normal fiziki sağlamlığa malik olmalıdırlar. Ürək, tənəffüs və ya hərəkət sistemində ciddi problemi olan şəxslərə tövsiyə olunmur.

Yaş məhdudiyyəti: Qayayadırmanma təlimlərinə minimum yaş həddi 14-dir. 18 yaşdan aşağı iştirakçılar valideyn nəzarəti və yazılı icazə ilə qəbul edilir.

Təhlükəsizlik avadanlıqları: Bütün təhlükəsizlik avadanlıqları (kəmər, kask, iplər və s.) təşkilatçı tərəfindən təmin olunur. İstəyənlər şəxsi avadanlıqlarını da gətirə bilər, lakin əvvəlcədən uyğunluğu yoxlanılmalıdır.

Geyim və ayaqqabı: İdman geyimi və rahat, sürüşməyən idman ayaqqabısı geyinmək vacibdir. Günəşdən qorunmaq üçün papaq və günəş eynəyi tövsiyə olunur.

İştirak haqqı və qeydiyyat: İştirak yalnız öncədən qeydiyyat və ödənişlə mümkündür. Ləğv və ya dəyişiklik hallarında təşkilatçı ilə əlaqə saxlanılmalıdır.

Foto və video çəkilişi: Tədbir zamanı çəkilmiş foto və videolar tanıtım məqsədilə istifadə oluna bilər. Əgər bu sizə uyğun deyilsə, öncədən bildirin.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English