Popular Asan May-Noyabr

Qusar: Lazə Düşərgə və Qayayadırmanma Macərası

Qusar, Laza kəndi 2 Gün Max 16 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

2 Gün
1800m Düşərgə

Azərbaycanın ən füsunkar guşələrindən biri olan Qusar rayonunun Ləzə kəndində sizi həm təbiətin saf gözəlliyi, həm də adrenalinin yüksəldiyi macəra dolu bir düşərgəyə dəvət edirik! Bu unudulmaz turda Qafqaz dağlarının möhtəşəm mənzərələri ilə əhatələnmiş bir məkanda istirahət edəcək, eyni zamanda qayayadırmanma təcrübəsi ilə gücünüzü və bacarığınızı sınamaq imkanı əldə edəcəksiniz.

 Lazə kəndi və Qızılqaya massivinin ətəkləri
Şahdağ Milli Parkının yaxınlığında yerləşən Lazə kəndi yaşıl sıldırım qayaların, gur şəlalələri və dağ havası ilə məşhur bir təbiət incisidir. Düşərgəmiz Qızılqaya dağının ətəyində – hündür qaya divarları və valehedici dağ mənzərələrinin fonunda qurulacaq. Səhərlər quşların nəğməsi və çayların şırıltısı ilə oyanacaq, axşamlar isə ulduzların işığında tonqal başında istirahət edəcəksiniz.

Qayayadırmanma təcrübəsi
Peşəkar təlimçilərin müşayiəti ilə təşkil olunacaq qayayadırmanma fəaliyyətləri sizi həm fiziki, həm də zehni cəhətdən sınayacaq. Fərqli çətinlik dərəcələrinə uyğun marşrutlar sayəsində həm yeni başlayanlar, həm də təcrübəli dırmanmaçılar üçün ideal şərait yaradılacaq. İstifadə olunan bütün avadanlıqlar beynəlxalq təhlükəsizlik standartlarına cavab verir və təlim keçmiş bələdçilər tərəfindən idarə olunur.

Təbiət yürüşləri və şəlalə gəzintisi
Macəra bununla bitmir! Tur çərçivəsində Lazə kəndi ətrafında möhtəşəm təbiət yürüşləri də təşkil olunacaq. Ətrafdakı şəlalələrə və dağ mənzərələrinə uzanan cığırlar boyunca addımlayarkən bölgənin zəngin flora və faunası ilə yaxından tanış olacaq, hər anınızdan zövq alacaqsınız.

Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Düşərgə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız vacibdir. Bu, xüsusilə ilk dəfə dağ yürüşünə çıxanlar üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmağın qarşısını alır. Marşrutun çətinlik səviyyəsi, tələb olunan avadanlıqlar, məsafə və hava şəraiti haqqında öncədən məlumatlanmaq, tur boyunca daha rahat və təhlükəsiz hərəkət etməyinizə kömək edəcək.

Səyahət planı:

1-ci Gün: Bakı – Qusar (Laza) – Düşərgənin qurulması – Qayayadırmanma hazırlığı

Səhər saatlarında Bakıdan yola çıxırıq. Təxminən 3 saatlıq yol qət etdikdən sonra Qusar rayonunun Laza kəndi yaxınlığında, Şahdağ Milli Parkının ətəyində yerləşən düşərgə ərazisinə çatırıq. Gəlişdən sonra çadırlara yerləşirik, istirahət və qısa tanışlıqdan sonra qayayadırmanma məkanına yollanırıq. Burada ərazi ilə tanış olur, təhlükəsizlik qaydaları və avadanlıqlar barədə qısa təlim keçirik. Ardınca Laza şəlalələrinə qısa yürüş edirik.
Günün ikinci yarısında qayayadırmanma üzrə məşqlərə və praktiki dırmanma fəaliyyətlərinə başlayırıq. Axşam saatlarında tonqal ətrafında voleybol, frisbi, ip dartma, UNO, Mafia və digər əyləncəli oyunlarla günümüzü yekunlaşdırırıq.

Gecəni çadırlarda qalaraq ulduzlu səmanın sehri və təbiətin sakitliyi altında unudulmaz bir gecə keçiririk.

2-ci Gün: Səhər yürüşü – Düşərgə fəaliyyəti – Qayayadırmanma – Bakıya qayıdış

Səhər hər kəs quşların səsi və təbiətin sakitliyi ilə istədiyi vaxt oyanır. Səhər yeməyindən sonra ilk fəaliyyətimiz Suvar şəlaləsinə yürüş olacaq. Möhtəşəm mənzərələr və sərin dağ havası tur iştirakçılarına unudulmaz anlar yaşadacaq.

Yürüşdən sonra düşərgəyə qayıdırıq və günün ikinci yarısında qayayadırmanma fəaliyyətlərimizi davam etdiririk. Yeni marşrutlarda dırmanma və komanda şəklində oyunlarla təcrübə artırmaq imkanı yaradılır.

Saat 17:00-da çadırlarımızı yığıb ərazini səliqəyə salır və Bakı istiqamətində yola düşürük


Tura Daxil Olanlar:
  • Nəqliyyat (Bakı – Qusar rayonu – Laza kəndi – Bakı)
  • Əşyaların düşərgə ərazisinə çatdırılması (4x4 nəqliyyat vasitələri)
  • Dağ bələdçisi
  • Qayayadırmanma təlimçisi
  • Düşərgə təşkilatçısı
  • Kamp ləvazimatları (çadır, yataq kisəsi, mat)
  • Qayayadırmanma ləvazimatları (ip, karabin, ATC, təhlükəsizlik kəməri)
  • Düşərgədə ocaq və isti çay
  • Fotoçəkiliş
  • Düşərgənin təşkili

Əyləncəli oyunlar:

  • Voleybol

  • Frisbi

  • İp dartma

  • UNO, Mafia

  • Ocaq başında hekayə oyunu

  • Woody Games oyunları

Qeyd: Oyunlar iştirakçılar tərəfindən qəbul edildiyi halda keçirilir.

Tura Daxil Olmayanlar:

❌Şəxsi geyim ləvazimatları

❌Yürüş və düşərgə müddəitdə qidalanma

❌Proqramda qeyd olunmayan digər xidmətlə

Lazımi ləvazimatlar:
  • Bel çantası (düşərgəyə gətirəcəyiniz əşyalarınızın yerləşəcəyi 30-40 l həcmində)

  • Yürüş üçün rahat ayyaqqabı

  • Yürüş üçün rahat şalvar və gödəkçə

  • Havaya uyğun eynək, papaq və s.

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

Ocaq başında bişirmək üçün qida ehtiyatı özünüzlə götürməyi unutmayın.

1 həftə qalmış ləğv edənlərə 50% geri ödəniş, 3 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır.

Tur ərzində spirtli içki qadağandır!

Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.

Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Şərtlərin dəyişməsinə görə təşkilatçılar proqramda müəyyən dəyişiklik edə bilər.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English