Popular Çətin

Beşbarmaq: Qayayadırmanma Təlimi və Turu

1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

1 Gün

Qayalara toxun, yüksəklikləri fəth et!
Səni Azərbaycanın ən mistik dağlarından biri olan Beşbarmaqda unudulmaz bir qayayadırmanma təcrübəsi gözləyir. Bu tur həm yeni başlayanlar, həm də təcrübəsini inkişaf etdirmək istəyənlər üçün xüsusi hazırlanıb. Təcrübəli təlimçilərimizin rəhbərliyi altında düzgün dırmanma texnikaları, təhlükəsizlik qaydaları və qayalarda sərbəst hərəkət etmə bacarıqlarını öyrənəcəksən.

Beşbarmağın kəskin sərtlikləri və bənzərsiz silueti dırmanma həvəskarları üçün əsl meydan oxumadır. Həm fiziki gücünü, həm də iradəni sınayacaq, eyni zamanda yüksəkliyə çatdıqda açılan möhtəşəm mənzərənin dadını çıxaracaqsan.

Qayayadırmanma məkanında Top-Rope dırmanış, Lider dırmanış və Bouldering növləri üzrə təcrübə qazanmaq mümkündür.

Texniki Məlumat

  • Bakı–Nardaran məsafəsi: 100 km

  • Qayaların çətinlik dərəcəsi: 3, 5, 7a

  • Mövsüm: 4 fəsil

  • Təlim və tur müddəti: 7-8 saat


Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Qayaya dırmanma təlim-turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən qayayadırmanmaya ilk dəfə yola çıxanlar üçün faydalıdır və gözlənilməz çətinliklərlə qarşılaşmamağınıza kömək edəcək. Dırmanışın çətinliyi, lazım olan avadanlıqlar, qayaların yüksəkliyi və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:
  • 07:40 – Təyin edilmiş yerdə görüş

  • 08:00 - 09:30 – Bakı–Siyəzən-Beşbarmaq dağı transferi

  • 09:30 - 17:00 – Qayayadırmanma təlimi və praktiki məşqlər

  • 17:00 - 18:30 – Bakıya geri dönüş

Turun Qiymətinə Daxildir:

✅Bakı–Siyəzən-Beşbarmaq dağı–Bakı nəqliyyatı

✅Peşəkar qayayadırmanma təlimçisi

✅Qayayadırmanma ləvazimatları:
(kəmər, karabin, ip, təhlükəsizlik aləti - ATC)

✅Qayayadırmanma üzrə giriş dərsi və təhlükəsizlik təlimatı

✅Avadanlıqlardan istifadə və sığorta texnikalarının öyrənilməsi

✅Fərqli çətinlik səviyyələrində real dırmanış təcrübəsi

✅Təbiət içində rahat atmosfer və dəniz mənzərəsində istirahət

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Dırmanış üçün şəxsi geyim

❌Tur proqramından kənar fərdi istəklər

❌Dırmanma ayaqqabısı (istəyə bağlı olaraq)

Lazım olan ləvazimatlar:
  • Bel çantası (20-35 litr həcmində)
  • Rahat yürüş ayaqqabısı
  • Şalvar və gödəkçə (sukeçirməz olması tövsiyə olunur)
  • Papaq, eynək, əlcək
  • Su və yüngül qida (sendviç, buterbrod və s.)
  • Termos (isti içkilər üçün)

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Dırmanışdan sonra dəyişmək üçün əlavə paltar və ayaqqabı götürə bilərsiniz. Əlavə əşyalarınızı nəqliyyatda saxlamaq mümkündür.

❌Hava şəraiti, ictimai hadisələr və digər fövqəladə hallar səbəbilə təşkilatçılar tur proqramında dəyişiklik və ya ləğv etmə hüququna malikdirlər.


İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English