Zirvə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən zirvəyə ilk dəfə yola düşənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.
1-ci GÜN: Bakı – Naxçıvan – Iğdır – Doğubəyazid
Bakı Hava Limanında qrupla görüşürük. Bakıdan Naxçıvana təyyarə ilə yola düşürük. Naxçıvandan Iğdır Dilucu sərhəd keçid məntəqəsinə kimi yolumuzu avtobusla davam etdirəcəyik. Gömrük məntəqəsini keçdikdən sonra bizi gözləyən avtobusla Doğubəyazidə otelə gedəcəyik. İştirakçılarımızın istəyi əsasında İshakpaşa Sarayını gəzib otelimizə yerləşirik. Dırmanma öncəsi son hazırlıqlarımızı tamamlayırıq.
2-ci GÜN: Doğubəyazid – 3200 m düşərgəsi
Səhər yeməyindən sonra artıq əşyalarımızı oteldə saxlayıb, Ağrı dağına getmək üçün nəqliyyat vasitəmizə minirik. Çevirmə kəndinə nəqliyyat vasitəmizin çıxa biləcəyi 2200 metr yüksəkliyə qədər gedirik (1saat). Düşərgə yüklərimizi atlara yükləyib özümüzlə yol üçün su və nahar yeməyini götürürük. 3200 metrdə yerləşən düşərgəmizə doğru piyada yola düşürük. Yürüş yolumuz Ağrı dağına doğru dikliyi az yüksələn 3-4 saatlıq yoldur. Çadırlarımızı qururuq. Gecəni çadırlarda keçiririk.
3-cü GÜN:3200m – 4200m – 3200 m (dağa və yüksəkliyə uyğunlaşma yürüşü)
Səhər yeməyindən sonra dağa və yüksəkliyə uyğunlaşma üçün 3200 m düşərgəsindən 4200 metr düşərgəsinə yürüşə başlayırıq.Yolumuzun dikliyi öncəki günə görə artacaqdır. Bu gün zirvə şəraitinə uyğunlaşma günüdür. 4200 m düşərgəsində istirahət edib, yenidən 3200 m-də düşərgəmizə qayıdırıq. Gecəni 3200 m düşərgədə qalırıq.
4-cü GÜN: 3200 m düşərgə – 4200 m düşərgə
Səhər yeməyindən sonra çadırlarımızı toplayıb yüklərimizi atlara yükləyirik. Özümüz üçün su və yolda yeyəcək yüngül yeməklər götürüb 4200 m düşərgəyə yola düşürük. Yolumuzun yürüş müddəti 3-4 saatdır. Günün qalan hissəsini qar təlimi ilə keçiririk. Erkən yatırıq və sabahkı zirvəyə hazırlaşırıq.
Accordion summary...
Accordion body...
5-cü GÜN: Zirvə – 3200 m düşərgə
6-cü GÜN:3200 m – Doğubəyazid – Otel
7-cü GÜN: Doğubəyazid – Naxçıvan – Bakı
Oteldə səhər yeməyindən sonra Naxçıvana doğru yola düşürük.
Daxil olan xidmətlər:
✅ Peşəkar dağ rəhbəri
✅ Oteldə səhər yeməyi
✅ Nəqliyyat vasitələri
✅ Naxçıvan- Iğdır Gömrük məntəqəsi avtobus
✅ Iğdır-Doğubəyazid-Çevirmə kəndi avtobus
✅ Çanta daşımağa at və qatır haqqı
✅ Çadır və mat
✅ Bakı- Naxçıvan təyyarə biletləri (gediş-gəliş)
✅ Dağ yeməkləri isti şorba, düyü və ya makaron və ağ ət, səhər yeməyi pendir, zeytun, halva, salam, şokolad, peçenye və s. Əlavə olaraq limitsiz çay.
Daxil olmayan xidmətlər:
❌ Təyyarə biletləri (Naxçıvan üzərindən olmayan)
❌ Şəxsi dağçılıq ləvazimatları
❌ Yataq kisəsi
❌ Yürüş zamanı qəbul ediləcək qidalar
❌ Proqram xaric digər istəklər
❌ Əlavə gecələmə tələbləri
❌ Spirtli içkilər
❌ Bəxşişlər
❌ Əlavə zirvə cəhdi
❌ Səfər siğortası
❌ Erkən uçuşlarla nəqiliyyatda və ya dağdan erkən dönüşlərdə ediləcək otel yerləşmələri qiymətə daxil deyil
Lazımi ləvazimatlar:
-
Kürək çantası (60L)
-
Zirvə çantası (40L)
-
Yataq kisəsi ( konfort -10 )
-
Qar maskası
-
Su və külək keçirməz şalvar (gore-tex)
-
Su və külək keçirməz gödəkçə (gore-tex)
-
Qaz tükü balonka gödəkçə (papaqlı)
-
İsti polar şalvar və gödəkçə
-
Termo iç geyim
-
Dağ ayaqqabısı ( 5000 m+)
-
Əlcək iki qat (qaz tükü və gore-tex əlcək)
-
Dəbilqə (kaska)
-
Təhlükəsizlik kəməri
-
Karabin (3-5 ədəd)
-
Buz baltası (1 ədəd)
-
Krampon (ayaqqabıya uyğun)
-
Yürüş çubuqları 1 cüt
-
Gün və xizək eynəyi ( UV400)
- Qalın dağ corabı (3 ədəd)
- 2 ədəd perlon bant
- Tozluq (ayaqqabıya uyğun)
- Əlavə geyim
- Termos (1Litr+)
- Alın fənəri (ehtiyat batareya)
- Gündən və küləkdən qorunmaq üçün krem (50+)
- Su qabı (1Litr+)
- Şəxsi əşyalar və gigiyenik vasitələr
Mümkünsə, sizinlə olan materialların hər zaman xüsusi olaraq bu dağçılıq üçün hazırlanmış ən yaxşı material olmasını tövsiyə edirik. Edəcəyimiz fəaliyyətdə, geyəcəyiniz hər hansı bir materialla təbiətin və texniki uyumun vasitəsiylə buna nail ola bilərsiniz. Əhəmiyyətli olan bu cür fəaliyyət göstərməkdə cəsarətin olmasıdır. Ancaq ləvazimatlarınızı siyahıya uyğun hazırlasanız, sizin üçün daha faydalı olacaqdır.
Accordion summary...
Accordion body...
Əlavə məlumatlar:
Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınsın.
Rezervasiyanın Ləğvi və Geri Ödəniş:
-
-
Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.
-
15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).
-
7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.
-
5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.
Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.
Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.
Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.
Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.