Sürətli Bazardüzü turuna qatılmadan əvvəl, marşrutun yüksək tempdə olacağını, tələb olunan avadanlıqları, ziyarət olunacaq düşərgə və dağ mənzərələrini, məsafəni və hava şəraitini öyrənmək vacibdir. Bu, tur boyunca daha rahat, təhlükəsiz və səmərəli hərəkət etməyinizə kömək edəcək.
1-ci Gün: Bakı → Quba → Xınalıq → Yarudağ düşərgəsi
Bakı şəhərindən Quba rayonunun Xınalıq kəndinə doğru yola çıxırıq (təxminən 5 saat). Qubada son alış-verişimizi tamamlayıb Xınalığa davam edirik.
Xınalıq kəndindən dağ maşınları ilə Yarudağ düşərgəsinə doğru hərəkət edirik (təxminən 2 saat). Təxminən 2900 metr yüksəklikdə maşınlardan enərək 45 dəqiqəlik piyada yürüşlə 3000 metr yüksəklikdə yerləşən düşərgəyə çatırıq.
Düşərgəyə çatdıqdan sonra çadırlarımızı qurub istirahət edirik və yüksəkliyə uyğunlaşmaq üçün qısa bir yürüş edirik. Axşam yeməyindən sonra zirvə hazırlıqlarını tamamlayıb gecəni dincəlməklə keçiririk.
2-ci Gün: Yarudağ düşərgəsi → Yarudağ zirvəsi → Yarudağ düşərgəsi
Səhər saat 05:00-da Yarudağ zirvəsinə dırmanışa başlayırıq. Zirvəyə qalxmaq təxminən 6–7 saat davam edir. Zirvəyə çatdıqdan sonra unudulmaz mənzərənin dadını çıxarıb şəkillər çəkdiririk və qısa istirahət edirik.
Daha sonra düşərgəyə doğru enişə başlayırıq, bu mərhələ təxminən 3–4 saat çəkir. Gecəni düşərgədə keçiririk.
3-cü gün: Yarudağ düşərgəsi → Xınalıq → Bakı
Səhər yeməyindən sonra çadırlarımızı toplayıb maşınlara doğru enirik. Maşınlara minib Xınalıq kəndinə hərəkət edirik. Orada nəqliyyat vasitəmizi dəyişərək Bakıya doğru yolumuza davam edirik və turun sonuna çatırıq.
Turun Qiymətinə Daxildir:
✅ Bakı–Xınalıq kəndi üzrə nəqliyyat (sprinter, vita)
✅ Xınalıq kəndi düşərgə və geriyə (Yolsuzluq və4x4 dağ maşınları)
✅ Zirvə sertifikatları
✅ Şahdağ Milli parkına giriş biletləri
✅ Qaz başlığı və qaz balonun təşkili
✅ Şahdağ Milli Parkına giriş üçün icazə
✅ Dağ bələdçisi (7 nəfərə 1 bələdçi)
✅ Dövlət Sərhət Xidmətindən İcazə
✅ Çadır və matların təşkili
✅ FHN icazə
Turun Qiymətinə Daxil Deyil:
❌ Atlar
❌ Qidalanma və ərzaq
❌ Program xaric istəklər
❌ Şəxsi dağçılıq ləvazimatları
Lazımi ləvazimatlar:
Çadır, dağ ayaqqabısı, su keçirməz isti şalvar (Gore-Tex), Su keçirməz isti gödəkçə (Gore-Tex), yataq kisəsi, yürüş çomaqları,yemək bişirmə ləvazimatları, qaz başlığı və balon, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, corab, termo içlik, polar gödəkcə, mat, çadır və.s
Əlavə Məlumat və Şərtlər:
-
Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınsın.
-
Rezervasiyanın Ləğvi və Geri Ödəniş:
-
Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.
-
15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).
-
7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.
-
5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.
-
Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.
-
Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.
-
Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.
-
Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.
-
Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
- Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.