Popular Orta-Çətin

Qobustan Macərası: Palçıq Vulkanlarına Velosiped Turu

Qobustan, Palçıq vulkanları 1 Gün Max 10 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

407m Zirvə
13km Məsafə
1 Gün
-15m Başlangıc

Qobustanın sərt və sehrli təbiəti ilə dağ velosipedi səyahəti — burada hər daş, hər iz tarix danışır. Velosiped təkərləri torpağa dəyəndə, Qobustanın minillik səssizliyi sanki dirçəlir. Qayaüstü rəsmlər, qədim yaşayış izləri və səhravari mənzərə arasında zamanla yol gedirsən.

Səyahətin zirvəsi isə Torağay palçıq vulkanıdır. 407 metr hündürlüyü ilə bu, dünyanın ən böyük və ən hündür palçıq vulkanı sayılır. Yerin dərinliklərindən gələn palçıq qaynayır, sanki torpaq nəfəs alır. Zirvədən görünən sonsuz üfüq və vulkanın səssiz ritmi insana zamanın içində itmiş kimi hiss etdirir.

Bu yol sadəcə pedal çevirmək deyil — təbiətlə, tarixlə və öz gücünlə bir qarşılaşmadır. Qobustan səni qəbul etdikcə, sən də onun sirrinə bir addım daha yaxınlaşırsan.

Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Velosipet turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə veleosipetlə yol gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

07:40 – Təyin edilmiş yerdə toplanış

 08:00 Bakı- Qobustan 

09:30- 17:00 Velo yürüş (Qobustan- Kənizədağ palçıq vulkanı-Torağay palçıq vulkanı)

17:00-18:00 Qobustan -Bakı

Qeyd.Qrup iştirakçılarının təcrübəsindən , tempindən , yarana biləcək hadisələrdən asılı olaraq dəyişir.

Turun Qiymətinə Daxildir:

Nəqliyyat 

Boya uyğun hard trail velosiped ilə təmin olunma 

Ehtiyyat təkər və nasos

Dəbilqə 

Velo müşaiyyət və bələdçi xidməti

Turun Qiymətinə Daxil Deyil: 

Qidalanma

Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

Programdan xaric istəklər

Qobustan qoruğuna giriş biletləri

Lazım Olan Ləvazimatlar:
  • Bel çantası 20-30 litrlik
  • Sport gün eynəyi
  • Yüngül fliz və ya softshell
  • Uzunqol futbolka
  • Bandana
  • 2 litrə yaxın su 
  • Quru meyvə , çərəz

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English