Popular Asan May-Noyabr

Xınalıq: Xarıbülbül Yüksəkliyi Hiking Turu

Xınalıq kəndi 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

2783m Zirvə
5km Məsafə
1 Gün
2170m Başlangıc

Xarıbülbül Zirvəsi Azərbaycanın dağlıq bölgəsində, xüsusilə Quba rayonunun Xınalıq kəndi yaxınlığında yerləşən mühüm və simvolik bir zirvədir. Bu yüksəklik,  Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilib və döyüşlərdə həyatını itirən qəhrəmanların ruhunu yad etmək məqsədilə xüsusi bir əhəmiyyət kəsb edir. Xarıbülbül zirvəsi, həm təbiət gözəlliyi, həm də tarixən mənəvi dəyəri ilə tanınır.

Xarıbülbül, Azərbaycanın dağlarının ən yüksək nöqtələrindən biri olaraq, təkcə fiziki baxımdan deyil, həm də emosional və simvolik baxımdan böyük əhəmiyyətə malikdir. Bu zirvə, 2020-ci ilin Vətən müharibəsi zamanı həyatını itirən şəhidlərin xatirəsinə həsr olunmuşdur. Zirvəyə qoyulmuş Xarıbülbül adı, döyüşlərdə şəhid olan qəhrəmanların xatirəsini yaşatmaq və onların mübarizəsini yad etmək məqsədini güdür.

"Xarıbülbül" — Azərbaycanın müxtəlif bölgələrində yayılmış nadir və gözəl bir çiçək növüdür. Bu çiçəyin adının zirvəyə verilmiş olması, təbiət və insanın birliyini, həmçinin mübarizə və şəhidlərin qəhrəmanlığını simvollaşdırır.

Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

06:40 – Təyin edilmiş yerdə toplanış

 07:00 – Toplanırıq Gənclik mt.s
12:00– Xınalıq kəndinə çatırıq
12:00 – Yürüşə başlayırıq
15:00 –Xarıbülbül zirvəsinə çatırıq
15:30-dək Asudə vaxt, fotoçəkiliş.
17:00 Xınalıq kəndinə geri dönürük və Bakıya yola düşürük.
21:00 Bakıya yetişmə

Turun Qiymətinə Daxildir:

✅Nəqliyyat (Bakı - Quba-Xınalıq- Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Yürüşün təşkili

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım Olan Ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.

İştirakçı Rəyləri

100%
1

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English