Trekking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız vacibdir. Bu, xüsusilə ilk dəfə dağ yürüşünə çıxanlar üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmağın qarşısını alır. Marşrutun çətinlik səviyyəsi, tələb olunan avadanlıqlar, məsafə və hava şəraiti haqqında öncədən məlumatlanmaq, tur boyunca daha rahat və təhlükəsiz hərəkət etməyinizə kömək edəcək.
Səyahət planı:
1-ci GÜN: Bakı - Quba-Xınalıq kəndi
Səhər erkən saatlarda Bakıdan yola çıxaraq sanki gündəlik həyatdan uzaqlaşır, bizi gözləyən dağlara doğru yola düşürük. Təxminən 3 saatlıq yol bizi Azərbaycanın ən unikal və heyrətamiz kəndlərindən birinə – Xınalıqa aparır.
Yol boyu ilk dayanacağımız Beşbarmaq dağı olur. Bu müqəddəs zirvə ətraf əfsanələri və sükunəti ilə bizi qarşılayır. Qısa fasilə ilə nəfəs alıb mənzərənin tadını çıxarırıq. Ardınca Quba şəhərinə çatırıq. Burada bir fincan çay və yerli bazarda qısa gəziş bizi yeni səfərə hazırlayır.
Daha sonra maşınımız dağ yolları ilə yüksəldikcə təbiət dəyişməyə başlayır – dərələr dərinləşir, qayalar sərtləşir, hava isə sərinləşir. Qudyalçay dərəsi boyunca uzanan dolama yollar bizi yavaş-yavaş Qafqaz dağlarının ürəyinə, Xınalıq kəndinə doğru aparır.
Kəndə çatdıqda sanki başqa bir dünyaya qədəm qoyuruq. 2170 metr hündürlükdə yerləşən və dünyanın ən qədim yaşayış məntəqələrindən biri sayılan Xınalıq, öz mədəniyyəti, dili və təbiəti ilə bizi valeh edir. Yerli qonaq evlərində yerləşir, ev sahiblərinin hazırladığı təbii və ləzzətli nahar süfrəsi ilə tanış oluruq.
Günün ikinci yarısında Xınalığın daş evləri, əsrarəngiz küçələri, və ətrafdakı tarixi məkanları gəzərək kəndin qədim ruhunu hiss edirik. Dağlar buradakı həyatın bir parçasıdır – insanlar, evlər və zaman bu qayalı fonla iç-içə yaşayır.
Axşamüstü kəndin sakitliyinə bürünmüş qonaq evində, dağ mənzərəsi fonunda istirahət edirik. Gecəni burada, ulduzlarla dolu səma altında, şəhərin səsindən uzaq, sükutun və təbiətin tam ortasında keçiririk .
Xınalıq kəndi yüksəkliyi: 2170m
2-ci GÜN: Xınalıq- Haput kəndi- Töləçuxur çayı
Səfərimiz sanki göylərə yaxın bir yerdə – qədim və sirli Xınalıq kəndindən başlayır. Bu unikal dağ kəndi qədim dillərin, inancların və mədəniyyətin yaşadığı, qayalar üzərində salınmış daş evləri ilə səyyahı ilk addımdan sehrləyir. Buradan Qudyalçay dərəsi boyunca irəliləyirik. Yolumuz sol tərəfdə dərin uçurumlar, sağda uca qayalar və başımız üzərində səssiz dayanan Xınalıq dağı ilə əhatələnir.
Addım-addım yüksəldikcə, Haput keçidinin sərt, lakin möhtəşəm mənzərəsi üzə çıxır. Qısa fasilə verib geri baxdıqda, keçdiyimiz yolun bütün gözəlliyi açılır – Azərbaycanın yüksək zirvələrinə gözəl mənzərələr açılır.
Keçiddən sonra dağ yamacları ilə enərək Haput kəndinə çatırıq. Bu səssiz, tərk edilmiş görünən kənd dağlarla iç-içə yaşamağın nə demək olduğunu bizə hiss etdirir. Daş evlərin izləri, qopub getmiş zamanın nəfəsi kimi qarşımıza çıxır.
Kəndi gəzib nəfəs dərdikdən sonra yolumuza davam edərək Ağçay vadisinə daxil oluruq. Bu vadi özünün genişliyi, sərin suları və ətrafındakı çəmənliklərlə yaylaq həyatının ruhunu daşıyır. Çay səsinin müşayiəti ilə Töləçuxur çayının yaxınlığına çatırıq. Burada düşərgə qururuq.
Axşamüstü çadırlarımızı dağların qoynunda qurduqda, ətrafda yalnız küləyin və suyun səsi eşidilir. Göy üzündə ulduzlar parlayır, çayın suyu isə sanki dağların nəğməsini bizə nəql edir. Bu gecə şəhərin səs-küyündən uzaq, dağların qucağında, təbiətin nəfəsi yuxuya gedirik.
- Məsafə: 18 km
- Başlanğıc hündürlüyü: 2170 m
- Maksimum hündürlük: 2400 m
- Bitmə hündürlüyü: 2000 m
3-cü GÜN: Düşərgə-Qaraburğa dağı- Qalacıq kəndi _Bakı
Səhər tezdən günəş dağların arxasından boylanarkən, biz çadırlarımızı toplayıb yolumuza davam edirik. Marşrutumuz Ağçay vadisi boyunca yuxarı qalxaraq Qaraburğa dağına doğru istiqamətlənir. Təbiətin sükutu, axar suların pıçıltısı və alpin çiçəklərinin qoxusu bizi müşayiət edir.
Qarburğa dağının ətəklərinə çatdıqda, artıq hündürlüyün və ətrafın dəyişdiyini hiss edirik. Buradan geniş mənzərə açılır: arxada keçdiyimiz yollar görünür, qarşıda isə yeni bir dünya – Küpəl yaylağı uzanır. Qarburğa dağının cənub ətəkləri ilə enərək bu yaylağa daxil oluruq. Küpəl yaylağı həm gözəlliyi, həm də keçmişin çoban həyatını yaşadan ruhu ilə bizi qarşılayır.
Yolumuz buradan Qalacıq çayı vadisi boyunca davam edir. Vadinin yaşıl yamacları və su axarları bizi İsmayıllının Qalacıq kəndinə doğru aparır. Bu qədim dağ kəndi, minillərlə çoban yollarının, yaylaq-qışlaq həyatının kəsişdiyi yerdə yerləşir. Günün sonunda Qalacıq kəndinə çataraq yürüşümüzü başa vururuq və Bakıya yola düşürük.
- Məsafə: 25 km
- Başlanğıc hündürlüyü: 2000 m
- Maksimum hündürlük (Qaraburğa dağı) : 3345 m
- Bitirmə hündürlüyü: 1137 m
Turun Qiymətinə Daxil Olan Xidmətlər:
-
Bakı – Xınalıq kəndi – Bakı (Mercedes vita / sprinter)
-
Qalacıq kəndi- İsmayıllı- Bakı (Mercedes vita, sprinter)
-
Dağ bələdçisi(lər)i (7 nəfər üçün 1 bələdçi)
-
Qonaq evlərində yerləşmə (1 gecə)
-
Qonaq evlərində yemək (2 dəfə)
-
Çadır, mat, qaz başlığı, qaz
- Xınalıq- Haput- yükləri daşımaq üçün atlar
-
Şahdağ Milli Parkına giriş biletləri
-
İcazələrin alınması
Turun Qiymətinə Daxil Olamayan Xidmətlər:
❌Şəxsi geyim ləvazimatları
❌Yürüş müddəitdə qidalanma
❌Proqramda qeyd olunmayan digər xidmətlə
Lazımi ləvazimatlar:
-
Bel çantası (40-50 l)
-
Su keçirməz bot (Waterproof)
-
Külək və yağış keçirməz geyim (gödəkçə,şalvar) (Gore-tex)
-
Tozluq
-
Yürüş çubuqları
-
Gün eynəyi, papaq, günəş kremi və s.
-
Əlcək, papaq
-
Corab (sintetik)
-
Alın fanarı
-
Ilk yardım çantası (şəxsi dərman və s.)
-
Termos və su qabı
-
Qida və su ehtiyyatı
Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır
Əlavə Məlumat və Şərtlər:
-
Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur.
-
Rezervasiyanın Ləğvi və Geri Ödəniş:
-
Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.
-
15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).
-
7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.
-
5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.
-
Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.
-
Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.
-
Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.
-
Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.
-
Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
- Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.