Popular Orta May-Noyabr

Lahıc- Mücü kəndi Hiking Turu

İsmayıllı, Mücü kəndi 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

2000m Zirvə
12km Məsafə
1 Gün
1300m Başlangıc

Bu tur sizi Qafqaz dağlarının cənub-şərq yamaclarında yerləşən, qədim tarixi və sənətkarlığı ilə tanınan Lahıc qəsəbəsindən başlayaraq, Niyaldağ silsiləsini aşaraq, füsunkar mənzərələr içərisində yerləşən Mücü kəndinə aparır. Hiking 1215 metr yüksəklikdə yerləşən Lahıc qəsəbəsindən start götürür və 2000 metr hündürlüyə qədər qalxaraq Lahıc–Mücü aşırımı ilə davam edir. Bu mərhələdə iştirakçılar sıx meşəliklər, təmiz hava və dağ mənzərələri ilə əhatə olunmuş təbiət yürüşünün dadını çıxaracaqlar.

Yol boyunca palıd və vələs ağaclarının kölgəsində irəliləyərək, Fit dağı ilə Niyaldağ silsiləsinin qovşağında yerləşən, 1154 metr yüksəklikdə yerləşən Mücü kəndinə çatacağıq. Kənd həm təbii gözəlliyi, həm də tarixi zənginliyi ilə seçilir. Albaniya, Şirvanşahlar və Şirvan xanlığı dövrlərindən izlər daşıyan kənddə yəhudi qəbirstanlığı da daxil olmaqla maraqlı mədəniyyət nümunələri mövcuddur.

Tur orta çətinlik səviyyəsindədir və əsasən dağlıq, meşəlik və enişli-yoxuşlu yollarla irəliləyir. Ümumi yürüş məsafəsi təxminən 12–14 km-dir və 6-8 saat çəkir. Fiziki aktivliyi sevənlər, tarixi yerlərlə maraqlananlar və təbiət qoynunda vaxt keçirmək istəyənlər üçün ideal seçimdir.

Siz də bu unikal yürüşdə iştirak etməklə həm Azərbaycanın dağ təbiətini yaxından tanıyacaq, həm də əsrlərlə yaşı olan kəndlərin həyatına şahid olacaqsınız.

Professional bələdçi
Daxil deyil
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

06:40 – Təyin edilmiş yerdə toplanış

 07:00 Yola düşürük (Şamaxıda 10 dəq fasilə)
10:00 Lahıc qəsəbəsinə çatırıq
10:30 Mücü kəndinə doğru yola düşürük
18:00 Mücü kəndinə çatırıq.
18:30 Basqal kəndinə çatırıq.
21:00 Bakıya yetişmə

Turun Qiymətinə Daxildir:

✅Nəqliyyat (Bakı - Lahıc - Mücü kəndi- Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Yürüşün təşkili

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım Olan Ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxil deyil
English