Popular Asan May-Noyabr

Qrızın Tarixi Eh Yolu Turu

Quba, Qrız kəndi 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

2100m Zirvə
10km Məsafə
1 Gün
1270m Başlangıc

Qədim Eh yolu, Qubanın Qrız kəndi ilə Qrız dəhnə kəndlərini birləşdirən təbiətin qoynunda yerləşən, möhtəşəm mənzərələrə sahib bir gəzinti cığırıdır. Bu yol, tarixən eyni dildə danışan iki kəndin gediş-gəliş yolu kimi istifadə edilib, indi isə təbiət həvəskarları və eko-turistlərin ən çox maraq göstərdiyi marşrutlardan birinə çevrilmişdir. Xarici turistlər üçün unikal bir təcrübə təqdim edən bu cığır, ziyarətçiləri Azərbaycanın dağlıq ərazilərinin gözəllikləri ilə tanış edir.

Gəzintimiz 2020 metr yüksəklikdə yerləşən Qrız kəndindən başlayacaq. Təbiətin sükunətini, təzə hava ilə dolu dağların panoramik mənzərəsini hiss edərək, Qudialçay üzərindən davam edəcəyik. Bu təbiət marşrutu boyunca yol boyunca qarşılaşacağımız hər bir nöqtə, Azərbaycanın dağlıq bölgəsinin zəngin bitki örtüyü və təbii gözəllikləri ilə bizi heyran edəcək.

Yürüşümüzün sonu isə 1270 metr yüksəklikdə yerləşən Qrız dəhnə kəndində olacaq. Burada təbii mühitin ən saf halını yaşayıb, dağların və çayların səssizliyində təbiətlə birləşəcəyik. Eh yolu boyunca qədim izləri hiss edəcək, eyni zamanda yeni bir təcrübə qazanaraq, dağların mistik havasını üzərimizdə daşıyacağıq.

Bu gəzinti, həm təbiət sevərlərə, həm də əslində qeyri-adi təcrübələr axtaran turistlərə unutulmaz anlar yaşadacaq bir marşrutdur.

Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

06:40 – Təyin edilmiş yerdə toplanış

 07:00 - 10:00 Bakı – Quba – Xınalıq yolu
10:00 - 11:00 Xınalıq yolu – Qrız kəndi
11:30 - 16:30 Qrız – Qrız-Dəhnə (Eh yolu)
17:00 - 18:00 Çay süfrəsi
18:00 - 22:00 Qrız-Dəhnə – Quba – Bakı

Turun Qiymətinə Daxildir:

✅Nəqliyyat (Bakı - Quba - Qrız dəhnə kəndi- Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Yürüşün təşkili
✅ Qrız-Xınalıq yolu (4x4 maşınlar)

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım olan ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.


İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English