Popular Asan May-Noyabr

Ağsu: Dilman Şəlaləsi Turu

Ağsu: Dilman kəndi 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

Gediş-dönüş 7km Məsafə
1 Gün
882m Başlangıc
950m Düşərgə

Dilman kəndi, Ağsu rayonunun şimal-qərbində, Ağsu çayının sol sahilində yerləşən qədim və maraqlı yaşayış məntəqələrindən biridir. Tarixi baxımdan bu kənd, XVIII əsrdə Cənubi Azərbaycandan gəlmiş azərbaycanlı ailələrin məskunlaşması nəticəsində formalaşıb. Həmin dövrdə Cənubi Azərbaycandan köç edən insanlar Ağsu bölgəsində bir neçə kənd salmış və bu kəndlər arasında Dilman, Hacman və Xatman əsas məskunlaşma yerlərindən olmuşdur. “Dilman” adı gətirilmə addır və onun mənası dəqiq məlum olmasa da, bölgənin tarixi-mədəni irsində mühüm yer tutur.

Dilman kəndinin ərazisi zəngin təbii gözəlliklərə malikdir və bu gözəlliklər içərisində Dilman şələləsi xüsusi yer tutur. Şəlalə, dəniz səviyyəsindən 950 metr yüksəklikdə, Dəliçayın üzərində yerləşir. Yüksək dağ yamaclarından axan buz kimi sərin və şəffaf sular, təbiətin qoynunda sakit və füsunkar bir mənzərə yaradır. Dilman şələləsi həm yerli sakinlər, həm də turistlər üçün sevilən istirahət və macəra məkanıdır. Ətrafı meşələrlə örtülü, çayın gur səsi ilə müşayiət olunan bu ərazi, xüsusilə yay aylarında sərinliyi və təbiət gözəlliyi ilə insanı valeh edir.

Bu bölgəyə səyahət edənlər həm tarixi köklərə malik kənd həyatını yaxından müşahidə edə, həm də təbiətin yaratdığı bu gözəl şəlaləni görərək ruhən dincələ bilərlər. Dilman kəndi və onun ecazkar şəlaləsi, Azərbaycanın həm mədəni, həm də təbii irsini tanımaq üçün əvəzolunmaz bir məkandır.

Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

06:40 – Təyin edilmiş yerdə toplanış

 07:00 Yola düşürük
09:30 Dilman kəndinə çatırıq
11:00 Dilman kəndini gəzib şələləyə doğru yola düşürük
14:00 Şəlaləyə çatırıq
17:00 Dilman kəndinə geri qayıdırıq
17:20 Dilman kəndindən Bakıya yola düşürük (Şamaxıda 10 dəq fasilə)
20:00 Bakıdayıq

Turun Qiymətinə Daxildir:

✅Nəqliyyat (Bakı - Şamaxı- Dilman kəndi- Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Yürüşün təşkili

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım olan ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.



İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English