Popular Asan

Abşeron Milli Parkı: Şah Dili Turu

Abşeron Milli Parkı 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

-25m Zirvə
Gediş-dönüş 5km Məsafə
1 Gün
-12m Başlangıc

Abşeron Milli Parkı, Abşeron yarımadasının ərazisində yerləşən və təbiət sevərlərin ziyarət etməli olduğu ən gözəl məkandır. Bu park, Xəzər dənizinin sahilində yerləşən nadir ekosistemləri qorumaq məqsədilə yaradılıb. Abşeron Milli Parkının ərazisi, həm təbiət, həm də fauna baxımından çox zəngindir. Bu parkda sahil əraziləri, bataqlıqlar və müxtəlif bitki örtükləri ilə zəngin landşaftlar mövcuddur. Ərazinin müxtəlif hissələrində yerləşən quru və su ekosistemləri, nadir və qorunan heyvan növləri üçün uyğun yaşayış mühiti yaradır.

Xəzər dənizinin ən ucqar nöqtəsi olan Şah Dili, Abşeron yarımadasının Xəzər dənizinə birləşən ucqar və cəlbedici bir sahil nöqtəsidir. Şah Dili, təbii-coğrafi mövqeyinə görə unikal bir təbiət abidəsi sayılır. Açıq dənizə yönəlmiş möhtəşəm mənzərəsi ilə, Xəzər sahillərinin heç bir nöqtəsində bu qədər heyrətamiz və romantik bir görüntü yoxdur. Burada ziyarətçilər, Xəzərin açıq dənizinə doğru uzanan mənzərənin füsunkar gözəlliyini izləyə bilərlər.

Bu ərazi həm təbiətsevərlər, həm də fotoqraflar üçün əvəzolunmaz bir məkandır, çünki Şah Dili, həm estetik olaraq, həm də coğrafi baxımdan əvəzsizdir. Əgər Xəzər dənizinin və Abşeron yarımadasının təbiətinə yaxından baxmaq istəyirsinizsə, bu regionu ziyarət etmək mütləqdir.

Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

07:30 – Təyin edilmiş yerdə toplanış

 08:00 Yola düşmə
09:30 Parka çatırıq
10:00 Yürüşə başlayırıq
14:00 "Şah Dilinə" çatırıq
15:00 Avtobuslara doğru yola düşürük
17:00 Bakıya qayıdırıq
18:00 Bakıdayıq

Turun Qiymətinə Daxildir:

✅Nəqliyyat (Bakı - Zirə -Abşeron Milli Parkı- Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Yürüşün təşkili

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım olan ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.



İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English