Popular Orta May-Noyabr

Şəkər Dağları və Bəybəyim Yüksəkliyi Hiking Turu

Xızı rayonu 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

935m Zirvə
12km Məsafə
1 Gün
220m Başlangıc

Xızı dağları, Xızı rayonundakı Qafqaz dağlarının ətəklərində yerləşən heyrətamiz çəhrayı və ağ rənglərlə bəzənmiş yamacları ilə tanınır. Bu dağlar, gözəlliyi ilə "Şəkər qamışı dağları" adını qazanıb. Azərbaycanın ən mənzərəli yollarından biri olan Bakı - Quba yolunun 40-cı kilometrindən Altıağaca doğru gedən yolda bu möhtəşəm dağları görmək mümkündür. Yolda hər bir addımda qırmızı, narıncı, tünd qəhvəyi və çəhrayı rənglərə boyanmış çox sayda dağ sizə gözəl mənzərələr təqdim edəcək. Bu dağlar Azərbaycanda məşhur olan Xızı dağlarıdır. Bu gözəl rənglər, qayaların tərkibindəki dəmirin oksidləşməsi ilə meydana gəlir, və qrunt sularının təsiri ilə yaranır. Xızı dağları, təbiətin nadir bir hadisəsidir. Bu möhtəşəm gözəlliyi öz gözünüzlə görmək və həmçinin hər kəsin bəyənəcəyi fotoşəkillər çəkmək üçün bu dağları ziyarət etməlisiniz.

Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

06:40 – Təyin edilmiş yerdə toplanış

07:00 - 10:00 Bakı – Xızı  – Təzəkənd 

10:00 - 13:00 Təzəkənd – Bəybəyim dağı

13:00 - 14:00 Piknik vaxtı

14:00 - 17:00 Bəybəyim dağı - Zarat kəndi

17:00 - 19 :00 Zarat kəndi– Bakı

Turun Qiymətinə Daxildir:

✅Nəqliyyat (Bakı - Xızı - Təzəkənd - Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Yürüşün təşkili

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım olan ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.



İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English