Popular Asan

Nisəqala Kanyonu Hiking Turu

Yardımlı 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

7km Məsafə
1 Gün

Yardımlının ən gözəl və təsir edici təbiət möcüzələrindən biri olan Nisəqala kanyonu, öz adını yaxınlıqda yerləşən Nisəqala kəndindən alır. Bu kanyon, möhtəşəm təbii mənzərəsi ilə son dövrlərdə ən çox ziyarət edilən məkana çevrilib. Dərin vadilər və təbiətin möhtəşəm formalaşmalarını izləyərək, kanyonun içərisindəki sakit və təravətləndirici atmosferi kəşf edəcəksiniz. Əgər təbiətə marağınız varsa və unudulmaz bir təcrübə yaşamaq istəyirsinizsə, bu möhtəşəm kanyonu ziyarət etmək mütləq siyahınızda olmalıdır.

Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

06:40 – Təyin edilmiş yerdə toplanış

07:00-11:00 Bakı – Yardımlı – Nisəqala
11:30-15:30 – Yeni cığırla kənddən keçməklə kanyona gəzinti və kənd evinə qayıdış
15:30 - 16:30 Kənd evində çay fasiləsi
16:30 - 18:30 – Geriyə yürüş
18:30-22:30 – Bakıya qayıdış


Turun Qiymətinə Daxildir:

✅Nəqliyyat (Bakı - Yardımlı - Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Yürüşün təşkili

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım olan ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.



İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English