Popular Orta May-Noyabr

Taxtalı və Kərkəz Yüksəklikləri Turu

Bakı qulaqları 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

384m Zirvə
Gediş-dönüş 6km Məsafə
1 Gün
30m Başlangıc

"Bakı Qulaqları" adlanan bu təbii yüksəkliklər Abşeron yarımadasının ən diqqətəlayiq coğrafi obyektlərindən biridir. Əslində, Bakı Qulaqları iki ayrı zirvədən ibarətdir: cənub yüksəkliyi Taxtalıq və şimal yüksəkliyi Kərkəz. Bu zirvələr həm bölgənin coğrafiyası, həm də mədəniyyəti üçün maraqlı bir yer tutur.

Cənub Yüksəkliyi: Taxtalıq

Cənub yüksəkliyi adlandırılan Taxtalıq, Bakı Qulaqlarının cənub hissəsində yerləşir və hündürlüyü 384 metrdir. Yerli sakinlər bu zirvəni Taxtalıq adlandırır. Təpənin relyefi nisbətən hamar olsa da, zirvəyə yaxınlaşdıqca ərazinin meyilliliyi artır.

Şimal Yüksəkliyi: Kərkəz

Şimal yüksəkliyi Kərkəz, Bakı Qulaqlarının şimal zirvəsidir və 396 metr hündürlüyə malikdir. Daha çox "Kərkəz dağı" kimi tanınan bu yüksəklik, Abşeron yarımadasının ən yüksək nöqtələrindən biri hesab olunur. Hündürlüyü və relyefi sayəsində Bakı və ətraf ərazilərdən aydın görünür və təbii mayak rolunu oynayır.

Bakı Qulaqlarının Önəmi

Bakı Qulaqları tarix boyu Bakıya gələn karvanlara təbii mayak rolunu oynayıb. Bu yüksəkliklər Abşeron yarımadasında xüsusi coğrafi əlamətdar nöqtə hesab olunur. Ərazinin hər yerindən görünə bilməsi onların "təbii mayak" kimi tanınmasına səbəb olub. Abşeron yarımadasının tarixi ilə sıx bağlı olan Bakı Qulaqları, bölgənin keçmişində strateji baxımdan mühüm mövqelərdən biri olub. Yüksəkliklərdə qədim müşahidə nöqtələrinin yerləşdiyi ehtimal olunur.

Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

07:30 – Təyin edilmiş yerdə toplanış

 08:00 Yola düşürük

09:30 Qızıl daş qəsəbəsinə çatırıq

10:00 Yürüşə başlayırıq

12:30 "hədəfə" çatırıq

13:00 - 16:00 Piknik vaxtı

16:30 Bakıya geri dönüş


Turun Qiymətinə Daxildir:

✅Nəqliyyat (Bakı - Korgöz qəsəbəsi- Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Yürüşün təşkili

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım olan ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.



İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English