Trekking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız vacibdir. Bu, xüsusilə ilk dəfə dağ yürüşünə çıxanlar üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmağın qarşısını alır. Marşrutun çətinlik səviyyəsi, tələb olunan avadanlıqlar, məsafə və hava şəraiti haqqında öncədən məlumatlanmaq, tur boyunca daha rahat və təhlükəsiz hərəkət etməyinizə kömək edəcək.
Səyahət planı:
1-ci GÜN: Bakı - Basqal- Niyaldağ- Lahıc
Turumuz Bakıdan başlayır. Maşınımızla İsmayıllının Basqal kəndinə gəlirik. Basqal kəndini gəzib, maşınımızla Tağlabiyan kəndinə gedirik. Tağlabiyan kəndindən Lahıca doğru yola çıxırıq. Niyal Dağı aşırımını keçib, Lahıca doğru eniş edirik. Lahıc, öz nadir metal sənətkarlığı ilə məşhurdur və bu kəndin təbiəti ilə uyğunlaşan yerli həyat tərzi insanı dərindən təsirləndirir. Burada kəndin tarixi məkanlarını ziyarət edir, yerli əl işləri və sənətkarlığın izlərini görürük. Günün sonunda isə gecələmə çadırda, təbiət ilə iç-içə olan bir mühitdə olacaq.
- Marşrutun uzunluğu: 12 km
- Ən alçaq nöqtə: 1444 m
- Ən yüksək nöqtə: 2053 m
- Marşrutun başlanma yüksəkliyi: 1444 m
- Marşrutun bitmə yüksəkliyi: 1215 m
2-ci GÜN: Lahıc - Burovdal kəndi - Qurbangah
Sabah saatlarında Lahıcdan ayrılaraq Girdimançayın sahili ilə yolumuza davam edirik. İlk dayanacağımız yer Burovdal kəndidir, burada dağların zirvələrindən görmə imkanımız olacaq. Kəndin təbiətini araşdırdıqdan sonra Qurbangah istiqamətinə doğru davam edirik. Bu günün sonunda, təbiətin sükunətini hiss edərək Qurbangahda çadırda gecələyirik.
- Marşrutun uzunluğu: 25 km
- Müddət: 8-10 saat
- Ən alçaq nöqtə: 1260 m
- Ən yüksək nöqtə: 2192 m
- Marşrutun başlanma yüksəkliyi: 1260 m
- Marşrutun bitmə yüksəkliyi: 2192 m
3-cü GÜN: Qurbangah - Babadağ Keçidi - Nohur Gölləri
Bu gün daha çətin və macəralı bir marşrut bizi gözləyir. Qurbangahdan başlayaraq Babadağ keçidinə doğru irəliləyirik. Babadağ zirvəsi təbii gözəlliyi və sərt dağ yolları ilə məşhurdur. Buradan, Nohur Göllərinə doğru davam edirik. Nohur Gölləri, ətrafdakı dağların əksini suya yansıdan təbii gözəlliyi ilə möhtəşəm mənzərələr təqdim edir. Bu günün sonunda, göllərin yaxınlığında, Əsəd Dağının ətəyində çadırda gecələyirik.
- Marşrutun uzunluğu: 12 km
- Müddət: 7-8 saat
- Ən alçaq nöqtə: 2192 m
- Ən yüksək nöqtə: 3335 m
- Marşrutun başlanma yüksəkliyi: 2192 m
- Marşrutun bitmə yüksəkliyi: 3100 m
4-cü GÜN: Göynohurlar - Pətənə şəlaləsi
Çadırlarımı toplayıb Göynohurlardan Pətənə şəlaləsinə doğru yola çıxırıq. Əsəd dağı və Qardağı arasındakı keçidlə Pətənə şələaləsinə doğru eniş edirik. Çadırlarımı Pətənə şəlaləsinin yanında qururuq.
5-ci GÜN: Pətənə Şəlaləsi - Haput kəndi- Xınalıq kəndi - Bakı
Çadırlarımızı toplayıb, Hapıt kəndinə doğru irəliləyirik. Hapıt, qədim dağ kəndi olmaqla yanaşı, özünün təsir edici təbiəti ilə də tanınır. Bu gün, kəndin ətrafını araşdıracaq, həmçinin bura xas olan dağ və çəmənlikləri seyr edəcəyik. Yolumuzu Xınalıq kəndinə doğru davam edəcəyik. Xınalıqda yürüşümüzü tamamlayıb Bakıya yola düşəcəyik.
- Marşrutun uzunluğu: 16 km
- Ən alçaq nöqtə: 1800 m
- Ən yüksək nöqtə: 2400 m
Turun Qiymətinə Daxil Olan Xidmətlər:
-
Bakı şəhəri - Əlik kəndi nəqliyyat ( sprinter, vita)
-
Qrız Dəhnə kəndi - Bakı ( sprinter, vita)
-
Əlik-Hapıt (4x4 maşınlar)
-
Xınalıq-Qalaxudat (4x4 maşınlar)
-
Dağ bələdçisi ( 7 nəfərə 1 bələdçi)
-
Səhər və axşam yeməkləri
-
Qalaxudatda kənd evində gecələmə (1 gecə)
- Kəndlər arası yüklərin daşınması üçün maşın
Turun Qiymətinə Daxil Olamayan Xidmətlər:
❌Şəxsi geyim ləvazimatları
❌Yürüş müddəitdə qidalanma
❌Proqramda qeyd olunmayan digər xidmətlə
Lazımi ləvazimatlar:
-
Bel çantası (40-50 l)
-
Su keçirməz bot (Waterproof)
-
Külək və yağış keçirməz geyim (gödəkçə,şalvar) (Gore-tex)
-
Tozluq
-
Yürüş çubuqları
-
Gün eynəyi, papaq, günəş kremi və s.
-
Əlcək, papaq
-
Corab (sintetik)
-
Alın fanarı
-
Ilk yardım çantası (şəxsi dərman və s.)
-
Termos və su qabı
-
Qida və su ehtiyyatı
Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır
Əlavə Məlumat və Şərtlər:
-
Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur.
-
Rezervasiyanın Ləğvi və Geri Ödəniş:
-
Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.
-
15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).
-
7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.
-
5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.
-
Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.
-
Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.
-
Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.
-
Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.
-
Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
- Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.
- Marşrutun başlanma yüksəkliyi: 2067 m
- Marşrutun bitmə yüksəkliyi: 2170 m
Turun Qiymətinə Daxil Olan Xidmətlər:
✅Bakı şəhəri - Basqal- Tağlabian nəqliyyat ( sprinter, vita)
✅Xınalıq- Bakı ( sprinter, vita)
✅Dağ bələdçisi ( 7 nəfərə 1 bələdçi)
✅Lahıc- Qurbangah yükləri daşımaq üçün 4x4 maşınlar
✅Qurbangah-Haput yükləri daşımaq üçün atlar
✅Haput- Xınalıq yükləri daşımaq üçün 4x4 maşınlar
✅Şahdağ Milli parkından icazə
✅Şahdağ Milli parkına giriş biletləri