Popular Orta

Ağsu: Dilman Şəlaləsi Düşərgəsi – Təbiətin Qoynunda Macəra

Ağsu: Dilman kəndi 2 Gün Max 16 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

1000m Zirvə
Gediş-dönüş 8 km Məsafə
2 Gün
882m Başlangıc

Dilman kəndi, Ağsu çayının sol sahilində, tarix və təbiətin birləşdiyi unikal bir məkandır. XVIII əsrdə Cənubi Azərbaycandan köç etmiş ailələrin məskunlaşdığı bu kənd, öz qədim ruhunu və saf təbiətini qoruyub saxlamışdır. Kəndin yaxınlığında, dəniz səviyyəsindən 950 metr yüksəklikdə yerləşən Dilman Şəlaləsi isə sərin suları və füsunkar mənzərəsi ilə düşərgə həvəskarlarının sevimli məkanlarından biridir.

Bu turda siz dağların təmiz havasından, axar suların sakitliyindən və təbiətin sehri ilə dolu bir macəradan zövq alacaqsınız! 

Professional bələdçi
Daxildir
Daxildir
Foto və Video

Düşərgə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız vacibdir. Bu, xüsusilə ilk dəfə dağ yürüşünə çıxanlar üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmağın qarşısını alır. Marşrutun çətinlik səviyyəsi, tələb olunan avadanlıqlar, məsafə və hava şəraiti haqqında öncədən məlumatlanmaq, tur boyunca daha rahat və təhlükəsiz hərəkət etməyinizə kömək edəcək.

Səyahət planı:

1-ci Gün: Bakı- Ağsu -Düşrəgənin qurulması- Dilman Şəlaləsi

Bakıdan Şamaxının Qaladərəsi kəndinin ərazisində yerləşən Xalıt meşəsinə yola düşürük (təxminən 3 saat). Şahdağ Milli Parkının ərazisində çadırlarımızı qurur, düşərgə və piknik zonasını hazırlayırıq. Ocağımızı yandırıb istirahət etdikdən sonra Xalıt şəlaləsinə yürüş edirik və təbiətin gözəlliyini kəşf etdikdən sonra düşərgəyə geri dönürük.


Düşərgədə müxtəlif oyunlar və əyləncəli fəaliyyətlər təşkil olunur:


Şəbəkə oyunu (ilkin tanışlıq)

Voleybol

Frisbee

İp dartma

Uno, Mafia və digər stolüstü oyunlar

Ocaq başında hekayə oyunu

Woody Games və digər komanda oyunları


Gecəni çadırlarda qalaraq ulduzlu səmanın sehri və təbiətin sakitliyi altında unudulmaz bir gecə keçiririk.

2-ci Gün: Dilman kəndi- Bakı

Səhər quşların səsi ilə hər kəs istədiyi vaxt yuxudan oyana bilər. Oyunlar və ocaq başında fəaliyyətlərə davam edirik. Nahar yeməyindən sonra çadırlarımızı toplayıb Yaşıl gölə, Qaladərəsi kəndinə və Buğurd qalasına yürüş edirik. Gəzintidən sonra Bakıya yola düşürük.

Accordion summary...

Accordion body...

Tura Daxil Olanlar:
  • Nəqliyyat (Bakı – Ağsu rayonu – Bakı)

  • Əşyaların Dilman kəndindən düşərgə ərazisinə çatdırılması

  • Dağ bələdçisi

  • Kamp ləvazimatları (çadır, yataq kisəsi, mat)

  • Düşərgədə ocağın qalanması və isti çay

  • Fotoçəkiliş

  • Insta 360 çəkilişi

  • Müxtəlif oynların təşkili:

    • Şəbəkə oyunu (ilkin tanışlıq)

    • Voleybol

    • Firisbee

    • İp dartma

    • Uno, Mafia oyunları

    • Ocaq başında hekayə oyunu

    • Woody Games oyunları

Tura Daxil Olmayanlar:

❌Şəxsi geyim ləvazimatları

❌Yürüş və düşərgə müddəitdə qidalanma

❌Proqramda qeyd olunmayan digər xidmətlə

Lazımi ləvazimatlar:
  • Bel çantası (düşərgəyə gətirəcəyiniz əşyalarınızın yerləşəcəyi 30-40 l həcmində)

  • Yürüş üçün rahat ayyaqqabı

  • Yürüş üçün rahat şalvar və gödəkçə

  • Havaya uyğun eynək, papaq və s.

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

Ocaq başında bişirmək üçün qida ehtiyatı özünüzlə götürməyi unutmayın.

1 həftə qalmış ləğv edənlərə 50% geri ödəniş, 3 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır.

Tur ərzində spirtli içki qadağandır!

Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.

Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Şərtlərin dəyişməsinə görə təşkilatçılar proqramda müəyyən dəyişiklik edə bilər.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxildir
English