Trekking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız vacibdir. Bu, xüsusilə ilk dəfə dağ yürüşünə çıxanlar üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmağın qarşısını alır. Marşrutun çətinlik səviyyəsi, tələb olunan avadanlıqlar, məsafə və hava şəraiti haqqında öncədən məlumatlanmaq, tur boyunca daha rahat və təhlükəsiz hərəkət etməyinizə kömək edəcək.
Səyahət planı:
1-ci GÜN: Bakı - Hapıt - Xınalıq kəndi
Bakıdan Qubanın Əlik kəndinə yola düşürük(4saat). Əlik kəndinə çatdıqdan sonra 4x4 dağ maşınları ilə Haput kəndinə yola düşürük. Haput kəndinə çatdıqdan sonra nahar fasiləsi edirik və daha sonra Xınalıq kəndinə doğru trekking yürüşünə başlayırıq. Yol boyu Haput kəndinin tarixi küçələrini gəzərək yürüşümüzü davam etdiririk.
Marşrutumuz Haput-Xınalıq dağ keçidinə qədər az əyimli yoxuş boyunca davam edir. Keçidi aşdıqdan sonra ölkəmizin bir çox zirvələrinə açılan möhtəşəm mənzərəni seyr edəcəyik. Daha sonra yürüşümüzü davam etdirərək Qudyalçayı keçib Xınalıq kəndinə çatırıq.
Gecələmə Xınalıq kənd evində.
-
Marşrutun uzunluğu: 12 km
-
Marşrutun başlanma yüksəkliyi: 1900 m
-
Maksimum yüksəklik: 2400 m
2-ci GÜN: Xınalıq kəndi - Qalaxudat-Qrız kəndi
Səhər yeməyindən sonra Qrız kəndinə doğru yola düşürü
k. Yolda Qrız kəndinə çatmazdan əvvəl Qalaxudat kəndində nahar üçün fasilə veririk. Qudyalçay kanyonu ilə gəzinti zamanı biz heyrətamiz Qur-Qur şəlaləsini görəcəyik. Səyahətimizə davam edərək Qrız kəndinə çatırıq və burada onun tarixi yerlərini kəşf edirik. Biz Qrız kəndindəki qonaq evində gecələyəcəyik.
-
Marşrutun uzunluğu: 19 km
-
Marşrutun başlanma yüksəkliyi: 2154 m
-
Maksimum yüksəklik: 2300 m
-
Turun bitmə yüksəkliyi: 2020 m
3-cü GÜN: Qrız kəndi-Laza kəndi
Səhər yeməyindən sonra Laza kəndinə doğru yürüşümüzə davam edirik. Mıxtökən silsiləsinin çəmənliklərini keçərək, yavaş-yavaş Laza kəndinə doğru enirik. Gəldikdən sonra gecələmək üçün qonaq evinə yerləşməzdən əvvəl gözəl şəlalələri və kəndi kəşf etməyə vaxt ayırırıq.
Laza kəndindəki rahat qonaq evində gecələyirik.
-
Marşrutun uzunluğu: 20 km
-
Marşrutun başlanma yüksəkliyi: 2020 m
-
Maksimum yüksəklik: 2700 m
-
Bitmə yüksəkliyi: 1700 m
4-cü GÜN: Laza kəndi - Kuzun kəndi -Bakı
Lazada səhər yeməyindən sonra Kuzun kəndinə doğru hərəkət edirik. Nəhayət Kuzun kəndinə çatırıq. Günortadan sonra Kuzun kəndindən yola düşüb Bakıya qayıtmağa başlayırıq.
Turun Qiymətinə Daxil Olan Xidmətlər:
-
Bakı şəhəri - Əlik kəndi nəqliyyat ( sprinter, vita)
-
Qrız Dəhnə kəndi - Bakı ( sprinter, vita)
-
Əlik-Hapıt (4x4 maşınlar)
-
Xınalıq-Qalaxudat (4x4 maşınlar)
-
Dağ bələdçisi ( 7 nəfərə 1 bələdçi)
-
Səhər və axşam yeməkləri
-
Qalaxudatda kənd evində gecələmə (1 gecə)
- Kəndlər arası yüklərin daşınması üçün maşın
Turun Qiymətinə Daxil Olamayan Xidmətlər:
❌Şəxsi geyim ləvazimatları
❌Yürüş müddəitdə qidalanma
❌Proqramda qeyd olunmayan digər xidmətlə
Lazımi ləvazimatlar:
-
Bel çantası (40-50 l)
-
Su keçirməz bot (Waterproof)
-
Külək və yağış keçirməz geyim (gödəkçə,şalvar) (Gore-tex)
-
Tozluq
-
Yürüş çubuqları
-
Gün eynəyi, papaq, günəş kremi və s.
-
Əlcək, papaq
-
Corab (sintetik)
-
Alın fanarı
-
Ilk yardım çantası (şəxsi dərman və s.)
-
Termos və su qabı
-
Qida və su ehtiyyatı
Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır
Əlavə Məlumat və Şərtlər:
-
Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur.
-
Rezervasiyanın Ləğvi və Geri Ödəniş:
-
Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.
-
15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).
-
7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.
-
5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.
-
Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.
-
Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.
-
Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.
-
Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.
-
Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
- Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.