Ultra-Yüngül 600 ml G3 Petrel Kamp Qazanı – Yüksək İstilik Səmərəliliyi və Qatlanan Dizayn
Yürüş və səyyahlar üçün nəzərdə tutulmuş bu 600 ml-lik kamp qazanı ultra-yüngül alüminium ərintisindən hazırlanıb. İstilik dəyişdirici (heat exchanger) altlıq sayəsində istiliyi daha sürətli və bərabər paylayır – qaz sərfiyyatını azaldır, bişirmə müddətini qısaldır.
Qatlanan tutacaqları və kompakt ölçüsü ilə asan daşınır və çantada yer tutmur. Sürətli, yüngül və funksional yemək hazırlığı üçün açıq hava fəaliyyətlərinin ayrılmaz hissəsidir. Hiking, trekking, düşərgə və tək səfərlər üçündür.