Ürün Resmi

Qartal Sahand Dağ Ayaqqabısı

Mağaza / Satış / Yürüş ləvazimatları / Ayaqqabı Stokda: Var
4.8 (24 rəy)
Qartal
Satış
180

Qartal Sahand dağ ayaqqabısı — İran istehsalı bu model, bölgədə dağçılıq və yürüşlə məşğul olanlar arasında getdikcə daha çox tanınan və sevilən yerli məhsullardan biridir. Sərt dağ relyeflərində, çətin hava şəraitində və uzunmüddətli yürüşlərdə istifadəyə uyğun olaraq dizayn edilmiş bu ayaqqabı, münasib qiyməti ilə geniş istifadəçi kütləsinin diqqətini cəlb edir.

Əsas xüsusiyyətləri:

 Dayanıqlı material – Ayaqqabının üst hissəsi 3-5 saat suya davamlı olan süni və ya təbii dəridən hazırlanır. Bu, müxtəlif hava şəraitində istifadəyə imkan yaradır.
Güclü yapışma və sürüşməyə qarşı altlıq – Sərt və yapışqan kauçuk altlıq dağlıq və daşlı ərazilərdə maksimal tutuş təmin edir.

İzolasiya və komfort – İç hissədə istifadə olunan qalın astar və istilik saxlayan materiallar sayəsində, ayaqqabı yaz-payız mövsümündə və qışda bir günlük orta səviyyəli turlar üçün ideal seçimdir.
 Daban və burun qoruyucuları – Barmaq və daban hissəsində əlavə qoruyucu təbəqələr ayağı zədələrdən qoruyur və ayaqqabının ömrünü uzadır.
 Əlçatan qiymət – Qərb brendlərinə nisbətən daha münasib qiymətə satılır və İranla yanaşı Azərbaycanda dağçılar arasında geniş yayılıb.

Kimlər üçün uyğundur?

✔ Yeni başlayan dağçılar və yürüşçülər
✔ Orta səviyyəli trekking və hiking marşrutlarında iştirak edənlər
✔ Dağlıq ərazilərdə düşərgə və bir-iki günlük zirvə yürüşlərinə çıxanlar

Diqqət yetirilməli məqamlar:

⚠ Ayaqqabının üzərində "Gore-Tex" yazılsa da, bu material real suya və hava keçirməzlik xüsusiyyətlərini tam təmin etmir.
⚠ Çox sərt və texniki dağ marşrutları üçün uyğun deyil. Orta səviyyəli marşrutlar üçün tövsiyə olunur.
⚠ Ölçülərdə fərq ola bilər – göstərilən ölçülər reallıqda bir qədər kiçik olur, buna görə ölçü seçərkən bir ölçü böyük sifariş etmək tövsiyə olunur.

Texniki Detallar:

Çəki: Təxminən 750 qram (1 ədəd)
Zəmanət: 6 ay
 Rənglər: Mavi, qırmızı və qara
 Ölçülər: 39–46 arası


İstifadəçi Rəyləri (0)

Rəy Bildirin


0
English