Popular Asan May- November

Khinalig Mountain Tour (3713 m): An Ancient Peak Rising to the Sky

Xınalıq , Xınalıq dağı 2 Days Max 14 people 4.8 (0 Reviews)

About Tour

3713m Summit
Gediş-dönüş 18km Distance
2 Gün
2000 m Starting Point
2600m Camp

Khinalug Mountain, one of the highest peaks of the Caucasus Mountains, is located in the northern part of Azerbaijan, within the Quba district. This magnificent mountain, standing at an altitude of 3,713 meters, is situated south of Khinalug village and is also known as Qibla Mountain and Ketish Mountain by the local population. The mountain can be easily reached from Khinalug village. With its natural beauty and excellent conditions for mountaineering, Khinalug Mountain is a perfect destination for tourism enthusiasts and adventure seekers. This unique mountain tour also offers an invaluable opportunity to explore the local culture and rich history.

Professional Guide
Daxil deyil
Daxildir
Photo and Video

Zirvə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən zirvəyə ilk dəfə yola düşənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

1-ci Gün: Bakı - Xınalıq - Düşərgə

Bakıdan Quba şəhərinə yola düşürük (3 saat). Son alış-verişimizi etdikdən sonra Xınalıq kəndinə yola düşürük (2 saat). Xınalıq kəndinə çatdıqdan sonra dağ maşınlarıyla piyada düşərgəyə doğru yola çıxırıq. 2 saatlıq yürüşdən sonra 2600 m yüksəklikdə yerləşən düşərgəmizə çatırıq. Çadırlarımızı qurduqdan sonra dincəlirik. 3000 m yüksəkliyə uyğunlaşmaq üçün yürüş edirik. Gecəni çadırlarda qalırıq.

2-ci Gün:  Düşərgə- Xınalıq dağı-  Xınalıq - Bakı 

Yuxudan oyanma vaxtı 04:00. Səhər yeməyimizi yeyib və hazırlıqlarımızı tamamlayaraq, Xınalıq zirvəsinə doğru yola düşürük. Zirvəyə gedən sıldırım yolla maraqlı bir yürüşün ardından zirvəyə çatırıq. Zirvə yolumuz 5-6 saat davam edəcək. Şəkillərimizi çəkib, qısa bir istirahət etdikdən sonra düşərgəyə doğru enişə başlayırıq. Düşərgəyə enişimiz 3-4 saat davam edəcək. Düşərgə ərazisinə yetişdikdən sonra çadırlarımızı toplayıb, Xınalıq kəndinə doğru yola düşürük. Xınalıqda sprinter maşınımızla Bakıya yola çıxırıq. Axşam saat 22:00-da Bakıya çatırıq.




Turun Qiymətinə Daxildir:

✅ Bakı–Xınalıq kəndi üzrə nəqliyyat (sprinter, vita)
Zirvə sertifikatları
✅ Şahdağ Milli parkına giriş biletləri
✅ Qaz başlığı və qaz balonun təşkili
✅ Şahdağ Milli Parkına giriş üçün icazə
✅ Dağ bələdçisi (7 nəfərə 1 bələdçi)
✅ Dövlət Sərhət Xidmətindən İcazə
✅ Çadır və matların təşkili
✅ FHN icazə


Turun Qiymətinə Daxil Deyil:

❌ Atlar
❌ Qidalanma və ərzaq
❌ Program xaric istəklər
❌ Şəxsi dağçılıq

Lazımi ləvazimatlar:

Dağ ayaqqabısı, su keçirməz isti şalvar (Gore-Tex), Su keçirməz isti gödəkçə (Gore-Tex), yataq kisəsi, yürüş çomaqları,yemək bişirmə ləvazimatları, qaz başlığı və balon, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, corab, termo içlik, polar gödəkcə, mat, çadır və.s


Əlavə məlumat və Şərtlər:
  • Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınsın.

  • Rezervasiyanın Ləğvi və Geri Ödəniş:

    • Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.

    • 15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).

    • 7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.

    • 5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.

  • Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.

  • Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.

  • Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.

  • Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.

  • Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

  • Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.





Participant Reviews

100%
0

Add Review

180 $
per person 2 Days
Popularity 100% 100%
Professional Guide Certified Mountain Guide
Daxildir
Daxil deyil
Azərbaycan