Popular Çətin May-Noyabr

Yarudag Summit Tour 4116 m

Qusar, Yarudağ 2 Days Max 14 people 4.8 (0 Reviews)

About Tour

4116 m Summit
2 Gün
3000m Starting Point
3000 m Camp

Yarudag Peak is one of the highest and most prominent mountains in the Republic of Azerbaijan. Its official height is 4116 meters, making it one of the most significant peaks of the Greater Caucasus mountain range. Yarudag is located in the Yan range of the Greater Caucasus, within the territory of Shahdag National Park in the Gusar region, and at the same time, it is one of the strategic points on the border between Azerbaijan and the Republic of Dagestan of the Russian Federation.

Located in the Gusar region, Yarudag Peak belongs to the same mountain system as Shahdag and Bazarduzu peaks. It is situated in the Yan range of the Greater Caucasus, forming one of the highest points of the mountainous terrain. The mountain is known for its steep rocky slopes and breathtaking landscapes.

Since this peak is part of Shahdag National Park, it is home to rare species of flora and fauna. In summer, the foothills of the mountain are covered with alpine meadows, while in winter, they are blanketed with thick snow and characterized by extreme weather conditions.

Professional Guide
Daxil deyil
Bakıdan transfer
Photo and Video

Zirvə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən zirvəyə ilk dəfə yola düşənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

1-ci GÜN: Bakı-Quba- Xınalıq- Düşərgə 3000m

Bakı şəhərindən Quba rayonunun Xınalıq kəndinə doğru yola düşürük (5 saat). Qubada son alış-verişimizi tamamlayıb Xınalığa doğru yolumuza davam edirik. Xınalıq kəndində dağ maşınları ilə Yarudağın düşərgəsinə doğru yola düşürük (1 saat). Maşından endikdən sonra 30 dəqiqə düşərgə yükü ilə düşərgəyə piyada gedirik. Çadırlarımızı qurub istirahət etdikdən sonra yüksəkliyə uyğunlaşma yürüşü edəcəyik. Axşam yeməyindən sonra zirvə hazırlıqlarını tamamlayıb yatırıq.

2-ci GÜN: Düşərgə -Yarudağ zirvəsi-Xınalıq -Bakı

Səhər saat 04:00-da Yarudağ zirvəsinə dırmanışa başlayırıq. Zirvəyə yolumuz 6-7 saat çəkəcək. Zirvədə şəkillər çəkdirdikdən sonra düşərgəyə doğru eniş edirik. Enişimiz 3-4 saat davam edəcək. Düşərgəyə çatdıqdan sonra çadırları toplayıb bizi gözləyən maşınlara doğru yola düşürük. Maşınlara minərək Xınalıq kəndinə doğru hərəkət edirik. Orada maşınlarımızı dəyişib Bakıya yolumuza davam edirik.

Tura Daxil Olanlar:

Bakı–Xınalıq kəndi üzrə nəqliyyat (sprinter, vita)
✅ Xınalıq kəndi–Yarudağ düşərgə və geriyə (Yolsuzluq və4x4 dağ maşınları)
Zirvə sertifikatları
Şahdağ Milli parkına giriş biletləri
Qaz başlığı və qaz balonun təşkili
Şahdağ Milli Parkına giriş üçün icazə
Dağ bələdçisi (7 nəfərə 1 bələdçi)
Dövlət Sərhət Xidmətindən İcazə
Çadır və matların təşkili
FHN icazə

Tura Daxil Olmayanlar:

Atlar
Qidalanma və ərzaq
❌ Program xaric istəklər
Şəxsi dağçılıq ləvazimatları

Lazımi ləvazimatlar:
  • Dağ ayaqqabısı

  • Su keçirməz isti şalvar (Gore-Tex) 

  •  Su keçirməz isti gödəkçə (Gore-Tex)

  • Yataq kisəsi

  •  Yürüş çomaqları

  •  Yemək bişirmə ləvazimatları 

  • Qaz başlığı və balon

  • Çadır

  •  Baş fənəri

  •  Tozluq 

  • Papaq

  • Eynək 

  • Əlcək

  • Corab

  • Termo içlik

  • Polar gödəkcə

  • Mat 

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:
  • Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınsın.

  • Rezervasiyanın Ləğvi və Geri Ödəniş:

    • Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.

    • 15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).

    • 7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.

    • 5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.

  • Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.

  • Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.

  • Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.

  • Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.

  • Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

  • Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.

Participant Reviews

100%
1

Add Review

230 $
per person 2 Days
Popularity 100% 100%
Professional Guide Certified Mountain Guide
Bakıdan transfer
Daxil deyil
Azərbaycan