Təbiəti bizimlə kəşf edin!

Ana səhifə>

Əlik-Haput-Xınalıq–Qalayxudat-Qrız-Qrızdəhnə kəndləri trekking turu

Əlik- Haput-Xınalıq-Qalaxudat-Qrız- Qrız Dəhnə kəndləri trekking marşrutu Azərbaycanın ən yüksək dağ kəndlərini birləşdirən  yürüyüş marşrutudur. Böyük Qafqaz dağlarının yüksək dağ zirvələrindən olan Xınalıq, Qızıl Qaya və Mıxtökən  silsilələrini birləşdirən və yaylaqlardan keçən turumuz bizə bir çox təcrübəni yaşamağımıza səbəb olacaqdır. 

Tarixi və qədim karvan yollarını birləşdirən cığırlarda keçmişin izlərini görmək imkanımız olacaqdır. 

Yol boyunca fərqli təbiətin şahidi olacağıq. Tarixi evlərdə fərqli yeməkləri yeyib və fərqli dillərdə danışan insanlarla bir evi paylaşacağıq. Tarixləri, mədəniyyətləri, mətbəxtləri, məşğuliyyətləri, insanları və dilləri fərqli olan yüksək dağ kəndləri bizi daha da məmnun edəcəkdir. 

Marşrut növü: Trekking

Marşrutun çətinlik dərəcəsi: Orta

Marşrutun mövsümü: Davamlı

Müddət : 1 gecə / 2 gün

Marşrutun uzunluğu:  32 km

Turun programı

Gün 1

Bakıdan çıxış saatı  - 07:00Quba rayonun

Əlik kəndinə çatma saatı - 11:00

Marşrutun təsviri -

Əlik kəndindən 4x4 dağ maşınlarıyla Haput kəndinə gedirik. Haput kəndində nahar yeməyindən sonra Xınalıq kəndinə doğru yürüyüşə başlayırıq və yol boyunca Haput kəndinin tarixi küçələrini gəzərək yürüyüşümüzü davam edirik. Yolumuz Haput-Xınalıq dağ keçidinə qədər az əyimli yoxuşla davam edəcəkdir. Keçidi aşdıqdan sonra ölkəmizin bir çox zirvələrinə gözəl mənzərə açılacaqdır. Yürüşümüzü davam edib 

Qudyalçayı keçərək Xınalıq kəndinə çatırıq. Xınalıq kəndini gəzib maşınla Qalaxudat kəndinə gedirik. Qalaxudat kənd evlərində yerləşib şam yeməyindən sonra sabahkı yürüşün detallarını müzakirə edirik.Qalaxudat kənd evində gecələmə.Marşrutun uzunluğu: 12 kmMüddət: 5 saatƏn alçaq nöqtə: 1907 mƏn yüksək nöqtə: 2478m

Marşrutun başlanma yüksəkliyi:1907 m

Marşrutun bitmə yüksəkliyi: 2151 m

Eniş:  577 m

Yoxuş: 778 m

Qalaxudat-Qrız- Qırız dəhnə kəndləri

Gün 2. Səhər yeməyindən sonra Qrız kəndinə doğru yürüşə başlayırıq və Gur-gur şəlaləsi gəzintimizdən sonra Qrız kəndinə çatırıq. Nahar fasiləsində sonra Qırız Dəhnə kəndinə doğru yürüşümüzü davam etdiririk. Marşrutumuzun üzərində olan Qırız Dəhnə şəlaləsinə də yürüş edirik. Qırız Dəhnə kəndində çay süfrəsindən sonra Bakıya yola düşürük.

Marşrutun uzunluğu: 20 km

Müddəti: 10 saat

Ən alçaq nöqtə: 1274 m

Ən yüksək nöqtə: 2220 m

Marşrutun başlanma yüksəkliyi: 2192 m

Marşrutun bitmə yüksəkliyi: 1274 m

Eniş:1914 m

Yoxuş: 975 m

  • TURUN QİYMƏTİ

  • 3 Nəfərlik grup üçün nəfər başı
  • 7 Nəfərlik grup üçün nəfər başı
  • 10 Nəfərlik grup üçün nəfər başı
  • 15 Nəfərlik grup üçün nəfər başı
  • 18 Nəfərlik grup üçün nəfər başı
  • TURUN QİYMƏTİNƏ DAXİLDİR

  • Bakı şəhəri - Əlik kəndi nəqliyyat ( sprinter, vita)
  • Qrız Dəhnə kəndi - Bakı ( sprinter, vita)
  • Əlik-Hapıt (4x4 maşınlar)
  • Xınalıq-Qalaxudat (4x4 maşınlar)
  • Dağ bələdçisi ( 7 nəfərə 1 bələdçi)
  • Səhər və axşam yeməkləri
  • Qalaxudatda kənd evində gecələmə (1 gecə)
  • * Qidalanma, yürüş üçün istifadə olunacaq ləvazimat və geyim qiymətə daxil deyil.

LAZIM OLAN LƏVAZİMATLAR

Çanta 40-50L, dağ ayaqqabısı, su keçirməz isti şalvar və gödəkcə (GOR-tex), yürüş çomaqları, baş fənəri, tozluq, papaq, eynək, əlcək  və. s.

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə məlumatlar

  • Qrup sayı maksimum 3, 7, 10, 15, 18 nəfərlə edilə bilər.
  • Turumuza ən gec 20 gün öncədən qeydiyyatdan keçib, ödənişi etməyiniz vacibdir. (Pasporton surətiylə)
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqəladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.

TURUN REZERVASİYASI

Telefon Nömrələri:

+994 55 762 83 96 (ingilis və rus dili üçün)

+994 77 304 34 54 (Azərbaycan və türk dili üçün)

Yuxarıda qeyd olunan nömrələrdə WhatsApp, Telegram, və Viber messencerləri mövcuddur.

Tur haqqında daha ətraflı məlumat almaq və ya rezervasiya etmək üçün:

Seçim 1: Yuxarıda qeyd olunan nömrələr vasitəsilə bizə zəng edin və ya WhatsApp, Telegram, Viber mesajı yazın.

Seçim 2: Təqdim etdiyimiz forma vasitəsilə bizə email göndərin.

Biz tez bir zamanda sizin mesajınıza cavab yazacağıq.