Təbiəti bizimlə kəşf edin!

Ana səhifə>

Şahdağ zirvə yürüşü

Şahdağ zirvəsi — Azərbaycan Respublikasının ikinci ən yüksək nöqtəsidir. Hündürlüyü 4243 metrdir. Şahdağ Böyük Qafqaz dağlarının silsiləsidir və Şahdağ Milli parkının Qusar rayonu ərazisində yerləşir. Dağın quruluşu tamamilə qayalıqdır.

Fəaliyyət növü: Zirvə dırmanışı

Mövsüm: May-sentyabr

Zirvə yüksəkliyi: 4243 m

Düşərgə yüksəkliyi: 3000 m

Xınalıq - düşərgə yolu: 17 km (1 saat)

Düşərgə - Şahdağ zirvə yolu: 6 km (6-7 saat)

Turun programı

Gün 1.  Bakı şəhərindən Quba rayonunun Xınalıq kəndinə doğru yola düşürük (5 saat). Qubada son alış-verişimizi tamamlayıb, Xınalığa doğru yolumuzu davam edirik. Xınalıq kəndində dağ maşınları ilə Şahdağın düşərgəsinə doğru yola düşürük (2 saat). Maşından endikdən sonra 45 dəqiqə düşərgə yükü ilə düşərgəyə piyada gedirik. Çadırlarımızı qurub istirahət etdikdən sonra yüksəkliyə uyğunlaşma yürüşü edəcəyik. Axşam yeməyindən sonra zirvə hazırlıqlarını tamamlayıb yatırıq.

Gün 2. Səhər saat 05:00-da Şahdağ zirvəsinə dırmanışa başlayırıq. Zirvə yolumuz 6-7 saatdır. Zirvə şəkillərini çəkdirdikdən sonra düşərgəyə doğru eniş edirik. Eniş 3-4 saat davam edəcəkdir. Düşərgəyə enib çadırları toplayıb bizi gözləyən maşınlara doğru yola düşürük. Maşınlara minərək Xınalıq kəndi istiqamətində yol alırıq. Maşınlarımızı dəyişib Bakıya doğru yolumuzu davam edirik.

  • TURUN QİYMƏTİ

  • 3 Nəfərlik qrup üçün adambaşı -
  • 7 Nəfərlik qrup üçün adambaşı -
  • 12 Nəfərlik qrup üçün adambaşı -
  • TURUN QİYMƏTİNƏ DAXİLDİR

  • Bakı-Xınalıq kəndi üzrə nəqliyyat (sprinter, vita)
  • Xınalıq kəndi-Düşərgə və geriyə (4x4 dağ maşınları)
  • Dağ bələdçisi (7 nəfərə 1 bələdçi)
  • Zirvə sertifikatları
  • Şahdağ Milli Parkına giriş üçün icazə
  • Dövlət Sərhət Xidmətindən icazə
  • Şahdağ Milli parkına giriş biletləri
  • İstəyə görə əlavə olaraq yüklərin daşınması üçün at, çadır, mat, yataq kisəsi,ocaq, qaz balonları və.s xidmətləri daxil edə bilərik.

LAZIM OLAN LƏVAZİMATLAR

Çanta 60-70L, dağ ayaqqabısı, su keçirməz isti şalvar və gödəkcə (Gore-Tex), yürüş çomaqları, mətbəx ləvazimatları, ocaq, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, dəbilqə və.s

Əlavə məlumatlar

  • Qrup sayı maksimum 3, 7, 12 nəfər təşkil edə bilər.
  • Turumuza ən gec 30 gün öncədən qeydiyyat etdirib ödənişi etməniz gərəkir. (Pasportun surəti ilə)
  • Tura qatılacaq şəxslərə 30 gün öncədən məktub yazılaraq Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınır.
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqəladə hadisə qarşısında tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
  • Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının özü tərəfindən edilir.

TURUN REZERVASİYASI

Telefon Nömrələri:

+994 55 762 83 96 (ingilis və rus dili üçün)

+994 77 304 34 54 (Azərbaycan və türk dili üçün)

Yuxarıda qeyd olunan nömrələrdə WhatsApp, Telegram, və Viber messencerləri mövcuddur.

Tur haqqında daha ətraflı məlumat almaq və ya rezervasiya etmək üçün:

Seçim 1: Yuxarıda qeyd olunan nömrələr vasitəsilə bizə zəng edin və ya WhatsApp, Telegram, Viber mesajı yazın.

Seçim 2: Təqdim etdiyimiz forma vasitəsilə bizə email göndərin.

Biz tez bir zamanda sizin mesajınıza cavab yazacağıq.