Təbiəti bizimlə kəşf edin!

Ana səhifə>

Kəpəz dağı turu

Kəpəz dağı Kiçik Qafqazda Göygöl rayonu ərazisində, Ağsu çayının mənbəyində yerləşir. Yüksəkliyi 3066 m-dir. Cənub yamacı nisbətən meyilli, şimal yamacı dik və uçurumludur. Kəpəz dağı Göygöl rayonu ərazisində, Murovdağ silsiləsinin şimal yamacındadır. 1139-cu il sentyabrın 30-da baş vermiş zəlzələ nəticəsində bu dağdan böyük qaya parçaları qoparaq Ağsu çayının dərəsinə tökülmüş və çayın qabağını kəsmişdir. Nəticədə çayın yatağında Göygöl, Maralgöl və b. göllər əmələ gəlmişdir.

Fəaliyyət növü: Zirvə dırmanışı

Mövsüm: May-sentyabr

Zirvə yüksəkliyi: 3066 m

Düşərgə yüksəkliyi:1500 m, 2000 m

Toğana - düşərgə yolu: 30 km (2 saat)

İkinci düşərgə - Kəpəz zirvə yolu: 3 km (3-4 saat)

Turun programı

Gün 1. Bakı şəhərindən Göygöl rayonunun Toğanalı kəndinə doğru yola düşürük (5 saat). Çadırlarımızı Göygöl Milli Parkı ərazisində qururuq. Nahar yeməyindən sonra Göygölə piyada yüksəkliyə uyğunlaşma yürüşü edirik. Göygölü gəzdikdən sonra düşərgəyə geri dönürük. Axşam yeməyindən sonra zirvə hazırlıqlarını tamamlayıb yatırıq.

Gün 2. Səhər saat 05:00-da 4x4 maşınlara minib Kəpəz dağının ətəyində yerləşən Xan bulağına yola düşürük. Maşınlarla yolumuz 2 saat davam edəcəkdir. Kəpəz dağına dırmanışa başlayırıq. Zirvə yolumuz 3-4 saatdır. Zirvəyə çatdıqdan sonra ətrafımızda Göygöl Milli Parkında yerləşən göllərə, Göygöl rayonu kəndləri və Kiçik Qafqazın ən yüksək zirvələrinə gözəl mənzərə açılacaqdır. Zirvə şəkillərini çəkdirdikdən sonra düşərgəyə doğru eniş edirik. Eniş 2 saat davam edəcəkdir. Endikdən sonra maşınlarla düşərgəyə doğru yola düşürük. Dincəldikdən sonra çadırlarımızı toplayıb Bakıya doğru istiqamət alırıq.

  • TURUN QİYMƏTİ

  • 3 Nəfərlik qrup üçün adambaşı -
  • 7 Nəfərlik qrup üçün adambaşı -
  • 12 Nəfərlik qrup üçün adambaşı -
  • TURUN QİYMƏTİNƏ DAXİLDİR

  • Bakı-Toğana kəndi nəqliyyat (sprinter, vita)
  • Toğana kəndi – düşərgə və geriyə (4x4 dağ maşınları)
  • Dağ bələdçisi (7 nəfərə 1 bələdçi)
  • Zirvə sertifikatları
  • Göygöl Milli Parkına giriş üçün icazə
  • Göygöl Milli parkına giriş biletləri
  • FHN icazə
  • İstəyə görə əlavə olaraq yüklərin daşınması üçün at, çadır, mat, yataq kisəsi,ocaq, qaz balonları və.s xidmətləri daxil edə bilərik.

LAZIM OLAN LƏVAZİMATLAR

Çanta 60-70L, dağ ayaqqabısı, su keçirməz isti şalvar və gödəkçə (Gore-Tex), yürüş çomaqları, mətbəx ləvazimatları, ocaq, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, dəbilqə və s.

Əlavə məlumatlar

  • Qrup sayı maksimum 3, 7, 12 nəfər təşkil edə bilər.
  • Turumuza ən geci 30 gün öncədən qeydiyyat etdirib ödənişi etməniz gərəkir. (Pasportun surəti ilə)
  • Tura qatılacaq şəxslərə 30 gün öncədən məktub yazılaraq Göygöl Milli Parkına giriş üçün icazə alınır.
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqəladə hadisə qarşısında tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
  • Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının özü tərəfindən edilir.

TURUN REZERVASİYASI

Telefon Nömrələri:

+994 55 762 83 96 (ingilis və rus dili üçün)

+994 77 304 34 54 (Azərbaycan və türk dili üçün)

Yuxarıda qeyd olunan nömrələrdə WhatsApp, Telegram, və Viber messencerləri mövcuddur.

Tur haqqında daha ətraflı məlumat almaq və ya rezervasiya etmək üçün:

Seçim 1: Yuxarıda qeyd olunan nömrələr vasitəsilə bizə zəng edin və ya WhatsApp, Telegram, Viber mesajı yazın.

Seçim 2: Təqdim etdiyimiz forma vasitəsilə bizə email göndərin.

Biz tez bir zamanda sizin mesajınıza cavab yazacağıq.