Təbiəti bizimlə kəşf edin!

Ana səhifə>

Bazardüzü zirvə yürüşü

Bazardüzü zirvəsi — Azərbaycan Respublikasının ən yüksək nöqtəsidir və 4466 metr yüksəkliyə malikdir. Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə Qusar rayonu ərazisində yerləşir. Azərbaycan ərazisindən Qusar, Quba, Qəbələ və Oğuz rayonlarından zirvəyə dırmanmaq olar.

Fəaliyyət növü: Zirvə dırmanışı

Mövsüm: May-sentyabr

Zirvə yüksəkliyi: 4466 m

Birinci düşərgə yüksəkliyi: 2900 m

İkinci düşərgə yüksəkliyi: 3250 m

Xınalıq - Birinci düşərgə yolu: 24 km (2 saat)

Birinci düşərgə - İkinci düşərgə yolu: 4 km (2 saat)

İkinci düşərgə - Bazardüzü zirvə yolu: 5 km (6-7 saat)

Turun programı

Gün 1. Bakı şəhərindən Quba rayonunun Xınalıq kəndinə doğru yola düşürük (5 saat). Qubada son alış-verişimizi tamamlayıb, Xınalığa doğru yolumuzu davam edirik. Xınalıq kəndində dağ maşınları ilə Bazardüzü zirvəsinin birinci düşərgəsinə yola düşürük (2 saat). Yolumuzda ilk öncə Şahdağ Milli Parkının, sonra isə Dövlət Sərhəd Xidmətinin keçid məntəqəsini keçdikdən sonra birinci düşərgəyə doğru yolumuza davam edirik. Bazardüzü zirvəsinin birinci düşərgəsi Yatıq dərədə 2900 metr yüksəklikdə yerləşir. Çadırlarımızı qurub isitrahət etdikdən sonra yüksəkliyə uyğunlaşma yürüşü edəcəyik. Axşam yeməyindən sonra çadırlarımıza keçərək sakitlikdən zövq alırıq.

Gün 2. Səhər yeməyindən sonra çadırlarımızı toplayıb İkinci Bazardüzü düşərgəsinə yola düşürük (2 saat, kamp yüküylə birlikdə). Yolumuza Yatıq çayın sahili ilə davam edəcəyik. 3250 m yüksəklikdə yerləşən ikinci düşərgəyə çatırıq. Düşərgəyə çatdıqdan sonra çadırlarımızı qurub istirahət edirik. Nahar yeməyindən sonra yüksəkliyə uyğunlaşmaq üçün 3400 m yüksəklikdə yerləşən buzlaq gölünə dırmanacağıq. Düşərgəyə dönüb axşam yeməyi yedikdən sonra zirvə hazırlıqlarını tamamlayıb yatırıq.  

Gün 3. Səhər saat 05:00-da Bazardüzü zirvəsinə (4466 m) dırmanışa başlayırıq. Zirvə yolumuz 6-7 saatdır. Zirvə şəkillərini çəkdirdikdən sonra düşərgəyə doğru eniş edirik.  Eniş 3-4 saat davam edəcək. Düşərgəyə enib çadırları toplayıb birinci düşərgədə bizi gözləyən maşınlara doğru yola düşürük. Maşınlara minərək Xınalıq kəndinə yola düşürük. Maşını dəyişib Bakıya doğru yolumuza davam edirik.

  • TURUN QİYMƏTİ

  • 3 Nəfərlik qrup üçün adambaşı -
  • 7 Nəfərlik qrup üçün adambaşı -
  • 12 Nəfərlik qrup üçün adambaşı -
  • TURUN QİYMƏTİNƏ DAXİLDİR

  • Bakı–Xınalıq kəndi üzrə nəqliyyat (sprinter, vita)
  • Xınalıq kəndi–İkinci düşərgə və geriyə (4x4 dağ maşınları)
  • Dağ bələdçisi (7 nəfərə 1 bələdçi)
  • Zirvə sertifikatları
  • Şahdağ Milli Parkına giriş üçün icazə
  • Dövlət Sərhət Xidmətindən İcazə
  • Şahdağ Milli parkına giriş biletləri
  • FHN icazə
  • İstəyə görə əlavə olaraq yüklərin daşınması üçün at, çadır, mat, yataq kisəsi,ocaq, qaz balonları və.s xidmətləri daxil edə bilərik. 

LAZIM OLAN LƏVAZİMATLAR

Çanta 60-70L, dağ ayaqqabısı, su keçirməz isti şalvar və gödəkçə (Gore-Tex), yürüş çomaqları, mətbəx ləvazimatları, ocaq, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, dəbilqə və s.

Əlavə məlumatlar

  • Qrup sayı maksimum 3, 7, 12 nəfər təşkil edə bilər.
  • Turumuza ən gec 30 gün öncədən qeydiyyat etdirib ödənişi etməniz gərəkir. (Pasportun surəti ilə)
  • Tura qatılacaq şəxslərə 30 gün öncədən məktub yazılaraq Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınır.
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqəladə hadisə qarşısında tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
  • Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının özü tərəfindən edilir.

TURUN REZERVASİYASI

Telefon Nömrələri:

+994 55 762 83 96 (ingilis və rus dili üçün)

+994 77 304 34 54 (Azərbaycan və türk dili üçün)

Yuxarıda qeyd olunan nömrələrdə WhatsApp, Telegram, və Viber messencerləri mövcuddur.

Tur haqqında daha ətraflı məlumat almaq və ya rezervasiya etmək üçün:

Seçim 1: Yuxarıda qeyd olunan nömrələr vasitəsilə bizə zəng edin və ya WhatsApp, Telegram, Viber mesajı yazın.

Seçim 2: Təqdim etdiyimiz forma vasitəsilə bizə email göndərin.

Biz tez bir zamanda sizin mesajınıza cavab yazacağıq.