Təbiəti bizimlə kəşf edin!

Ana səhifə>

Atatürk zirvə turu

Atatürk zirvəsi – Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızıl Qaya silsiləsində, dəniz səviyyəsindən 3756 m yüksəklikdə yerləşir. 1999-cu ildə qeyd olunan yüksəkliyə Atatürkün şərəfinə “Atatürk zirvəsi” adı verilib. Düşərgə yeri qədim tarixə malik Atəşgah adlanan yerdə yerləşir. Yerdən təbi qaz çıxdığı üçün ərazidə hər zaman qaz yanır.

Zirvə yüksəkliyi: 3756 m

Düşərgə yüksəkliyi: 2600 m

Bakı -Xınalıq yolu: 220 km ( 5 saat)

Xınalıq – Düşərgə yolu: 7 km ( 1 saat)

Düşərgə- Atatürk zirvə yolu: 6 km (6-7 saat)

Turun programı

Gün 1.  Bakı şəhərindən Quba rayonunun Xınalıq kəndinə doğru yola düşürük (5 saat). Xınalıq kəndində nahar yeməyi, kəndi gəzdikdən sonra  dağ maşınlarıyla Atatürk zirvəsinin Atəşgah ərazisində yerləşən düşərəgəsinə yola düşürşük (1 saat). Yolumuzda ilk öncə Şahdağ Milli Parkının sonra isə Dövlət Sərhəd Xidmətinin postunu keçdikdən sonra birinci düşərgəyə yolumuzu davam etdiririk. Şahdağ zirvəsinin düşərgəsi  2600 metr yüksəklikdə yerləşir. Çadırlarımızı qurub istirahət etdikdən sonra yüksəkliyə uyğunlaşma yürüşü edəcəyik. Axşam yeməyindən sonra yatırıq.

Gün 2. Səhər saat 05:00 –da Atatürk zirvəsinə dırmanışa başlayırıq. Zirvə yolumuz 6-7 saatdır. Zirvəyə çatdıqdan sonra Rusiya ərazisi kəndlərinə, Qusar,Quba rayonu kəndlərinə və ölkəmizin ən yüksək zirvələrinə gözəl mənzərələr açılacaqdır. Zirvə şəkillərini çəkdirdikdən sonra düşərgəyə doğru eniş edirik. Eniş 3-4 saat davam edəcəkdir. Düşərgəyə enib, çadırları toplayıb  bizi gözləyən maşınlara doğru yola düşürük. Maşınlara mindikdən sonra Xınalıq kəndinə yola düşürük. Maşınlarımızı dəyişib Bakıya doğru yola düşürük.

  • TURUN QİYMƏTİ

  • 3 Nəfərlik grup üçün nəfər başı –
  • 7 Nəfərlik grup üçün nəfər başı –
  • 10 Nəfərlik grup üçün nəfər başı –
  • 12 Nəfərlik grup üçün nəfər başı –
  • TURUN QİYMƏTİNƏ DAXİLDİR

  • Bakı şəhəri -Xınalıq kəndi nəqliyyat (Mercedes Sprinter, Vito)
  • Xınalıq kəndi –İkinci düşərgə və geriyə ( 4×4 və kamaz dağ maşınları)
  • Dağ bələdçisi ( 7 nəfərə 1 bələdçi)
  • Zirvə sertifikatları
  • Şahdağ Milli Parkına giriş üçün icazə
  • Dövlət Sərhəd Xidmətindən icazə
  • Şahdağ Milli parkına giriş biletləri
  • FHN icazə
  • İstəyə görə əlavə olaraq yüklərin daşınması üçün at, çadır, mat, yataq kisəsi,ocaq, qaz balonları və.s xidmətləri daxil edə bilərik.

LAZIM OLAN LƏVAZİMATLAR

Çanta 60-70L, dağ ayaqqabısı, su keçirməz isti şalvar və gödəkçə (Gore-Tex), yürüş çomaqları, mətbəx ləvazimatları, ocaq, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, dəbilqə və s.

Əlavə məlumatlar

  • Qrup sayı maksimum 3, 7, 10, 12 nəfər təşkil edə bilər.
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
  • Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakının özü tərəfindən edilir.

TURUN REZERVASİYASI

Telefon Nömrələri:

+994 55 762 83 96 (ingilis və rus dili üçün)

+994 77 304 34 54 (Azərbaycan və türk dili üçün)

Yuxarıda qeyd olunan nömrələrdə WhatsApp, Telegram, və Viber messencerləri mövcuddur.

Tur haqqında daha ətraflı məlumat almaq və ya rezervasiya etmək üçün:

Seçim 1: Yuxarıda qeyd olunan nömrələr vasitəsilə bizə zəng edin və ya WhatsApp, Telegram, Viber mesajı yazın.

Seçim 2: Təqdim etdiyimiz forma vasitəsilə bizə email göndərin.

Biz tez bir zamanda sizin mesajınıza cavab yazacağıq.