Təbiəti bizimlə kəşf edin!

Ana səhifə>

Ağrı Dağı ekspedisiyası

Ağrı Dağı Türkiyənin ən yüksək dağıdır. Yüksəkliyi 5137 metrdir. Bu səbəblə bir çox dağçının Ağrı dağının zirvəsinə çıxmaq xəyalları vardır. Bunun yanında Nuhun gəmisi mifologiyasına ev sahibliyi etdiyindən dolayı çox maraq edilən bir dağdır. Geniş bir yaylaqda göyə uzanan dirək şəkilli dağın bu xoş görüntüsü hər kəsi ovsunlayır.

Turun programı

1-ci gün. Bakı –Naxçıvan-Iğdır-DoğubəyazidBakı Hava Limanında qrupla görüşürük. Bakıdan Naxçıvana təyyarə ilə yola düşürük. Naxçıvandan Iğdır Dilucu sərhəd keçid məntəqəsinə kimi yolumuzu avtobusla davam etdirəcəyik. Gömrük məntəqəsini keçdikdən sonra bizi gözləyən avtobusla Doğubəyazidə otelə gedəcəyik. İştirakçılarımızın istəyi əsasında İshakpaşa Sarayını gəzib otelimizə yerləşirik. Dırmanma öncəsi son hazırlıqlarımızı tamamlayırıq.

2-ci gün. Doğubəyazid- 3200 m düşərgəsiSəhər yeməyindən sonra artıq əşyalarımızı oteldə saxlayıb, Ağrı dağına getmək üçün nəqliyyat vasitəmizə minirik. Çevirmə kəndinə nəqliyyat vasitəmizin çıxa biləcəyi 2200 metr yüksəkliyə qədər gedirik (1saat). Düşərgə yüklərimizi atlara yükləyib özümüzlə yol üçün su və nahar yeməyini götürürük. 3200 metrdə yerləşən düşərgəmizə doğru piyada yola düşürük. Yürüş yolumuz Ağrı dağına doğru dikliyi az yüksələn 3-4 saatlıq yoldur. Çadırlarımızı qururuq. Gecəni çadırlarda keçiririk.

3-cü gün. 3200m-4200m -3200 m (dağa və yüksəkliyə uyğunlaşma yürüşü)Səhər yeməyindən sonra dağa və yüksəkliyə uyğunlaşma üçün 3200 m düşərgəsindən 4200 metr düşərgəsinə yürüşə başlayırıq.Yolumuzun dikliyi öncəki günə görə artacaqdır. Bu gün zirvə şəraitinə uyğunlaşma günüdür. 4200 m düşərgəsində istirahət edib, yenidən 3200 m-də düşərgəmizə qayıdırıq. Gecəni 3200 m düşərgədə qalırıq.

4-cü gün. 3200 m düşərgə-4200 m düşərgəSəhər yeməyindən sonra çadırlarımızı toplayıb yüklərimizi atlara yükləyirik. Özümüz üçün su və yolda yeyəcək yüngül yeməklər götürüb 4200 m düşərgəyə yola düşürük. Yolumuzun yürüş müddəti 3-4 saatdır. Günün qalan hissəsini qar təlimi ilə keçiririk. Erkən yatırıq və sabahkı zirvəyə hazırlaşırıq.

5-ci gün. Zirvə-3200 m düşərgəGecə saat 02:00-da yuxudan oyanıb, səhər yeməyindən sonra 03:00-da zirvəyə doğru hərəkətə başlayırıq. Yolumuz dik və yüksəklik olduğu üçün aşağı tempdə hərəkət edəcəyik. 4900 m yüksəklikdə buzlağa girəcəyik. Buzlağa rəhbərlərimiz tərəfindən iplə sabit xətt çəkilir. Bu sırada iştirakçılar kramponlarını geyinirlər. Təhlükəsizlik kəmərlərimizlə ipə giririk. Bir ipdə yürüşümüzü davam edirik.Zirvəyə doğru son dik yolumuzu tamamlayıb 5137 m zirvəyə çatırıq. Təkrar eyni yerdə ip xəttinə kəmərlərimizlə girib, buzlağı bitiririk. 4200 m yüksəklikdə yuxuya getmək çətin olduğu üçün çadırlarımızı toplayıb 3200 m düşərgəsinə enirik. Gecəni 3200 m düşərgədə qalırıq.

6-cı gün. 3200 m- Doğubəyazid otel3200 metrdəki düşərgəmizdən çadırları toplayıb, Çevirme kəndinə enirik. Bizi gözləyən avtobusa minib, Doğubayazıtdakı otelimizə qayıdırıq. Günü istirahət edərək keçiririk. (Bu zirvə proqramında mənfi hava şəraiti ilə qarşılaşdığımız təqdirdə ehtiyat gün sayılacaqdır)

7-ci gün. Doğubəyazid-Naxçıvan –BakıOteldə səhər yeməyindən sonra Naxçıvana doğru yola düşürük.

  • TURUN QİYMƏTİ

  • 3 Nəfərlik grup üçün nəfər başı -
  • 7 Nəfərlik grup üçün nəfər başı -
  • 12 Nəfərlik grup üçün nəfər başı -
  • TURUN QİYMƏTİNƏ DAXİLDİR

  • Peşəkar dağ rəhbəri
  • Oteldə səhər yeməyi
  • Nəqliyyat vasitələri
  • Naxçıvan- Iğdır Gömrük məntəqəsi avtobus
  • Iğdır-Doğubəyazid-Çevirmə kəndi avtobus
  • Çanta daşımağa at və qatır haqqı
  • Dağçılıq ləvazimatları
  • Şəhərdə yeməklər
  • İçkilər
  • Bakı- Naxçıvan təyyarə biletləri (gediş-gəliş)
  • Əlavə zirvə cəhdi
  • DİQQƏT: Dağ yeməkləri isti şorba, düyü və ya makaron və ağ ət, səhər yeməyi pendir, zeytun, halva, salam, şokolad, peçenye və s. Əlavə olaraq limitsiz çay.

LAZIM OLAN LƏVAZİMATLAR

Mümkünsə, sizinlə olan materialların hər zaman xüsusi olaraq bu dağçılıq üçün hazırlanmış ən yaxşı material olmasını tövsiyə edirik. Edəcəyimiz fəaliyyətdə, geyəcəyiniz hər hansı bir materialla təbiətin və texniki uyumun vasitəsiylə buna nail ola bilərsiniz. Əhəmiyyətli olan bu cür fəaliyyət göstərməkdə cəsarətin olmasıdır. Ancaq ləvazimatlarınızı aşağıdakı siyahıya uyğun hazırlasanız, sizin üçün daha faydalı olacaqdır. - Kürək çantası (60L)

- Zirvə çantası (40L)

- Yataq kisəsi ( konfort -10 )

- Qar maskası

- Su və külək keçirməz şalvar (gore-tex)

- Su və külək keçirməz gödəkçə (gore-tex)

- Qaz tükü balonka gödəkçə (papaqlı)

- İsti polar şalvar və gödəkçə

- Termo iç geyim

- Dağ ayaqqabısı ( 5000 m+)

- Əlcək iki qat (qaz tükü və gore-tex əlcək)

- Dəbilqə (kaska)

- Təhlükəsizlik kəməri - Karabin (3-5 ədəd) - Buz baltası (1 ədəd) - Krampon (ayaqqabıya uyğun) - Yürüş çubuqları 1 cüt - Gün və xizək eynəyi ( UV400) - Qalın dağ corabı (3 ədəd) - 2 ədəd perlon bant - Tozluq (ayaqqabıya uyğun) - Əlavə geyim - Termos (1Litr+) - Alın fənəri (ehtiyat batareya) - Gündən və küləkdən qorunmaq üçün krem (50+) - Su qabı (1Litr+) - Şəxsi əşyalar və gigiyenik vasitələr

Əlavə məlumatlar

  • Qrup sayı maksimum 3,7,12 nəfər təşkil edə bilər.
  • Turumuza ən gec 35 gün öncədən qeydiyyatdan keçib ödənişi etməniz gərəkir. (Pasportun surəti ilə)
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.

TURUN REZERVASİYASI

Telefon Nömrələri:

+994 55 762 83 96 (ingilis və rus dili üçün)

+994 77 304 34 54 (Azərbaycan və türk dili üçün)

Yuxarıda qeyd olunan nömrələrdə WhatsApp, Telegram, və Viber messencerləri mövcuddur.

Tur haqqında daha ətraflı məlumat almaq və ya rezervasiya etmək üçün:

Seçim 1: Yuxarıda qeyd olunan nömrələr vasitəsilə bizə zəng edin və ya WhatsApp, Telegram, Viber mesajı yazın.

Seçim 2: Təqdim etdiyimiz forma vasitəsilə bizə email göndərin.

Biz tez bir zamanda sizin mesajınıza cavab yazacağıq.