Təbiəti bizimlə kəşf edin!

Ana səhifə>

Xan yaylağı 2 günlük hiking turu

Xan yaylağı vaxtı ilə xanların dincəldiyi bir yaylaqdır. Xan sarayından Xan yaylağına tarixi araba yolu olub. Yay aylarında xan istirahət üçün yaylağa gedirimiş. Yaylağın yüksəkliyi 2088 metrdir. Yaylaqdan Şəki şəhərinə gözəl mənzərə açılır. Yaylaq çox gözəl və zəngin təbiətə malikdir. Yaylaqda yay-qış orda yaşayan 15-20 baş at var. Artıq vəhşiləşmiş atlar ərazinin gözəlliyinə daha da gözəllik qatır. Yaylaqdan Şəkinin ən yüksək dağ ( Seyidyurd 3889 m, Nohurdağ 3633 m, Çıxoturmaz 3561 m, Tıslaqxan 3546 m, Zandaq 2930 m, Qaraquzeydağı 2770m) zirvələrinə gözəl mənzərə açılır.

Marşrutun uzunluğu ( Gediş -gəliş):  6 km

Çətinlik dərəcəsi: Orta ağır

Mövsüm: 4 fəsil

Müddəti: 8 saat

Marşrutun başlanma yüksəkliyi: 900 m

Marşrutun bitmə yüksəkliyi: 2088 m

Turun programı

Gün 1.

Bakıdan Şəki şəhərinə yola düşürük. Şamaxı şəhərində 15 dəqiqə fasilədən sonara yolumuzu Şəkiyə doğru davam etdiririk. Qəbələdə – Nohur gölündə fasilədən sonra yolumuzu davam edirik. Şəkiyə çatıb hostelə yerləşirik. Nahar yeməyindən sonra Şəki şəhərinin tarixi yerlərini gəzirik. Gecəni Hosteldə qalırıq.

Gün 2.

Səhər saat 06:00-da yuxudan oyanıb, səhər yeməyindən sonra maşınla Xan yaylağı yürüşünün başlanğıc yerinə gedirik (30 dəqiqə). Yürüşümüzə başlayırıq. Yürüşümüz gediş-gəliş 8 saat davam edəcəkdir. Yürüşümüzü tamamlayıb, hostelə geri dönürük. Əşyalarımızı toplayıb Bakıya yola düşürük.

  • TURUN QİYMƏTİ

  • 3 Nəfərlik grup üçün nəfər başı
  • 7 Nəfərlik grup üçün nəfər başı
  • 10 Nəfərlik grup üçün nəfər başı
  • 15 Nəfərlik grup üçün nəfər başı
  • 18 Nəfərlik grup üçün nəfər başı
  • TURUN QİYMƏTİNƏ DAXİLDİR

  • Nəqliyyat (Bakı - Şəki -Bakı )
  • Qrup sayına görə dağ bələdçisi
  • Foto çəkiliş
  • İstəyə görə əlavə olaraq yüklərin daşınması üçün at, çadır, mat, yataq kisəsi,ocaq, qaz balaonları və.s xidmətləri daxil edə bilərik.

LAZIM OLAN LƏVAZİMATLAR

  1. Kürək çantası (həcmi 20-35 l)

  2. Rahat və su keçirməz idman ayaqqabısı

  3. Su keçirməz isti şalvar və gödəkçə

  4. Papaq, eynək, əlcək

  5. Termos

  6. Su və qida (Sendviç, buterbrod və s.)

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur proqramında iştirakdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə məlumatlar

  • Qrup sayı maksimum 3, 7, 10, 15, 18 nəfərlə edilə bilər.
  • Turumuza ən gec 20 gün öncədən qeydiyyatdan keçib, ödəniş etməyiniz vacibdir. (Pasportun surətiylə)
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
  • Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının özü tərəfindən edilir.

TURUN REZERVASİYASI

Telefon Nömrələri:

+994 55 762 83 96 (ingilis və rus dili üçün)

+994 77 304 34 54 (Azərbaycan və türk dili üçün)

Yuxarıda qeyd olunan nömrələrdə WhatsApp, Telegram, və Viber messencerləri mövcuddur.

Tur haqqında daha ətraflı məlumat almaq və ya rezervasiya etmək üçün:

Seçim 1: Yuxarıda qeyd olunan nömrələr vasitəsilə bizə zəng edin və ya WhatsApp, Telegram, Viber mesajı yazın.

Seçim 2: Təqdim etdiyimiz forma vasitəsilə bizə email göndərin.

Biz tez bir zamanda sizin mesajınıza cavab yazacağıq.