Təbiəti bizimlə kəşf edin!

Ana səhifə>

Şah dili bir günlük hiking turu

Şah dili - Abşeron yarımadasının Xəzər dəniz ilə birləşən ən ucqar nöqtəsidir. Açıq dənizə yönələn füsunkar mənzərə Xəzər sahillərinin heç bir nöqtəsində bu qədər heyrətamiz görünmür. Şah dili həm təbii-coğrafi mövqeyinə görə unikal mənzərəli təbiət abidəsi sayılır, həm də vizual görünüşünə görə romantik bir ərazi hesab olunur. Bu ərazini çox vaxt tanıtmaq üçün Azərbaycan xəritəsindəki "qartalın dimdiyi" də deyirlər. Amma ətrafda yaşayan əhali bu yerləri Şah dili adlandırır.

Marşrutun uzunluğu: 5 km (Gediş-Gəliş)

Müddəti: 3 saat

Çətinlik dərəcəsi: asan

Mövsüm: 4 fəsil

Ən alçaq nöqtə:- 42 m

Ən hündür nöqtə: 60 m

Turun programı

  1. 07:45 - Toplanış Gənclik m/st, Caspian Shopping çıxışı

  2. 08:00 - Yola düşmə

  3. 09:30 - Parka çatırıq

  4. 10:00 - Yürüşə başlayırıq

  5. 14:00 - Şah Dilinə çatırıq

  6. 15:00 - Avtobuslara doğru yola düşürük

  7. 17:00 - Bakıya qayıdırıq

  8. 18:00 - Bakıdayıq

  • TURUN QİYMƏTİ

  • 3 Nəfərlik grup üçün nəfər başı
  • 7 Nəfərlik grup üçün nəfər başı
  • 10 Nəfərlik grup üçün nəfər başı
  • 15 Nəfərlik grup üçün nəfər başı
  • 18 Nəfərlik grup üçün nəfər başı
  • TURUN QİYMƏTİNƏ DAXİLDİR

  • Nəqliyyat (Bakı - Şah dili - Bakı)
  • Qrup sayına görə dağ bələdçisi
  • Abşeron Milli Parkına giriş biletləri
  • Foto çəkiliş
  • İstəyə görə əlavə olaraq yüklərin daşınması üçün at, çadır, mat, yataq kisəsi,ocaq, qaz balaonları və.s xidmətləri daxil edə bilərik.

LAZIM OLAN LƏVAZİMATLAR

  1. Kürək çantası (həcmi 20-35 l)

  2. Rahat və su keçirməz idman ayaqqabısı

  3. Su keçirməz isti şalvar və gödəkçə

  4. Papaq, eynək, əlcək

  5. Termos

  6. Su və qida (Sendviç, buterbrod və s.)

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur proqramında iştirakdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə məlumatlar

  • Qrup sayı maksimum 3, 7, 10, 15, 18 nəfərlə edilə bilər.
  • Turumuza ən gec 20 gün öncədən qeydiyyatdan keçib, ödəniş etməyiniz vacibdir. (Pasportun surətiylə)
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
  • Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının özü tərəfindən edilir.

TURUN REZERVASİYASI

Telefon Nömrələri:

+994 55 762 83 96 (ingilis və rus dili üçün)

+994 77 304 34 54 (Azərbaycan və türk dili üçün)

Yuxarıda qeyd olunan nömrələrdə WhatsApp, Telegram, və Viber messencerləri mövcuddur.

Tur haqqında daha ətraflı məlumat almaq və ya rezervasiya etmək üçün:

Seçim 1: Yuxarıda qeyd olunan nömrələr vasitəsilə bizə zəng edin və ya WhatsApp, Telegram, Viber mesajı yazın.

Seçim 2: Təqdim etdiyimiz forma vasitəsilə bizə email göndərin.

Biz tez bir zamanda sizin mesajınıza cavab yazacağıq.