Təbiəti bizimlə kəşf edin!

Ana səhifə>

Qaranohur gölünə səyahət

Qaranohur gölü İsmayıllı rayonunu Talıstan kəndi yaxınlığında Şahdağ Milli Parkının ərazisində yerləşən dağ gölüdür. Yüksəkliyi 1540 metrdir. Gölə Talıstan və Diyallı kəndindən cığır var. Qaranohur gölü ilin 4 fəslində fərqli gözəlliklərə sahibdir. Gölün yaxınlığında piknik və düşərgə üçün Milli Park tərəfindən yaradılmış şərait vardır. Qış fəslində gölün üzəri donur.

Marşrut növü: Bir günlük (hiking)

Çətinlik dərəcəsi: Orta çətin

Mövsüm: 4 fəsilUzunluğu: 4.87 km

Müddəti: 4-6 saat

Başlanğıc yüksəkliyi: 900 m

Son yüksəkliyi: 1540 m

Yoxuş: 657 m

Eniş: 657 m

Turun programı

  1. 08:00 Yola düşürük (Şamaxıda 10 dəq fasilə)

  2. 08:00-11:00 Bakı-İsmayıllı-Talıstan yolu

  3. 11:00-14:00 Talıstan - Qaranohur yürüşü

  4. 14:00 - İstirahət, şəkil çəkdirmək, piknik

  5. 16:00-18:30 Qaranohur gölü-Talıstan kəndi

  6. 19:00-22:00 Talıstan kəndi - Bakı

  • TURUN QİYMƏTİ

  • 3 Nəfərlik qrup üçün adambaşı
  • 7 Nəfərlik qrup üçün adambaşı
  • 10 Nəfərlik qrup üçün adambaşı
  • 15 Nəfərlik qrup üçün adambaşı
  • 18 Nəfərlik qrup üçün adambaşı
  • TURUN QİYMƏTİNƏ DAXİLDİR

  • Nəqliyyat (Bakı- İsmayıllı - Talıstan kəndi - Bakı )
  • Qrup sayına uyğun dağ bələdçisi
  • Foto çəkiliş
  • Göl ətrafında piknikin təşkili
  • Şahdağ Milli Parkına giriş bileti
  • * Qidalanma, yürüş üçün istifadə olunacaq ləvazimat və geyim qiymətə daxil deyil.

LAZIM OLAN LƏVAZİMATLAR

  1. Kürək çantası (həcmi 20-35 l)

  2. Rahat və su keçirməz idman ayaqqabısı

  3. Su keçirməz isti şalvar və gödəkçə

  4. Papaq, eynək, əlcək

  5. Termos

  6. Su və qida (Sendviç, buterbrod və s.)

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur proqramında iştirakdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə məlumatlar

  • Qrup sayı maksimum 3, 7, 10, 15, 18 nəfər təşkil edə bilər.
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqəladə hadisə qarşısında tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
  • Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının özü tərəfindən edilir.

TURUN REZERVASİYASI

Telefon Nömrələri:

+994 55 762 83 96 (ingilis və rus dili üçün)

+994 77 304 34 54 (Azərbaycan və türk dili üçün)

Yuxarıda qeyd olunan nömrələrdə WhatsApp, Telegram, və Viber messencerləri mövcuddur.

Tur haqqında daha ətraflı məlumat almaq və ya rezervasiya etmək üçün:

Seçim 1: Yuxarıda qeyd olunan nömrələr vasitəsilə bizə zəng edin və ya WhatsApp, Telegram, Viber mesajı yazın.

Seçim 2: Təqdim etdiyimiz forma vasitəsilə bizə email göndərin.

Biz tez bir zamanda sizin mesajınıza cavab yazacağıq.